Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1182/2020 08.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-xx.xx.1979-cu illərdə Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda elektrik montyoru vəzifəsində işləməyi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1978-ci ildən xx.xx.1979cu ilədək Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda elektrik montyoru vəzifəsində işləmişdir. Lakin bu barədə Milli Arxiv İdarəsinin Şəki filialında məlumat tapılmamışdır. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizəni məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, onun cavabdeh Dövlət X3 X1rşı “təhsil aldığı illərin əmək stajına daxil edilməsi, güzəştli əmək pensiyasının təyin edilməsi və pensiyanın birdəfəlik ödənilməsi” tələbinə dair iddiası hazırda Bakı İnzibati Məhkəməsinin icraatındadır. Hesab edir ki, gələcəkdə əmək stajı hesablanarkən hazırkı tələbi ilə bağlı fakt ona lazım ola bilər. Odur ki, məhkəmədən ərizənin təmin ediləsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə bildirdi ki, Ərizəçi xx xxxxxx 1978-ci il tarixdən xx xxxxxxxx 1979-cu ilədək Şəki rayonu Lenin adına kolxozda işlədiyi müddət ümumi iş stajına daxil edilsə də onun yaşa görə əmək pensiyası təyin edilməsinə əsas vermir. Odur ki, məhkəmədən qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Azərbaycan Respublikasının MPM-nin 259.0.12-ci maddəsinə əsasən, 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1— 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Ərizəçi xx.xx.1978-xx.xx.1979-cu illərdə Şəki rayonu Orta Zəyzid kənd Lenin adına kolxozda elektrik montyoru vəzifəsində işləməyi hüquqi faktının müəyyən edilməsini xahiş etsə də, ərizəçi tərəfindən həmin faktın müəyyən edilməsinin ona nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar ərizəyə əlavə edilməmişdir. Göründüyü kimi ərizəçinin hazırkı tələbi hər hansı hüquqi nəticələrə səbəb olmur. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ Ərizəçi izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.12, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1182/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1182/2020
08.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver