Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1365/2020 19.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2431.90 manat borc, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh ilə «xxxxxxxxx» ASC arasında kredit müqaviləsi bağlanılmışdır. Həmin kredit müqaviləsinə əsasən «xxxxxxxxx» ASC tərəfindən Cavabdeh kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh ona verilmiş krediti və hesablanmış faizləri hər ay hissə-hissə ödəməli olmuşdur. Eyni zamanda «xxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh xahişi əsasında onunla «xxxxxxxxx» ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliklərini icra etməmiş, «xxxxxxxxx» ASC məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-1180/2016 saylı məhkəmə əmrinə əsasən ondan və Cavabdeh müştərək qaydada 3100.15 ABŞ dolları borc və 20 manat dövlət rüsumunun alınaraq «xxxxxxxxx» ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. O, təqaüdçü olduğundan və əsas borclu məhkəmə əmrini icra etmədiyindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi icra sənədinin icrasını onun razılığı olmadan pensiyasından 50% həcmində tutma yolu ilə həyata keçirmişdir. Sözügedən müqavilə Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanının təsiri altına düşmüş, bundan sonra pensiyasından tutmalar dayandırılmışdır. İndiyədək pensiyasından tutulan məbləğ 2431.90 manat təşkil edir. O, dəfələrlə Cavabdeh onun pensiyasından tutulan məbləğin ona qaytarılmasını tələb etsə də, Cavabdeh müxtəlif bəhanələrlə onu aldadaraq həmin pulu qaytarmamışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-1180/2016 saylı məhkəmə əmrinin təsdiq edilmiş surətindən görünür ki, borclular Cavabdeh və İddiaçı müştərək qaydada 3100.15 ABŞ dolları borc və 20 manat dövlət rüsumunun alınaraq «xxxxxxxxx» ASC-nin hesabına ödənilməlidir. İş materiallarına əlavə edilmiş Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən DSMF-nin Şəki rayon şöbəsinə ünvanlanmış xx xxxxx 2016-cı il tarixli, 158/13 nömrəli məktubdan görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)- 1180/2016 saylı icra sənədi üzrə borclu İddiaçı aylıq pensiyasının 50%-nə tutmanın yönəldilməsi, «xxxxxxxxx» ASC-nin hesabına 3100.15 ABŞ dolları (4650 manat) və 20 manat borc, bank hesabına 217 ABŞ dolları (325.50 manat) icra ödənişinin borc tam ödənilənədək aparılması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF Publik hüquqi şəxsin Şəki şəhər filialı tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********0 saylı məktubdan görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-1180/2016 saylı icra sənədinə əsasən İddiaçı «xxxxxxxxx» ASC-nin hesabına xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 2431.90 manat pul tutulmuş, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına əsasən tutulma dayandırılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh «xxxxxxxxx» ASC İddiaçı zaminliyi ilə kredit və zaminlik müqaviləsinə əsasən kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh ona verilmiş krediti və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş qrafik üzrə ödəməli olmuşdur. Eyni zamanda «xxxxxxxxx» ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı ilə «xxxxxxxxx» ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. «xxxxxxxxx» ASC kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək Cavabdeh kredit versə də, Cavabdeh həmin kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməmiş, banka olan kredit borcunu ödəməmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(075)-1180/2016 saylı icra sənədinə əsasən borclular Cavabdeh və İddiaçı müştərək qaydada 3100.15 ABŞ dolları borc və 20 manat dövlət rüsumunun alınaraq «xxxxxxxxx» ASC-nin hesabına ödənilməsi qərara alınmışdır. Mövcud borc məbləğinin bir hissəsi pensiyaçı olan İddiaçı pensiyasından hər ay tutmalar hesabına qismən icra edilmişdir. İşin bu halları iddiaçının izahatı ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Göründüyü kimi Cavabdeh «xxxxxxxxx» ASC-yə ödəməli olduğu 3100.15 ABŞ dolları borc və 20 manat dövlət rüsumu öhdəliyinin bir hissəsi – 2431.90 manatı onun zamini olmuş iş üzrə İddiaçı pensiyasından tutulma yolu ilə ödənilmişdir. Beləliklə də, «xxxxxxxxx» ASC-nin öhdəlik üzrə hüquqları kreditorun tələbini ödədiyi həcmdə Cavabdeh öhdəliyi icra etmiş zamini olan İddiaçı keçmişdir. Buna görə də İddiaçı Cavabdeh 2431.90 manat borcu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2431.90 manat borc və 30.40 manat dövlət rüsumu olmaqla, cəmi 2462.30 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2431.90 manat borc və 30.40 manat dövlət rüsumu olmaqla, cəmi 2462.30 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1365/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1365/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver