Məhkəmə qərarları › İş №2(075)-1115/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1115/2020

23.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1115/2020 23.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayılov X9 onun babası, X6 isə onun ulu babası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizədə tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Həmin ünvanda yerləşən fərdi yaşayış evi 1/3 hissədə onun, 2/3 hissədə isə mərhum ulu babası X6 paylı mülkiyyətindədir. Ulu babası X14 vəfat etdikdən sonra ondan miras qalmış əmlaka vərəsəliyi babası X10 tərəfindən qəbul edilmişdir. Onun vəfatından sonra həmin miras əmlaka vərəsəliyi atası X15, atası da vəfat etdikdən sonra o qəbul etmişdir. O, ulu babasından miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istədiyindən ulu babası X14 və babası X4 ölüm haqqında şəhadətnamələrinin verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim edə bilmədiyindən xx xxxx 2020-ci il tarixli məktubla bundan imtina edilərək qohumluq münasibətlərinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdiyini bildirdi və məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələri dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi qismən əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X11 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı X7 oğludur. X13 Oruc (Meşədi Oruc) oğlu vəfat etdikdən sonra onun vərəsələri kimi o və mərhum qardaşı Aydın Orucov qalmışdır. O, mirasdan qardaşının xeyrinə imtina etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Ərizəçi onun qohumudur. Ərizəçinin atası X15 ilə yaxın olmuşdur. Aydın Orucovun atası X20 (Meşədi Oruc) oğlunu görməsə də, haqqında eşitmişdir. İşdə olan xx xxxxxxxx 1965-ci il tarixdə Şəki şəhər VVAQ bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X15 xx xxxxxx 1925-ci il tarixdə anadan olmuşdur. X19 oğlu, anası isə Cavahir Mustafa qızıdır. İşdə olan xx xxxxxx 1968-ci il tarixdə Şəki şəhər ZAQS bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1968-ci il tarixdə anadan olmuşdur. Atası X15, anası isə X1r. İşdə olan Şəki şəhər İHB-nin Nuxa məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 148 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, mərhum İsmayılov X12 vərəsələri aşağıdakılardır: oğlu – X15, qızı – X11. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 05/Q-891/15 nömrəli məktubdan görünür ki, X17 Oruc oğlu və Oruc İsmayıl oğlu ilə qohumluq münasibətlərinə dair hər hansı sənəd təqdim edilmədiyindən Ərizəçi ölüm haqqında şəhadətnamənin təkrar verilməsi ilə bağlı müraciətinə baxılmaqdan imtina edilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan 1168/123 nömrəli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1/3 hissədə Ərizəçi, 2/3 hissədə isə X8 paylı mülkiyyətindədir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 2.2-ci bəndinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM-nin 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Həmin qərarın 2.3-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, iş materialları və şahid ifadələri ilə İsmayılov X9 ərizəçinin babası olması sübut olunur. Lakin X6 onun ulu babası olması aydın görünmür. Belə ki, ərizəçi X6 onun ulu babası olması ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmiş, bu faktların mövcud olması şahid ifadələri ilə təsdiqlənməmişdir. Odur ki, X6 Ərizəçi ulu babası olması faktı təsdiq edilmədiyindən, tələb həmin hissədə əsaslı deyildir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, X20 (Meşədi Oruc) oğlunun xx xxxxxx 1968-ci il təvəllüdlü Ərizəçi babası olması hüquqi faktı müəyyən edilməli, əsassız olduğundan ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X20 (Meşədi Oruc) oğlunun xx xxxxxx 1968-ci il təvəllüdlü Ərizəçi babası olması hüquqi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar