Məhkəmə qərarları › İş №2(075)-1224/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1224/2020

13.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1224/2020 13.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “eyni şəxs olması və mirasın qəbulu” hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ƏMDK Yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsində olan Şəki şəhəri keçmiş 9 yanvar küçəsi dalan 5 ev 11 a, indiki Cələbixan küçəsi ev 14 də verilən xx xxxx 1968 ci il Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki İnventarizasiyası və qiymətləndirilməsinə dair texniki pasportun mərhum X3na məxsus olması, həmçinin mərhum əri X34 atası X15 və onun mərhum əri X28 mirasın qəbulu hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx xxxx 1968-ci il tarixli ünvan 4ə (keçmiş ünvan 3) şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair texniki pasportda göstərilən X7 AZ 029334 seriya nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən X35 ilə eyni şəxs olması, həmçinin mərhum əri X30 və X3ndan qalmış mirasın qəbulu hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, ünvan 1 ünvanda yerləşən 1884-cü il tarixdə tikilən 52.9 kv.m sahəsi olan ev mərhum X3na məxsusdur. Həmin evə xx xxxx 1968-ci il tarixdə Azərbaycan SSR Kommunal Təssərrüfat Nazirliyi "Azərkomunallayihə” idarəsi tərəfindən Şəxsi mülkikyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair texniki pasport verilmişdir. X3 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. X2 xx.xx.2012-ci il tarixdə və əri X51 xx.xx.2017-ci il tarixdə vəfat etmişlər. X1, X31, X52 və Abbasəliyeva (Cabbarova) Ziyafət Niymət qızı övladları olmuş və onlar sağdırlar. Ərinin vərəsələri o, qızı X40, oğlu X53 və qızı X41 qalmışlar. O, X51 ilə ailə qurduğu gündən qaynatasına məxsus hazırkı mübahisəli evə gəlin köçmüş və bu günədək həmin evdə yaşayır. Qayınatası öləndən sonra əri Sərdar və onun ailə üzvləri olan o və uşaqlar həmin mirasa yiyələnməklə mirasa sahiblik etməklə onu idarə edirlər. Qayınatasından miras qalmış bu evi öz adına rəsmiləşdirmək istəyir. Mərhum qayınatasının vərəsələrinin və əri Sərdarın vərəsələrin evin onun adına rəısmiləşdirilməsinə etirazları yoxdur. Bununla əlaqədar ƏMDK Yanında DƏDR-nin 12 saylı Ərazi İdarəsinə müraciət etmişdir. İdarədən ona bildirmişlər ki, DƏDRX Haqqında Qanunun 10.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən edilmiş qaydada hüquq əldə edənin onun tərəfindən vəkil edilmiş şəxsin hüquq sahibinin əmlakına qanun və vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxsin biləvasitə təqdim etdiyi ərizə əsasında aparılır. O və uşaqları miras qoyan qayınatasının nə qanun nə də vəsiyyət üzrə vərəsəsi olmasalar da əri Sərdar miras qoyanın 1-ci dərəcəli vərəsəsi olmaqla mirası faktiki qəbul edib mirasa yiyələnmişdir. Onun ölümündən sonra da onlar, yəni Sərdarın ailə üzvləri 1-ci dərəcəli vərəsələri olaraq mirasa yiyələnib ona sahiblik etməklə onu idarə edirlər. Lakin ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinin verdiyi xx xxxx 1968-ci il tarixli Texniki pasportda X3nun soyadı Abbasəliyev əvəzinə “Abbasov”, onun atasının adı Sadiq əvəzinə “Məmmədəli Abbas” kimi qeyd. Qayınatasının soyadındakı və atasının adındakı bu uyğunsuzluğa görə də evin rəsmiləşdirilməsinin aparılması mümkün deyildir. Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 1999-cu il tarixli AZ-N-029334 saylı ölüm haqqında şəhadətnaməyə əsasən Qayınatasının soyadı və adı X23r. Səxsi mülkiyyət hüququ ilə evin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair xx xxxx 1968-ci il tarixli texniki pasportda qayınatasının soyadının Abbasəliyev əvəzinə Abbasov atasının adının Sadiq əvəzinə Məmmədəli Abbas kimi qeyd edilməsi həmin dövrdə evlərin texniki inventarizasiyasını aparan rus mənşəli işçilərin etdiyi texniki səhvdir. Həmçinin göstərmişdir ki, ərinin soyadı Sadıqov olsa da qayınları və baldızları “Abbasəliyev” soyadını daşıyırlar. Şəxsi mülkiyyət hüququ ilə evlərinn texniki inventarizasiyası və qiymətləndirilməsinə dair texniki pasportda qayınatasının soyadındakı və atasının adındakı bu uyğunsuzluğu aradan qaldırılması ona evə mülkiyyət sənədi almaq ücün lazımdır. Ona görə də Səxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair texniki pasportun X3na məxsus olması hüquqi faktı, həmçinin mərhum əri Sərdarın miras qoyan atası Niymətdən onun 1ci dərəcəli vərəsəsi kimi mirasın qəbulu faktı və onun mərhum əri Sərdarın 1-ci dərəcəli vərəsəsi kimi mərhum əri Sərdardan mirasın qəbulu faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, Ərizəçi onun qardaşı X34 arvadıdır. Onlar hamısı ünvan 2 ünvanında anadan olmuşlarr. Atası, X35, anası X8r. X24, X31 adında qardaşları, Cabbarova (Abbasəliyeva) Ziyafət Niymət qızı, Rəhimova (Abbasəliyeva) Ülkər Niymət qızı adında bacıları vardır. X51 onun doğma böyük qardaşıdır. O, onlardan fərqli olaraq Abbasəliyev deyil, babasının şərəfinə Sadıqov soyadını daşımışdır. Belə ki, babasının adı isə Sadiqdir. xx xxxx 1968-ci il tarixli ünvan 4ə (keçmiş ünvan 3) şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair texniki pasportda atasının adı, soyadı və atasının X13 kimi göstərilsə də, əlsində atası X23r və həmin texniki pasport onun adına verilmişdir. Eşidiyinə görə “Məmmədəli Abbas” onun atasının əmisi olmuşdur. Hesab edir ki, həmin vaxt babasının adı texniki olaraq səhv yazılmışdır. Həmçinin göstərmişdir ki, sözügedən evdə qardaşı Sərdar öz ailəsi ilə birlikdə yaşamışdır. Hazırda da həmin ev qardaşı Sərdarın arvadı Nüyvər və uşaqları yaşayır. Onun və digər bacı və qardaşlarının atası X15 miras qalmış evin Ərizəçi tərəfindən qəbul edilməsinə etirazları yoxdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Cabbarova (Abbasəliyeva) Ziyafət Niymət qızı da şahid X22 ilə eyni məzmunda ifadə vermişdir. Maraqlı şəxs ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş xx xxxx 1968-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair texniki pasportun təsdiq edilmiş surətindən görünür ki, həmin texniki pasport ünvan 3 ünvanında yerləşən evin mülkiyyətçisi X7 adına tərtib edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, xx xxxxxx 1953cü il tarixdə Şəki şəhərində anadan olmuş X34 atası X35, anası isə X9r. İşdə olan İİ-ЖГ 339902 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X51 ilə X42 arasında xx xxxxxx 1979-cu il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 37 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Sadıqova soyadı verilmişdir. İşdə olan İ-ИЕ 606650 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1958-ci il təvəllüdlü X14 atası X36, anası isə X10r. İşdə olan İİ-ЖГ 257524 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1973-cü il təvəllüdlü X11 atası X37, anası isə X8r. İşdə olan АЗ 338294 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1963-cü il təvəllüdlü X16 atası X35, anası isə X8r. İşdə olan AZ-029334 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X38 xx xxxxxx 1999-cu il tarixdə Şəki şəhərində ölmüşdür. İşdə olan AZ-İ 883007 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X51 xx xxxx 2017-ci il tarixdə Şəki şəhərində ölmüşdür. İşdə olan “Dəmirçibulağı” məhəllə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 70 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, Şəki şəhəri (9 yanvar dalan 5, ev 4) indiki H.Çələbixan 14 saylı evdə yaşamış X35 xx.xx.1999-cu ildə, onun arvadı X12 isə xx.xx.2012-ci ildə vəfat etmişdir. X5, X31, X52, X39 adlarında vərəsələri vardır. X51 xx.xx.2017-ci ildə vəfat etmişdir və onun Ərizəçi, X40, X53 və X41 vərəsələri vardır. İşdə olan “Dəmirçibulağı” məhəllə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 83 nömrəli arayışdan görünür ki, Şəki şəhəri, H.Çələbixan küçəsi, 14 saylı evdə yaşayan Ərizəçi X53 və X43 vərəsələri vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, xx xxxx 1968-ci il tarixli ünvan 4ə (keçmiş ünvan 3) şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair texniki pasporta əsasən X19 adına Şəki şəhəri, Çələbixan küçəsi ev 14 (keçmiş ünvan 3) ünvanında yerləşən yaşayış evi verilmişdir. X51, X22, X32, X39X19 övladlarıdır. X51 xx xxxxxx 1979-cu il tarixdə X44 ilə evlənmiş və həmin nikahdan Nəzakət, Pərviz və Ülviyyə adlı uşaqları olmuşdur. Göründüyü kimi X6 Nüyvər İsmayıl qızının qayınatasıdır. Həmçinin müəyyən olundu ki, xx xxxx 1968-ci il tarixli ünvan 4ə (keçmiş ünvan 3) şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair texniki pasportda xx xxxxxx 1999-cu il tarixdə Şəki şəhərində vəfat etmiş X19 adı səhvən X13 kimi yazılmışdır. Əslində isə xx xxxx 1968-ci il tarixli ünvan 4ə (keçmiş ünvan 3) şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair texniki pasportda adı X13 kimi yazılmış şəxs xx xxxxxx 1999-cu il tarixdə Şəki şəhərində vəfat etmiş X35 ilə eyni şəxsdir. Ərizəçinin tələbindən göründüyü kimi onun tələbi iki hissədən ibarətdir. Birinci tələb xx xxxx 1968-ci il tarixli ünvan 4ə (keçmiş ünvan 3) şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair texniki pasportda göstərilən X7 AZ 029334 seriya nömrəli ölüm haqqında şəhadətnamədə göstərilən X35 ilə eyni şəxs olması, ikinci tələb isə mərhum X30 və X15 qalmış mirasın qalmışın qəbulu hüquqi faktının müəyyən edilməsindən ibarətdir. Məhkəmə hesab edir ki, ərizəçinin tələbinin birinci hissəsi əsaslıdır. Lakin məhkəmə əriəçinin tələbinin ikinci hissəsinə münasibətdə bildirir ki, hazrıda sözügedən X19 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən hər hansı bir çıxarış mövcud deyil. X19 adına yalnız xx xxxx 1968-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair texniki pasport vardır ki, onunla da həmin şəxsin adına hər hansı bir əmlakın olubolmamasının müəyyən edilməsi kimi qəbul etmək olmaz. Çünki həmin pasport özözlüyündə texniki sənəd olmaqla miras qoyanın miras kütləsini yaratmır. X19 adına qeydiyyata alınmış hər hansı daşınmaz əmlak olmadığından ondan miras qalmış əmakın qəbul edilməsini məhkəmə əsaslı hesab etmir. Buna görə də məhkəmə ərizəçiyə izah edir ki, əvvəlcə yuxarıdakı texniki pasport üzrə olan ev X19 adına dövlət qeydiyyatına alınaraq çıxarış alınmalı, bundan sonra təkrar eyni tələblə məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı ilə bağlı işlərə baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, xx xxxx 1968-ci il tarixli ünvan 4ünvanına görə verilmiş (keçmiş ünvan 3) şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair texniki pasportda göstərilən X7 AZ 029334 seriya nömrəli ölüm haqqında şəhadətnamədə adı göstərilən X35 ilə eyni şəxs olması faktı müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə qismən təmin edilsin. xx xxxx 1968-ci il tarixli ünvan 4ünvanına görə verilmiş (keçmiş ünvan 3) şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair texniki pasportda göstərilən X7 AZ 029334 seriya nömrəli ölüm haqqında şəhadətnamədə adı göstərilən X35 ilə eyni şəxs olması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Dövlət büdcəsinə ödənilmiş 10 (on) manat rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar