Məhkəmə qərarları › İş №2(075)-1180/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1180/2020

05.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1180/2020 05.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi və onun vəkili X31 oğlunun iştirakları ilə, Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən mərhum X12 oğlundan miras qalmış evdən onun vəsiyyət üzrə vərəsə kimi mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mirasın qəbul edilməsi hüquqi faktı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəçi ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin verdiyi Hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən çıxarışa əsasən ünvan 2 ünvanda yerləşən ev dayısı X5 mülkiyyətindədir. Dayısı bu evi ölümündən qabaq xx xxxxxx 1996-cı il tarixdə ona vəsiyyət etmişdir. X12 Kərim oglu xx xxxxx 1996-cı il tarixdə vəfat etmişdir. X4 xx xxxx 1997-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə başqa vərəsəsi yoxdur. Hazırda vəsiyyət üzrə vərəsə odur. X2 miras qalmış evi öz adına vəsiyyət üzrə rəsmiləşdirmək ücün Şəki regional “ASAN” xidmət mərkəzində notarius ofisinə müraciət etmişdir. Notarius ofisindən ona mirasdan “vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” vermək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyü üçün müvafiq notariat hərəkətlərin aparılmasının mümkün olmadığı, miras əmlakın qəbulu müddətinin bərpası ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirmişdir. O, hələ dayısı ölməmişdən əvvəl mirası faktiki surətdə idarə etmiş, dayısına baxmış və ölədən bu günə qədər mirasa yiyələnməklə mirasa sahiblik edir. O, 1995-ci ildən ailəsi ilə həmin mülkdə yaşayır və həmin vaxtdan bu günə qədər də bütün kommunal xərcləri ödəyir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək müraciətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili X8 Bayram Məhərrəm oğlunun verdiyi izahatla eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Maraqlı şəxs Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxs Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçi və onun vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X29 ifadəsində göstərdi ki, o, Ərizəçi onun qonşusudur. Ərizəçi dayısı X6 tanımışdır. Abdurahman Abdurahmanovun uşağı olmamış, yeganə vərəsəsi olan arvadı isə 1997-ci ildə vəfat etmişdir. Ərizəçi 1995-ci ildən bu günədək onunla qonşuluqda olan və hazırda yaşadığı həmin evdə təsərrüfat aparmış, dayısına baxmış, dəfn və yas mərasimlərini keçirmişdir. Hazırda həmin evdə Ərizəçi ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclası zamanı ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X22 digər şahid X23 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən xx xxxx 2020ci il tarixdə verilmiş **********51-10301 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında olan 0.06 ha torpaq sahəsində yerləşən 45.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi X5 tam mülkiyyətindədir. İşdə olan Şəki şəhər VVAQ şöbəsi tərəfindən xx xxxxxx 1985-ci il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 və X14 arasında xx xxxxxx 1985-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 18 nömrə ilə qeyd edilmişdir. Ərə Abdurahmanov, arvada Abdurahmanova soyadı verilmişdir. İşdə olan xx xxxxxx 1996-cı tarixdə verilmiş 2V-1/14 reyestr nömrəli vəsiyyətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 özünə məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini bacısı oğlu Ərizəçi vəsiyyət etmişdir. İşdə olan Şəki şəhər VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 xx xxxxx 1996-cı il tarixdə Şəki şəhərində ölmüşdür. İşdə olan Şəki şəhər VVAQ şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X11 xx xxxx 1997-ci il tarixdə Şəki şəhərində ölmüşdür. İşdə olan Şəki şəhər “Damarçın” məhəllə nümayəndəliyi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 246 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış X9 xx xxxxx 1996-cı il tarixdə vəfat etmişdir və aşağıdakı vərəsələri vardır: arvadı – X11 (xx xxxx 1997-ci il tarixdə vəfat etmişdir) İşdə olan Şəki şəhər “Damarçın” məhəllə nümayəndəliyi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş 27 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 4 ünvanında yaşayış və aşağıdakı ailə üzvləri var: 1) arvadı – X16; 2) qızı – X17; 3) qızı – X15. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi ünvan 1 ünvanında olan 0.06 ha torpaq sahəsində yerləşən 45.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin tam mülkiyyətçisi X9 Ərizəçi dayısıdır. X9 və onun yeganə vərəsəsi olan X4 vəfat etmişdir. Miras əmlak X1 Ərizəçi vəsiyyət edilmişdir. Ərizəçi 1995-ci ildən bu günədək öz ailəsi ilə birlikdə mərhum X3 miras qalmış ünvan 1 ünvanında olan 0.06 ha torpaq sahəsində yerləşən 45.9 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evində yaşayır, həmin evdən istifadə edir, evlə bağlı kommunal xərcləri özü ödəyir. Bununla da o, X2 miras qalmış əmlakı faktiki olaraq qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində mirasın qəbul edilməsi üçün dəqiq müddətlərin müəyyən edilməsinə baxmayaraq üzrlü hallarda onun qəbulu müddətinin uzadılması imkanını da nəzərdə tutmuşdur. Ərizəçinin bir vərəsə kimi dayısından qalmış mirası qəbul etmək hüququ vardır. Ərizəçinin mirası faktiki olaraq qəbul etməsinə baxmayaraq qəbul etdiyi mirasa dair vaxtında şəhadətnamə almaması üzürlü haldır. Belə ki, Ərizəçi X5 yeganə sağ qalan vərəsəsi olmaqla 1995-ci ildən başlamaqla bu günədək həmin miras evdən istifadə etmiş, mirası faktiki qəbul etmiş, miras əmlakı faktiki surətdə idarə etməyə başlamış, mirasa yiyələnmiş, notariat kontoruna müraciət etməyə zərurət hesab etməmişdir. Bununla da ərizəçi həmin mirası qəbul etmiş sayılsa da, o, həmin miras mülkün adına qeydə alınması ilə bağlı müddəti ötürmüşdür. Şərh edilənləri nəzərə alaraq məhkəmə iclasında tədqiq edilmiş sübutlara istinad edərək Ərizəçi tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzrlü hesab edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək Ərizəçi mərhum dayısı X7 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mirasın qəbul edilməsi hüquqi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddiaçıların rüsum tələb etməmələri nəzərə alınaraq, iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi rüsum ərizəçinin özünə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum dayısı X7 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzərində mirasın qəbul edilməsi hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar