Məhkəmə qərarları › İş №2(075)-1166/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1166/2021

22.07.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1166/2021 22.07.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı 30 sentyabr 1958-ci il təvəllüdlü X3 01 yanvar 1959-cu il tarixdə Şəki şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, qardaşı X7 30 sentyabr 1958-ci il tarixdə Şəki şəhərində doğulmuş, 01 yanvar 1959-cu il tarixdə vəfat etmişdir. Onu Şəki şəhərində yerləşən ailə qəbiristanlığında dəfn etmişlər. Sonradan onlara məlum olmuşdur ki, mərhum qardaşına məxsus ölüm haqqında şəhadətnamə yoxdur. Üzürlü səbəblərdən onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, onlara məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Sözügedən sənədi digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, sənədləşmə işləri zamanı müxtəlif dövlət orqanlarından qardaşına məxsus ölüm haqqında şəhadətnamə tələb olunur. Həmin şəhadətnamə mövcud olmadığından hüquqlarının həyata keçirilməsində çətinliklər yaranır. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X2 göstərmişdir ki, Ərizəçi qardaşı 30 sentyabr 1958-ci il təvəllüdlü X3 01 yanvar 1959-cu il tarixdə Şəki şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirdi ki, ərizə ilə bağlı məsələnin həlli məhkəmənin səlahiyyətlərinə aiddir. O, ərizənin təmin olunmasına etirazının olmadığını bildirdi. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi qismən əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X16 göstərdi ki, Ərizəçi onun bibisi qızıdır. Bibisinin 1958-ci ildə Rahim adlı oğlu olmuşdur. Lakin eşitdiyinə görə uşaq üç-dörd aylığında ikən vəfat etmişdir. Həmin vaxt onun altıyeddi yaşı olardı. Eşitdiyinə görə Rahimi ailə qəbiristanlığında dəfn etmişlər. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X10 bildirdi ki, Ərizəçi onun qohumudur. Ərizəçinin atası Yusif Abdulhəmidov, anası Roza Abdulhəmidovanın 1958-ci ildən Rahim adlı bir oğulları olmuşdur. Lakin uşaq çağa içən, təxminən 4-5 aylığında vəfat etmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx xxxx 1962-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. X1, anası isə X4r. İşdə olan nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 ilə X8 arasında 14 may 1989-cu il tarixdə bağlanmış nikah 62 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Azaqov, arvada Azaqova soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 30 sentyabr 1958-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. X1, anası isə X4r. İşdə olan Maraqlı şəxs tərəfindən 24 aprel 2021-ci il tarixdə verilmiş 05/Q-1535/15 nömrəli arayışdan görünür ki, X3 Maraqlı şəxsndə ölümünün qeydə alınmasından imtina edilmiş, onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Sığorta üzrə Dövlət Agentliyi «Şəki Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsi tərəfindən 18 iyun 2021-ci il tarixdə verilmiş 749 nömrəli arayışdan görünür ki, 1959-cu illərə dair tibbi sənədlər elmi-tarixi əhəmiyyətini itirdiyinə görə arxiv qanunlarına əsasən məhv edilmişdir. Ona görə də X3 ölümü ilə bağlı hər hansı məlumatın verilməsi mümkün deyildir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X18 Filialı tərəfindən 21 iyun 2021-ci il tarixdə verilmiş, 146 nömrəli arxiv arayışından görünür ki, Şəki şəhərində evlərin təsərrüfatbaşına kitabları olmadığından sorğuya cavab verilməsində imtina edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçinin izahatından, mülki iş materiallarından və şahidlərin ifadələrindən aydın oldu ki, Ərizəçi qızı 30 sentyabr 1958-ci il təvəllüdlü X7 1959-cu ildə vəfat etmiş, Şəki şəhərində ailə qəbiristanlığında dəfn edilmişdir. Üzürlü səbəblərdən ərizəçi onun ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Ərizəçi ölüm haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, Ərizəçi qızı 30 sentyabr 1958-ci il tarixdə Şəki şəhərində anadan olmuş X3 1959-cu ildə Şəki şəhərində vəfat etməsi faktı müəyyən edilməli, əsassız olduğundan ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələbloğlunun və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi 10 manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X3 1959-cu ildə Şəki şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar