Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1382/2021 06.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçı X3 iştirakı ilə İddiaçı X3 Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 1500 manat pul və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının razılığı ilə X6 əsl cavabdeh olan Cavabdeh ilə əvəz edilmişdir. İddiaçı X5 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, təsərrüfatında olan bir baş öküzü ötən il satmaq qərarına gəlmişdir. İlk əvvəl kəndlərində fəaliyyət göstərən qəssəblərə müraciət etmiş, lakin pandcmiya ilə bağlı olaraq ət satışının zəif olduğu və buna görə də çəkisi ağır olan malları ala bilmədiklərini bildirmişlər. Bundan sonra Şəki şəhərində yerləşən bazarda ət satışı ilə məşğul olan qəssəb Cavabdeh ondan satışa çıxardığı öküzü ala biləcəyini bildirmişdir. Cavabdehlə həmin malı 1500 manata razılaşmışlar. Cavabdeh ona malı aparıb satıb bir neçə günə pulu verəcəyini bildirmişdir. O da razılaşıb malı ona satmışdır. Bundan müəyyən müddət keçsə də cavabdeh müxtəlif bəhanələrlə aldığı malın dəyərini ona ödəməmişdir. Buna görə də müxtəlif vaxtlarda polis orqanına və Şəki rayon prokurorluğuna müraciət etmişdir. Polis şöbəsində araşdırma zamanı cavabdeh izahat verərək aldığı malın pulunu hissə-hissə verəcəyini bildirsə də yenə də ödəniş etməmişdir. Şəki şəhər-rayon polis şöbəsi araşdırmadan sonra ona məktub göndərərək işin mülki xarakterli olduğunu və buna görə məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Məhz buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən sorğu verilərək iş materialarına əlavə edilmiş Cavabdeh Şəki ŞRPŞ-də verdiyi izahatından görünür ki, o, iri buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olaraq ailəsini dolandırdığını, 11 oktyabr 2020-ci il tarixdə Şəki rayonu Abbas kəndində yaşayan İddiaçı 150 kiloqramlıq öküz aldığını, həmin öküzün müqabilində ona qısa müddət ərzində 1500 manat verəcəyini, lakin həmin öküzü Bakı şəhərində nisyə satdığını və hələ də pulunu geri ala bilmədiyi üçün İddiaçı 1500 manat borcunu qaytara bilmədiyini bildirmiş, 1500 manat borcunu qısa müddət ərzində verəcəyini qeyd etmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materialarına əlavə edilmiş Şəki ŞRPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı Pərvin Ələkbərov tərəfindən tərtib edilmiş arayışdan görünür ki, icraatına Şəki rayonu Abbas kəndində yaşayan İddiaçı Şəki şəhərrayon Polis Şöbəsinə 25 noyabr 2020-ci il tarixli, 189-30419M-3120 saylı ərizəsi daxil olmuşdur. Ərizədə vətəndaş İddiaçı 11 oktyabr 2020-ci il tarixdə oğlu Rahibin özlərinə məxsus 150 kiloqram olan öküzü Şəki rayonu Oxud kənd sakini Xaqani adlı şəxsə 1500 manat pul müqabilində razılaşaraq satdığını və Xaqaninin pulu 3 günə qaytaracağını bildirsə də hələ də borcunu qaytarmadığını bildirmişdir. Vətəndaş İddiaçı ilə izahat işləri apararkən o, müraciətində göstərilən xüsusatları təsdiq edərək, Xaqani ilə 2020-ci ilin oktyabr ayından dəfələrlə telefon əlaqəsi saxlayan zaman pulunu gətirib qaytaracağını söz versə də hələ də qaytarmadığını bildirmişdir. Aparılan araşdırma zamanı Cavabdeh izahatında iri buynuzlu heyvanların alqı-satqısı ilə məşğul olaraq ailəsini dolandırdığını, 11 oktyabr 2020-ci il tarixdə Şəki rayonu Abbas kəndində yaşayan İddiaçı 150 kiloqramlıq öküz aldığını, həmin öküzün müqabilində ona qısa müddət ərzində 1500 manat verəcəyini, lakin həmin öküzü Bakı şəhərində nisyə satdığını və hələ də pulunu geri ala bilmədiyi üçün İddiaçı 1500 manat borcunu qaytara bilmədiyini bildirsə də, borcunu qısa müddət ərizdə verəcəyini qeyd etmişdir. Beləliklə, toplanmış materialdan göründüyü kimi Şəki şəhərrayon Polis Şöbəsinə müraciət etmiş İddiaçı ərizəsində göstərilən xüsusatlar mülki xarakterli olmaqla araşdırması polis orqanlarının səlahiyyətinə aid olmaması müəyyən edilmiş və ona mülki qaydada məhkəmə orqanlarına müraciət etməsi hüququnun olması izah olunmuşdur. Məhkəmə iclasında iddiaçının izahatı nəticəsində müəyyən edildi ki, Cavabdeh iddiaçı X2 1500 manat dəyərində heyvan almış, lakin bugünədək borcunu qaytarmamışdır. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməməklə iddiaya münasibət bildirməmişdir. Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Məhkəmə Cavabdeh Şəki ŞRPŞ-də verdiyi izahatına hüquqi qiymət verərək, onu borcun etirafı kimi qəbul edir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1500 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1530 manat pul alınaraq X3 xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1382/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1382/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver