Məhkəmə qərarları › İş №2(075)-1155/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1155/2020

29.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1155/2020 29.07.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dairiddia ərizəsini nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19128.30 (on doqquz min yüz iyirmi səkkiz) manat əsas borc, 6454.54 (altı min dörd yüz əlli dörd manat əlli dörd qəpik) manat məbləğində cərimə borcu və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPMnin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə iddia ərizəsi qaytarılır. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. İşdə olan xx xxxx 2020-ci il tarixli aktdan görünür ki, İddiaçı ASC-nin Şəki Kommersiya Məhkəməsinə ünvanladığı iddia ərizəsinin qoşma hissəsində dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, tərəflər arasında bağlanmış müqavilə və maliyyə arayışı qeyd edilsə də, aşkar olunmamışdır. İddiaçı ASC 19128.30 (on doqquz min yüz iyirmi səkkiz) manat əsas borc, 6454.54 (altı min dörd yüz əlli dörd manat əlli dörd qəpik) manat məbləğində cərimə borcu və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq xeyrinə ödənilməsini xahiş etsə də, borclu Cavabdeh qeydiyyat ünvanının Mingəçevir şəhəri, M.Maqomayev prospekti, ev 52, mənzil 1 olduğu, ərizənin Şəki Kommersiya Məhkəməsinə ünvanlandığı müəyyən edilir. Bu əsasla məhkəmə hesab edir ki, İddiaçı ASC tərəfindən verilmiş iddia ərizəsi Cavabdeh qeydiyyat ünvanı üzrə müvafiq birinci instansiya məhkəməsinə göndərilmək əvəzinə aidiyyət qaydaları pozularaq Şəki Rayon Məhkəməsinə göndərilmişdir. Bundan başqa qanunvericiliklə nəzərə tutulmuş 30 manat məbləğində dövlət rüsumu, iddiaçının öz tələbini əsaslandırdığı hallarla bağlı hər hansı sənəd ərizəyə əlavə edilməmişdir. Ona görə də İddiaçı ASC-nin iddia ərizəsi geri qaytarılmalı, ona qərardadda göstərilən nöqsanları aradan qaldırdıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dairiddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar