Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1396/2020 19.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadiqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh x xxxxxx 2018ci il tarixli, SKLMB- 3734 saylı kredit müqaviləsi üzrə kreditə görə əsas 2118,41 manat, faiz borcuna görə 103,81 manat, dəbbə borcuna görə 0 manat olmaqla, cəmi 2222,22 manat və həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus olan girov qoyulmuş qanitur dəsti, 01 ədəd, çəkisi - 31,3 qr., əyarı – 585, tək qaş üzük, 01 ədəd, çəkisi - 2,5 qr., əyarı - 585; lom qızıl, 01 ədəd, çəkisi - 3,3 qr., əyarı - 585; boyunbağı, 01 ədəd, çəkisi - 13,6 qr., əyarı - 585; boyunbağı, 01 ədəd, çəkisi - 6,3 qr., əyarı - 585; boyunbağı, 01 ədəd, çəkisi - 9,2 qr., əyarı - 585; qaşsız kalso, 01 ədəd, çəkisi - 7,3 qr., əyarı - 585; kişi üzüyü, 01 ədəd, çəkisi - 4,2 qr., əyarı - 585; qaşsız sırğa, 01 ədəd, çəkisi - 2,9 qr., əyarı - 585; qaşlı kalso, 01 ədəd, çəkisi - 4,1 qr., əyarı - 583; qaşlı sırğa, 01 ədəd, çəkisi - 4,9 qr., əyarı - 583; paxlava üzük, 01 ədəd, çəkisi - 1 qr., əyarı - 585; kişi züyü, 01 ədəd, çəkisi - 4,4 qr., əyarı - 583; qadın üzüyü, 01 ədəd, çəkisi - 4,4 qr., əyarı - 583; qaşlı kalso, 01 ədəd, çəkisi - 5,1 qr., əyarı - 583; tros sep, 01 ədəd, çəkisi - 1,7 qr., əyarı - 585; kalye boyunbağı, 01 ədəd, çəkisi - 5,5qr., əyarı -585; qaşlı sırğa, 01 ədəd, çəkisi - 1,4 qr., əyarı - 585; qaşlı sırğa, 01 ədəd, çəkisi - 10,4 qr., əyarı - 585; qadın üzüyü, 01 ədəd, çəkisi - 2,4 qr., əyarı - 585; qamitür dəsti, 01 ədəd, çəkisi - 33,6 qr., əyarı - 585; tək qaş komplekt, 01 ədəd, çəkisi - 10 qr., əyarı - 750; boyunbağı, 01 ədəd, çəkisi - 7,8 qr., əyarı - 585; boyunbağı, 01 ədəd, çəkisi - 9,1 qr., əyarı - 583; boyunbağı, 01 ədəd, çəkisi - 3 qr., əyarı - 583; boyunbağı, 01 ədəd, çəkisi - 16,2 qr., əyarı - 583; kişi üzüyü, 01 ədəd, çəkisi - 13,3 qr., əyarı - 583; çalma kalso, 01 ədəd, çəkisi - 5,3 qr., əyarı - 583; qaşlı kalso, 01 ədəd, çəkisi - 3,7 qr., əyarı - 583; komplekt, 01 ədəd, çəkisi - 8,6 qr., əyarı - 583; fantaziya sırğa, 01 ədəd, çəkisi - 7,8 qr., əyarı - 585; kişi üzüyü, 01 ədəd, çəkisi - 11 qr., əyarı - 583; bilərzik, 01 ədəd, çəkisi - 10,9 qr., əyarı - 583; qamitur dəsti, 01 ədəd, çəkisi - 26,1 qr., əyarı - 585; qadın üzüyü, 01 ədəd, çəkisi - 3,2 qr., əyarı - 585; qadın üzüyü, 01 ədəd, çəkisi - 3,5 qr., əyarı - 583; qaşlı sırğa, 01 ədəd, çəkisi - 7,8 qr., əyarı - 583; xrustal üzük, 01 ədəd, çəkisi - 3,7 qr., əyarı - 585; tək qaş üzük, 01 ədəd, çəkisi - 1,3 qr., əyarı - 583; nişan üzüyü, 01 ədəd, çəkisi - 2,6 qr., əyarı - 750; uşaq sırğası, 01 ədəd, çəkisi - 9 qr., əyarı – 583, cəmi çəkisi - 315,3 qr olan qızıl- zinət əşyalarına yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh x xxxxxx 2018-ci il tarixli, SKLMB-3734 saylı kredit müqaviləsi üzrə cəmi 2222,22 manat və həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan x xxxxxx 2018-ci il tarixli, SKLMB-3734 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2020-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, xx.xx.2020-ci il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxış iclası bu günə, yəni xx.xx.2020-ci il tarixə, saat 10:00-a təyin edilmişdir. xx xxxxxxx 2020-ciil tarixdə İddiaçı ASC-nin nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsi, bu səbəbdən ərizənin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş edir. Cavabdehisə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı ASC-nin nümayəndəsi X1 iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə göndərmiş, Cavabdeh isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı “pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi, girov predmetinin açıq hərracda satılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı ASC-nə izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1396/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1396/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver