Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1283/2020 27.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, X6, X1, X5, X4, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh10 Əhmədiyyə qızına qarşı “kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, X2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 04R000013649 saylı kredit razılaşması və ona edilmiş əlavə sazişlər üzrə 4870.29 ABŞ dolları məbləğində kredit borcu, 5192.17 ABŞ dolları məbləğində faiz borcu və 4411.04 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 14473 (on dörd min dörd yüz yetmiş üç) ABŞ dolları 50 (əlli) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə rnimamn yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması,tələbin Cavabdeh2 Şəki şəhəri Məşədi Əzizbəyov küçəsində xüsusi mülkiyyətdə olan 0.040 ha torpaq sahəsinə və üzərində yerləşən, 239.1 kv.m ümumi, 56.7 kv.m yaşayış, 182.4 kv.m. yardımçı sahəsindən ibarət 2 otaqli 2 mərtəbəli 15A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracdan satılması və ümumilikdə cəmi 14473 (on dörd min dörd yüz yetmiş üç) ABŞ dolları 50 (əlli) sent məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, X2 ümumi müştərək qaydada tutulması,Cavabdeh2 Şəki şəhəri, Məşədi Əzizbəyov küçəsində xüsusi mülkiyyətdə olan 0.040 ha torpaq sahəsinə və üzərində yerləşən, 239.1 kv.m ümumi, 56.7 kv.m yaşayış, 182.4 kv.m. yardımçı sahəsindən ibarət 2 otaqli 2 mərtəbəli 15A nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh2, X1, Cavabdeh9, X4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh10 Əhmədiyyə qızı, Cavabdeh1 həmin evə istifadə hüququnun itirilməsi, onların həmin torpaq sahəsindən və evdən çıxarılması, torpaq sahəsinin və evin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx xxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxışı iclası xx xxxxxxxx 2020-ci il tarixə saat 09:30-a təyin edilmiş, növbəti məhkəmə baxışı iclası bu günə, yəni xx xxxxxxx 2020-ci il tarixə, saat 11:00-a təyin edilmişdir. xx xxxx 2019-cu il tarixdə İddiaçı QSC-nin nümayəndəsi Qanuni nümayəndəməhkəməyə ərizə təqdim edərəkiddia ərizəsi bə ona əlavə edilmiş sənədlərin əsillərinin geri qaytarılmasını xahiş etmişdir. Cavabdehlər isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı QSC-nin nümayəndəsi Qanuni nümayəndəiddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, cavabdehlərisə məhkəmə iclasına gəlməməkləişə mahiyyəti üzrə baxılmasını tələb etmir. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, X6, X1, X5, X4, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh10 Əhmədiyyə qızına qarşı “kredit müqaviləsi üzrə borc tələbinə və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı QSC-nə izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1283/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1283/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver