Məhkəmə qərarları › İş №2(075)-1115/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1115/2021

18.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1115/2021 18.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı X4 22 fevral 1977-ci il tarixdə Ermənistan SSR-in Əzizbəyov rayonunun Zəritap kəndində anadan olması, atasının Ərizəçi, anasının isə X15 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizədə göstərilən tələbini müdafiə edərək göstərdi ki, ailələri əslən Ermənistan SSR-nin Əzizbəyov rayonunun Zəritap kəndindəndir. O, və ailəsi 1979-cu ildə Ermənistandan Azərbaycana –Şəki rayonunun Şəki (o vaxtkı Üzümçülük sovxozuna) kəndinə gəlmişlər. X7 onun oğludur. X3 22 fevral 1977-ci il tarixdə Ermənistan SSR-in Əzizbəyov rayonunun Zəritap kəndində anadan olmuşdur. Atası özü, anası isə X10r. X15 onun birinci həyat yoldaşıdır. Vətənlə rəsmi nikahları olmamışdır. Vətən hazırda Naxçıvan MR-nın Kəngərli rayonunun Çalxanqala kəndində qeydiyyatda olmaqla Şahbuz rayonunda yaşayır. Həmin vaxt Ermənistanda oğluna doğum haqqında şəhadətnamə verilsə də, sonradan oğlu uzun illər Türkiyə Respublikasında yaşamış, həmin vaxt doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə itirmişdir. Göstərmişdir ki, Niyaməddin orta məktəbi Şəki kəndində bitirmiş, həmçinin Şəkidə orta-ixtisasa da yiyələnmiş, bundan başaq hərbi xidməti də Azərbaycanda keçmişdir. Bütün bunlar işə əlavə etdiyi attestat, diplom və hərbi biletlə təsdiq edilir. 2021-ci ildə oğlu Azərbaycana qayıtmışdır. Niyaməddin bütün bu dövrdə Türkiyədə qaçaq kimi yaşamış, heç bir dövlətin vətəndaşlığını qəbul etməmişdir. Oğlu Niyaməddin uzun illər Türkiyə Respublikasında yaşadığından şəxsiyyət vəsiqəsi almamışdır. Azərbaycana qayıtdıqdan sonra şəxsiyyət vəsiqəsinin alınması üçün Şəki Regional “ASAN Xidmət" Mərkəzinə müraciət etdikdə oğlundan doğum haqqında şəhadətnamə tələb etmişlər. Doğum haqqında şəhadətnaməsi olmadığından oğluna Şəki rayonu qeydiyyat şöbəsinə müraciət etməyini bildirmişər. Şəki rayonu qeydiyyat şöbəsindən isə bildirmişlər ki, oğlu Ermənistan Respublikasında anadan olduğundan onun doğum qeydi Azərbaycan Respublikasında olmadığından ona təkrar şəhadətnamənin verilməsi, həmçinin doğum faktının qeydiyyata alınması üçün qanunvericilikdə göstərilmş müvafiq sənədləri təqdim edə bilmədiklərinə görə doğum qeydiyyatının aparılması mümkün deyildir. Ona görə də 21.04.2021-ci il tarixli 05/9- 1371/15 saylı məktubla onlara doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi məsləhət bilinmişdir. Oğlu Ermənistan Respublikasında anadan olduğundan onun doğum qeydi Azərbaycan Respublikasında qeydə alınmadığından doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X4 izahatı alınarkən ərizəçinin məhkəmə iclasında vermiş olduğu izahata uyğun izahat vermiş və göstərmişdir ki, o, 22.02.1977-ci il tarixdə Ermənistan SSR-in Əzizbəyov rayonunun Zəritap kəndində anadan olmuşdur. Həmçinin qeyd etmişdir ki, orta məktəbi və texnikomu da Şəkidə bitirmişdir. Həmçinin göstərmişdir ki, həqiqi hərbi xidməti də Azərbaycanda başa vurmuşdur. Cabbarova (Babayeva) Vətən Kamil qızı 18 iyun 2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək bildirmişdir ki, o, 22.02.1977-ci il tarixdə Ermənistan SSR-in Əzizbəyov rayonunun Zəritap kəndində anadan olmuş X4 anasıdır. Onunla telefon əlaqəsi saxlanılarkən göstərmişdir ki, Niyaməddinin atası Ərizəçila rəsmi nikahları olmamışdır. Bildirmişdir ki, hazırda Naxçıvan MR-nın Kəngərli rayonunun Çalxanqala kəndində qeydiyyatda olmaqla Şahbuz rayonunda yaşayır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan Şəki İHB-nın Şəki kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 06 may 2021-ci il tarixli, 217 nömrəli arayışdan görünür ki, X7 həqiqətən 1977-ci ildə Ermanistan Republikasında anadan olmuş və 1979-cu ildə valideynləri ilə birgə Şəki rayonu, Şəki kəndində gəlmiş və həmin vaxtdan Şəki rayonu, Şəki kəndində yaşamışdır. İşdə olan Şəki İHB-nın Şəki kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 17 may 2021-ci il tarixli, 225 nömrəli arayışdan görünür ki, Şəki rayonu, Şəki kənd sakini Ərizəçi X11, X7, X12, X19, X8 və X16 adlı ailə üzvləri vardır. İşdə olan 9 nömrəli formada Respublika ərazisində şəxsiyyəti müvəqqəti təsdiq edən arayışın təsdiq edilmiş surətindən görünür ki, Camalov Niyaməddin 22 fevral 1977-ci il tarixdə Ermənistan SSR-in Əzizbəyov rayonunun Zəritap kəndində anadan olmuşdur (vəsiqə 29 may 1999-cu il tarixədək etibarlıdır). İşdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Şəki Mədəniyyət Şöbəsinin 01 fevral 1994-cü il tarixli 3 nömrəli diplomunun təsdiq edilmiş surətindən görünür ki, X7 01.02.1993-cü il tarixdə mühasibatlıq kursuna daxil olmuş və 01.02.1994-cü il tarixdə həmin kursu bitirmişdir. İşdə olda A-021567 nömrəli attestatın təsdiq edilmiş surətindən görünür ki, 22 fevral 1977-ci il tarixdə Ermənistan SSR-in Əzizbəyov rayonunun Zəritap kəndində anadan olmuş X7 1993-cü ildə P.Babayev adına Şəki rayonu “X23” orta məktəbini bitirmişdir. İşdə olan Şəki şəhər Hərbi Komissarlığı tərəfindən verilmiş 27.05.1998-ci il tarixli, 548 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, X7 Azərbaycan Respublikası Milli Məclisinin 17 oktyabr 1997-ci il tarixli Qərarına əsasən aministiyaya düşmüş və 25 may 1998-ci il tarixdən Şəki şəhər hərbi komissarlığında qeydiyyatdadır. İşdə olan Z-0975158 seriya nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, X6 01 sentyabr 1993-cü ildə Şəki 134 nömrəli Texniki Peşə Məktəbinə daxil olmuş və 29 iyun 1999-cu ildə orta təhsilni üzüm ustası peşəsi üzrə tam kursu bitirmişdir. İşdə olan AA ******* seriya nömrəli Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsindən görünür ki, 22.07.1977-ci il təvəllüdlü X2 olmadan Turkiyə Respublikasından Azərbaycan Respublikasına qayıtmışdır. İşdə olan Şəki İHB-nın Şəki kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli, 250 nömrəli arayışdan görünür ki, k/t kitabının 1 nömrəli kitabın 88 saylı şəxsi hesabında X7, Diplom ******* seriyalı nömrəli olan X5 məxsusdur və həqiqətən soyadı Camalovdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndinə görə isə hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Göründüyü kimi ərizəçinin övladı X4 22 fevral 1977-ci il tarixdə Ermənistan SSR-in Əzizbəyov rayonunun Zəritap kəndində anadan olmuş və o ailəsi ilə birlikdə 1979-cu ildə Azərbaycana gəlmiş və burda yaşayaraq orta, ort-ixtisas təhsili almış, həmçinin hərbi xidmətdə olmuşdur. X1 Ermənistanda ona verilən doğum şəhadətnaməsini itirmişdir. X4 22 fevral 1977-ci il tarixdə Ermənistan SSR-in Əzizbəyov rayonunun Zəritap kəndində anadan olmasını, hazırda ölkəmizlə Ermənistan arasında olan gərginliyin, həmçinin dövlətlər arasında heç bir diplomatik münasibətin olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, ərizəçinin təkrarən həmin doğum şəhadətnaməsini əldə etməsi mümkün deyildir. Həmçinin məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur ki, X7 22 fevral 1977-ci il tarixdə Ermənistan SSR-in Əzizbəyov rayonunun Zəritap kəndində anadan olmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək X4 22 fevral 1977-ci il tarixdə Ermənistan SSR-in Əzizbəyov rayonunun Zəritap kəndində anadan olması, Ərizəçi onun atası, X9 onun anası olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi rüsumu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. X4 22 fevral 1977-ci il tarixdə Ermənistan SSR-in Əzizbəyov rayonunun Zəritap kəndində anadan olması, xx.xx.1953-cü il təvəllüdlü Ərizəçi onun atası, 05.03.1960-cı il təvəllüdlü X9 isə onun anası olması hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar