Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1309/2020 01.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı3, Cavabdehlər X4 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdehlər X1 Tamara İsmayıl qızına qarşı “yaşayış sahəsindən istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Ə.Cəfərov küçəsi, ev 3/2 saylı evə istifadə hüququqlarının tanınması, ümumi istifadə qaydalarının müəyyən edilməsi və onların həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, o, cavabdehlərin övladı X8 ilə xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və cehiz əşyaları ilə birlikdə mübahisə predmeti olan evə gəlin getmişdir. Həmin vaxtdan 2020-ci ilin iyun ayının 21dək qeyd edilən evdə yaşamışdır. Bu nikahdan xx.xx.1998-ci il təvəllüdlü İddiaçı2 və xx.xx.2002-ci il təvəllüdlü İddiaçı3 adlı 2 övladları olmuşdur. O, Xəqani Rəcəbovla ailə qurarkən, ünvan 1 saylı ünvana gəlin düşmüşdür. Övladları da həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamışlar. Həmin vaxtdan bu ilin iyun ayınadək həmin evdə yaşamışlar. X16 xx.xx.2019-cu il tarixdə vəfat etmiş və yaşadıqları ünvanda dəfn mərasimi keçirilmişdir. Ərinin vəfatından sonra qaynanası Cavabdeh2 onları orada yaşamalarına ciddi şəkildə maneələr yaratmaqla onları evdən çıxaracağı ilə hədələmiş və nəhayət 2020ci ilin iyun ayının 21-də məqsədinə nail olmuşdur. Onu və övladlarını həmin evdən zorla çıxarmışdır. Nə o, nə də qızı (digər iddiaçı) işləmirlər. Yalnız oğlu İsmayıl işləyir və onun məvacibi heç aylıq ərzaq ehtyaclarını qarşılamır. Qızı da 3-cü kurs tələbəsidir və illik təhsil haqqı 600 manatdır. Onlar məcburən başqa yerdə kirayədə yaşamalı olmuşlar. Lakin kirayə və kommunal xərcləri və digər zəruri xərcləri qarşılamağa heç cür maddi imkanları yoxdur. Bundan başqa hər ay 170 manat kirayə haqqı ödəyirlər. Bu şərtlərlə onların yaşamaları hər birilərinə çətilnlik yaradır. Bunlar isə cavabdehlərin onları hüquqları olan evə buraxmaması və evdən qanunsuz qovması nəticəsində baş vermişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında digər İddiaçı3 da İddiaçı1 ilə eyni məzmunda izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Lakin bildirdi ki, cavabdehlər onu evdən qovmamışlar. Lakin anası evdən çıxarıldığı üçün o, məcbur olub anasının kirayə yaşadığı evdə yaşamağa başlamışdır. İddiaçı2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və ya məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh X7 məhkəmə iclasında göstərdi ki, Şəki şəhəri, Əli Cəfərov küçəsi, dalan- 3, ev 2 saylı fərdi yaşayış evi ona məxsusdur. Bildirdi ki, iddiaçılardan İddiaçı1 onun gəlini, digərləri isə onun nəvələridir. Göstərmişdir ki, İddiaçı1 onun övladı X8 ilə xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və cehiz əşyaları ilə birlikdə mübahisə predmeti olan onun evinə gəlin gəlmişdir. İddiaçılar təxminən 25 ildir ki onun evində yaşayırlar və həmin vaxtdan bu ilin iyun ayınadək həmin evdə yaşamışlar. Övladı Xəqani Rəcəbov xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Oğlu vəfat etdikdən sonra gəlini ona baxmamış, buna görə də aralarında narazılıq yaranmışdır. Onu evdən qovmamışlar, gəlini özü evdən çıxıb gfetmişdir. Gəlini getdiyindən nəvələri də analarının yanına gedərək halhazırda kirayədə yaşayırlar. Nəvələri İsmayıl və Səbuhənin geri qayıdıb onların evində yaşamalarına etiraz etmirlər, onları qəbul edirlər. Lakin İddiaçı1 onların evinə qayıtmasına razı deyillər. Həmçinin göstərmişdir ki, gəlini ona baxmadığından mübahisəli evi qızına bağışlamışdır. Məhkəmədən iddianın İddiaçı1 münasibətdə təmin edilməməsini xahiş edir. Cavabdeh2 məhkəmə iclasında X4 izahatına uyğun izahat verərək iddianın İddiaçı1 münasibətdə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materialına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı X12 Seriya MA ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətində görünür ki, ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materialına əlavə edilmiş **********337-10301 nömrəli fərdi yaşayış evinin torpaq sahəsinin planının təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, Əli Cəfərov küçəsi, dalan-3, ev 2 saylı fərdi yaşayış evinin hüquq subyekti Cavabdeh1dur. İşdə olan Vİ-ЖГ 450875 seriya nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X8 ilə X2 arasında xx xxxxxx 1997ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 125 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Rəcəbova soyadı verilmişdir. İşdə olan AZ-İ 990168 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 xx.xx.2019-cu il tarixdə “Hipertenziya-ürək forması” səbəbi ilə Şəki şəhərində ölmüşdür. İşdə olan “Pirimlər” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 224 nömrəli arayışdan görünür ki, İddiaçı1 ünvan 3 ünvanında yaşayır və onun Cavabdeh1, Cavabdeh2, İddiaçı2 və X5 adlı ailə üzvləri vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbayan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. xx xxxx 2001-ci il tarixdə dərc edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-bülluğa çatmamış uşaqlarını köçürmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi iddiaçılar evin mülkiyyətçisi ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfatı idarə etmiş, buna görə də iddiaçılar evin ailə üzvü hesab edilməlidir. Tərəflər arasındakı hüquq münasibətləri xx xxxxxxxx 2000-ci il tarixindən əvvəl yarandığından həmin münasibətlərə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Məhkəmə iclasında tərəflərin izahatları və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, İddiaçı1 cavabdehlərin övladı X8 ilə xx.xx.1997-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və mübahisə predmeti olan evə gəlin getmişdir. Həmin vaxtdan 2020-ci ilin iyun ayının 21-dək qeyd edilən evdə yaşamışdır. Həmin evdə nikahlarından İddiaçı2 və İddiaçı3 adlı 2 övladları olmuşdur. Övladları da həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamışlar. İddiaçı1 X16un vəfatından sonra həmin evdə yaşamasına ciddi şəkildə maneələr yaradıldığından 2020-ci ilin iyun ayının 21-də evdən çıxaraq məcburən başqa yerdə kirayədə yaşamalı olmuşlar. İddiaçılar iddianın təmin, cavabdehlər isə nəvələri İsmayıl və Səbuhənin evə gələrək yaşamalarına etirazlarının olmadığını, lakin iddianın İddiaçı1 münasibətdə təmin edilməməsini xahiş etmişlər. Göründüyü kimi iddiaçılar mübahisə predmeti olan evdə yaşayan zaman mülkiyyətçi tərəfindən ona başqa qeyd-şərt göstərməmiş, evin mülkiyyətçisinin oğlu ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfatı idarə etmiş və onun həmin evdə yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ yaranmışdır. Göstərilənlərə hüquqi qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evindən İddiaçı1, İddiaçı3 və İddiaçı2 istifadə hüquqları tanınmalı və onlar həmin evə köçürülməli, əsaslı olmadığından iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbayan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1 və 146.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyat tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsızdır. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Tələb edilməməsi nəzərə alınaraq iddiaçıların dövlət büdcəsinə ödədikləri rüsum onların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 223 və 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı1, İddiaçı3 və İddiaçı2 Şəki şəhəri, Ə.Cəfərov küçəsi, dalan 3, 2 saylı evə istifadə hüququqları tanınsın və onlar Şəki şəhəri, Ə.Cəfərov küçəsi, dalan 3, 2 saylı evə köçürülsünlər. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətinə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1309/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1309/2020
01.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver