Məhkəmə qərarları › İş №2(075)-1247/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1247/2020

10.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1247/2020 10.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Şəki rayonu Qeydiyyat Şöbəsinə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki şəhərində, Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun, Ərizəçi 1979-cu ilin dekabr ayının 19-cu günündə Azərbaycan SSR Şəki rayonun Cəfərabad kənd sovetliyində qeydə alınmış doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə məhkəmənin icraatına qəbul edilmiş, mülki işin məhkəmə hazırlıq iclası xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş, məhkəmə baxışı iclasları xx xxxxxxxx 2020-ci il və xx xxxxxxx 2020-ci il tarixlərdə keçirilmiş, növbəti məhkəmə baxışı iclası bu günə, yəni xx xxxxxx 2020-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Ərizəçi məhkəməyə ərizə təqdim edərək, hazırki mülki iş üzrə ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxs nümayəndəsi X2 ərizənin baxılmamış saxlanılmasına etiraz etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi ərizəçi ərizənin geri qaytarılması barədə ərizə təqdim etmiş, maraqlı şəxsin nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ ərizəçiyə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi Şəki rayonu Qeydiyyat Şöbəsinə qarşı “doğumun qeyd edilmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar