Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1187/2020 14.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi: X2 iştirakı ilə, Ərizəçi X2 “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi X12ərizə ilə məhkəməyə müraciət edərək, 1873-cü il təvəllüdlü X5 onun, yəni X2 babası olması hüquqi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən ərizəçi X12 ərizədə göstərilən tələbini müdafiə edərək göstərdi ki, o, 1967-ci ildə Şəki şəhərində anadan olmuş, 3 övladı vardır. 1989-cu ildən 1997-ci ilədək Qazaxıstan Respublikasında yaşamış və hal-hazırda oranın vətəndaşıdır. Hazırda isə ailə üzvləri ilə birlikdə texniki pasport üzrə babası X8 məxsus evdə yaşayır. Qazaxısta Respublikasının Xəzər dənizindəki neft mədənlərində işləyir. Onlar ailədə 7 qardaş 1 bacı olmuşlar. Atası X13, babası isə X9r. Babasının soyadı Yusibov olsa da atasının soyadı Hüseynovdur, ümumiyyətlə onların nəslindəki şəxslərin soyadları fərqlidir. O, hazırda yaşadığı, babasına məxsus evi adına qeyd etdirmək məqsədi ilə, babası X5 ölümü haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin həmin şöbədən ona qohumluq münasibətlərini təsdiq edən sənəd əlavə etmədiyinə görə şəhadətnamənin verilməsinin mümkünsüz olduğu bildirilmiş və qohumluq faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Buna görə də o, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Lakin babası X5 və onlara məxsus “Домовая Книга”da babsının, nənəsinin, atasının, anasının, əmilərinin onun, qardaşlarının, qardaşlarının arvadlarının ad, soyad və ata adları qeyd olunmuşdur. Hesab edir ki, ərizəsi əsaslıdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Milli Elmlər Akademiyasının X15 X25 Tədqiqat Bazasının əməkdaşıdır. Ərizəçi onun doğma qardaşıdır. Onlar aildə 7 qardaş, 1 bacıdırlar. Ataları X13, babaları isə X9r. Hal-hazırda baba yurdlarında qardaşı X12 yaşayır. Mayıs onların kiçik qardaşıdır. Həmçinin qeyd etdi ki, babası Yusibov olsa da atası Hüseynov soyadını daşımışdır. Bundan başqa onun qardaş bacılarının bir qismi babasının adı ilə “Zakirov”, bəziləri isə “Hüseynov” soyadını daşıyırlar. Ata-anaları da vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 və X6 da şahid qismində dindirilmiş qardaşları X16 ilə eyniz məzmunlu ifadə vermişlər. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçi X2 tələbi əsaslıdır. Belə ki, işdə olan 1988-ci il tarixli yaşayış evinin texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, D.Bünyatzadə küçəsində yerləşən 168 saylı ev X8 məxsusdur. İşdə olan АЗ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxx 1967-ci il təvəllüdlü X2 atası X13, anası isə X1r. İşdə olan İ-ИЕ 189704 seriya nömrəli evlənmək haqqında şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X13 ilə X11 arasında xx xxxxx 1948-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 39 nömrə ilə qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin 1926-cı ilə dair Şəki (Nuxa) rayonu üzrə doğum haqqında qeydiyyat kitabları arxivə dövlət mühafizəsinə verilməyib. İşdə olan Azərbaycan Respublikası Dövlət Tarix Arxivi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X3 doğum tarixinə heç bir məlumat aşkar olunbayıb. İşdə olan Şəki şəhər “Çələbixan” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 116 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. İşdə olan “Эв дəфтəри- Домовая Книга”nın əsli ilə tədqiq edilmiş surətindən görünür ki, X14 1873-cü ildə anadan olmuş, onun arvadı X28-baba qızı isə 1883-cü ildə anadan olmuşdur. X13 onların övladıdır. Həmin “Эв дəфтəри-Домовая Книга”-ya baxış keçirilərkən müəyyən olunmuşdur ki, kitab 1873-cü ildə anadan olmuş X4 adına açılmışdır. Baxış zamanı kitabda ərizəçinin ata babası X4, onun arvadı X29-baba qızı, ərizəçinin atası X13 və anası X7, ərizəçinin əmiləri, onların arvadları, ərizəçinin iş üzrə şahid kimi dindirilmiş qardaşları X10, X6, X16 və digər qardaşlarının və bacısının adlarının qeyd aşkar edilmişdir. Bundan başqa “Эв дəфтəри- Домовая Книга”-ya nəzər saldıqda müəyyən olundu ki, həmin kitabda adları qeyd olunanlar bir ailənin üzvləri olmuşlar. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək 1873-cü il təvəllüdlü X5, xx xxx 1957-ci il təvəllüdlü X2 oğlunun babası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi X12 dövlətə ödədiyi rüsumu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Şəki şəhəri, D.Bunyadzadə (köhnə ünvan) küçəsi ev 168/14 ünvanına dair 1988-ci il tarixdə tərtib edilmiş texniki pasportda adı qeyd olunan 1873-cü il təvəllüdlü X5 xx xxx 1967-ci il təvəllüdlü X2 ata-babası olması faktı müəyyən edilsin. X2 dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1187/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1187/2020
14.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver