Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1406/2020 16.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 ədəd Samsung S8 model, 01 ədəd Samsung A6 model, 01 ədəd Samsung A8 model, 02 ədəd İphone 6 model mobil telefonların dəyəri olan 3500 manat, 9000 manat borc, əldən çıxmış faydanın dəyəri olaraq 3000 manat, qiymətləndiriciyə ödənilmiş 50 manat və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2015-ci ilin yay aylarında Bakı şəhərində icarəyə götürdüyü mağazada mobil telefon satışı ilə məşğul olmuşdur. 2018-ci ilin sonunadək həmin mağazanı işlətmişdir. Sonradan icarəyə götürdüyü mağazanın yerləşdiyi bina təmir olunduğu üçün mağazasını bağlamışdır. Ailə vəziyyəti ilə əlaqədar 2019-cu ilin noyabr ayının əvvəllərinə kimi Bakı şəhərində qalmışdır. 2019-cu ilin noyabr ayının ortalarında isə mağazasında satılmayan Samsung A6, Samsung A8, Samsung S8, Samsung 6+, İphone 6+, İphone 6S və 2 ədəd İphone mobil telefonlarını da götürüb yaşadığı Şəki şəhərinə gəlmişdir. Şəki şəhərinə gələndən sonra tanışlarına və dostlarına gətirdiyi telefonları satmaq istəməsi və istəyən olarsa ona xəbər vermələri barədə məlumat vermişdir. O cümlədən qonşusu Cavabdeh da İphone və Samsung modelli 8 ədəd mobil telefonu olduğunu və həmin telefonları satmaq istədiyini demişdir. İmran özü də Şəki şəhərində telefon alqı-satısı ilə məşğul olmuşdur. Təxminən bir həftədən sonra 2019-cu ilin noyabr ayının sonlarında qonşusu İmran yanına gəlib ondan iki ədəd İphone 6 modelli telefon istəyərək satıb pulunu verəcəyini bildirdiyi üçün razılaşmış və ona bir ədədinin qiyməti 350 manat olan 2 ədəd İphone 6 modelli mobil telefon vermişdir. 2 gündən sonra İmran ona zəng vurub telefonları satdığını, pulunu gətirib bir ədəd Samsung S8, bir ədəd Samsung A6 və Samsung A8 modelli telefon götürmək istədiyini bildirmiş və küçələrinə çıxmasını xahiş etmişdir. O, həmin telefonları götürüb evlərinin qarşısına küçəyə çıxmışdır. Bir azdan İmran yanına gəlib əvvəl ondan aldığı iki ədəd telefondan birinin pulunu, yəni razılaşdıqları kimi 350 manat pulu verib, digər telefonun pulunu isə iki günə kimi verəcəyini demişdir. Sonra İmran ondan bir ədəd Samsung S8, bir ədəd Samsung A6 və Samsung A8 modelli telefonları alıb bir həftəyə kimi satıb pulunu verəcəyini dedikdə, əvvəllər də İmrana telefon satıb vaxtında pulunu aldığı üçün ona inanmış və bir ədəd Samsung S8 modelli telefonu 450 manata, bir ədəd Samsung A6 modelli telefonu 350 manata və bir ədəd Samsung A8 modelli telefonu 450 manata razılaşıb İmrana vermişdir. Həmin vaxt İmranla bir qədər evlərinin qarşısında söhbət etmişlər. Söhbət zamanı İmran Bakı şəhərindən gəldiyini, işsiz olduğunu, qohumlarından pul alsa burada iş qurub işləyəcəyini soruşduqda İmran da ona baxarıq deyib telefonları alıb getmişdir. Üç gündən sonra İmran ona zəng vurub çağırdığı üçün küçələrinin qarşısında onunla görüşmüşdür. Söhbət zamanı İmran ona torpaq alıb-satmaqla məşğul olduğunu və ona 10-15 min manat pul tapıb verəcəyi təqdirdə işləyib əldə etdiyi qazancdan ona da verəcəyini bildirmişdir. Həmin vaxtı İmrandan pulun qaşılığında nə girov qoya biləcəyini demişdir. İmran da ona pensiya və əmək haqqı kartını verə biləcəyini, hər ay kartlarından pulunu çıxarıb qazanc kimi götürməsini təklif etmişdir. Razılaşdığı üçün İmrana hissə-hissə 10000 manat pul tapıb verəcəyini bildirdikdə İmran razılaşmışdır. Ona görə səhəri gün xalasından 3100 manat pul alıb yaşadığı evin qarşısında küçədə həmin pulu İmrana vermiş, sonuncu pensiya kartını və kartın kodunu ona verib hər ay 460 manat pensiya pul yükləndiyini demişdir. Bundan 2 gün sonra yenə xalasından 2400 manat pul alıb İmrana zəng vurub evlərinin qarşısına çağırmış, həmin pulu ona vermişdir. Həmin vaxt İmranda əmək haqqı kartı və kartın kodunu ona verib hər ay 230 manat əmək haqqı yükləndiyini bildirmişdir. Təxminən bir həftədən sonra İmran ona zəng vurub iş qurduğunu, pulun qalan hissəsini də verməsini bildirdiyi üçün iki gündən sonra xalasından 1500 manat pul alıb evlərinin qarşısında küçədə ona vermişdir. Bir neçə gündən sonra İmran yenə ondan pul istədiyi üçün xalasından 600 manat pul almış, yaşadığı evin qarşısında İmrana vermişdir. Bundan 3-4 gün sonra Bakı şəhərinə getmiş, Bakı şəhərində olan zaman İmran zəng vurub pul istədiyi üçün İmranın “xxxxxxx” KB ASC-yə məxsus Albalı debet kart hesabına bankın Bakı şəhəri, 28 may küçəsində yerləşən ödəmə terminalından 1400 manat pul göndərmişdir. Bir aydan sonra İmranın verdiyi pensiya və əmək haqqı kartlarından pul çıxarmağa getmişdir. Kartı bankomata salanda pensiya kartının istifadə müddətinin bitdiyini öyrənmişdir. Digər kartda isə 230 manat pul olmalı olduğu halda 161 manat olmuş və həmin 161 manat pulu kartdan çıxarmışdır. Bundan sonra İmrana zəng vurub pensiya katının bağlı, digər kartında isə dediyi kimi 230 manat deyil, 161 manat pul olduğunu demişdir. İmran da ona əmək haqqı kartından qaynına zamin durduğu üçün əmək haqqının bir hissəsini onun ödəmədiyi kredit borcuna tutulduğunu, pensiya kartını dəyişdirmək üçün sifariş verdiyini, bir aya alacağını, alanda kartını ona verəcəyini bildirmişdir. Bir aydan sonra İmranın əmək haqqı kartından pul çıxaran zaman kartda pul olmamışdır. Ona görə İmrana zəng vurub əmək haqqı kartında pul olmadığını demişdir. İmran da ona pulunu bir həftəyə kimi qaytarıb kartlarını ondan alacağını bildirmişdir. Lakin İmran həmin müddətdə pulunu qaytarmamış, 9000 manat pul borcu və aldığı telefonların dəyəri qalmışdır. Bundan başqa həmin 9000 pul və telefonların dəyəri olan 3500 manatın cavabdeh tərəfindən ona verilməməsi ona keçən 2 il ərzində 3000 manatdan çox ziyan vurmuşdur. Həmin pula o, telefon alıb satsa idi 3000 manat gəlir əldə edərdi. Məhz buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, iddia ərizəsində qeyd edilən 2 ədəd İphone 6 modelli mobil telefondan birinin pulu ona verilmişdir. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfində sorğu verilərək iş materiallarına əlavə edilmiş HK-1/972 saylı material üzrə Cavabdeh xx xxxxxx 2020-ci il tarixdə Şəki ŞRPŞ-də verdiyi izahatından görünür ki, 2018-ci ildə onunla qonşuluqda yaşayan Vüsal adlı şəxsin faizə pul verdiyini eşitmişdir. Pula ehtiyacı olanda hərdən Vüsalın yanına gedib ondan 12 faizə bəzən 500, bəzən isə 700 manat pul almış, ayın axırında isə faizi ilə birlikdə onun pulunu qaytarıb vermişdir. Vüsal pulu ona verən zaman ona verdiyi pulu lombarddan aldığını və ona pul tapdığına görə şirinlik kimi 50 manat pul verməsini bildirdiyi üçün razılaşmış, Vüsalın pulunu qaytaran zamanda pulun faizindən əlavə ona 50 manat pul vermişdir. 2019-cu ilin fevral ayının əvvəllərində müalicəsinə pul lazım olduğu üçün Vüsalın yanına gedib prezident təqaüdü kartını verib ondan 12 faizə 2200 manat borc pul almışdır. Vüsal da hər ayın axırında kartından verdiyi pulun faizini götürmüşdür. Sonradan yenə pula ehtiyacı olduğu üçün 2019-cu ilin mart ayının ortalarında Vüsalın yanına gedib pensiya kartını verib ondan 12 faizə 2000 manat pul almışdır. Aralarındakı razılığa əsasən Vüsal hər ay kartından verdiyi pulun 12 faizini, yəni 240 manat pul götürməli, qalan pulunu isə özünə qaytarıb verməli imiş. Bir aydan sonra Vüsal kartından verdiyi pulun faizini götürüb yerdə qalan 135 manat pulunu ona qaytarmışdır. Həmin vaxt Vüsal söhbət zamanı ona kartındakı 135 manat pula görə əlavə 2000 manatda götürə biləcəyini demişdir. Ona görə bir aydan sonra Vüsaldan əlavə olaraq 12 faizə yenə 2000 manat pul götürmüşdür. Dəqiq tarixini xatırlamasa da, 2020-ci ilin mart ayında Vüsal ona zəng edib pensiya kartının bağlandığını və pul ala bilmədiyini bildirmişdir. O da Vüsala bankdan ona yeni kart verəcəklərini, alanda kartını ona verəcəyini demişdir. Sonradan kartını alsa da onu Vüsala verməmişdir. Digər kartı isə özü gedib bağlatdırmış və yeni kart almışdır. 230 manatlıq kartdakı pul “xxxxxxxxxxxx” ASC-dən aldığı kredit borcuna tutulmuşdur. Digər pensiya kartındakı pulu isə kirayə və müalicəsinə vermişdir. Ona görə sonradan Vüsaldan aldığı 6200 manat pulu və onun faizini ödəyə bilməmişdir. Bundan başqa həqiqətən Vüsaldan 01 ədəd Samsung S8, 01 ədəd Samsung A6, 01 ədəd Samsung A8, 02 ədəd İphone 6 model mobil telefonlar almış, bir ədəd İphone 6 markalı telefonun pulunu vermiş, digər telefonları isə satıb öz ehtiyaclarına xərcləmişdir. Vüsal hər iki kartından verdiyi puldan artıq miqdarda faizə pul götürdüyünə, həmçinin ona əlavə pul ödəməyə imkanı olmadığına görə həm aldığı pulu, həm də ondan aldığı telefonların pulunu verməmişdir. Beləliklə, Vüsala iki kartını verib ondan cəmi 6200 manat pul almışdır. Vüsaldan 9000 manat pul almamışdır. Vüsal qalan pulları vermədiyi üçün faiz pulu kimi ümumi aldığı pulun üstünə gələrək ondan 9000 manat pul tələb edir. Məhkəmə tərəfində sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin İBnin müstəntiqi, polis mayoru X1 tərəfindən HK-1/972 nömrəli material üzrə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh əməlində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından HK-1/972 nömrəli material üzrə cinayət təqibinin başlanması rədd edilmiş, İddiaçı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan “Kristal-MM Qiymətləndirmə” tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə verilmiş 1106/20 saylı mütəxəssis rəyindən görünür ki, 02 ədəd İphone 6 (vahidin qiyməti 410 manat), 01 ədəd Samsung S8 (vahidin qiyməti 545 manat), 01 ədəd Samsung A6 (vahidin qiyməti 445 manat) və 01 ədəd Samsung A8 (vahidin qiyməti 540 manat) model mobil telefonların ilin əvvəlinə olan cəmi nağd satış dəyəri olan 2350 manat təşkil edir. Məlum olduğu kimi telefon satış mağazalarında mobil telefonların hissə-hissə ödənişlə (daxili kreditlə) satışı zamanı onun nağd satış qiymətinin üzərinə 10-15% məbləğ əlavə olunur. İddiaçı həmin telefonları mağazalarda olduğu kimi hissə-hissə ödənişlə satmış olsa idi, 2702.50 manat vəsait əldə etmiş olardı. Qiymətləndirmə xərcləri 50 manat təşkil etmiş və İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iclasında iddiaçının izahatı nəticəsində müəyyən edildi ki, Cavabdeh İddiaçı 01 ədəd Samsung S8, 01 ədəd Samsung A6, 01 ədəd Samsung A8, 02 ədəd İphone 6 model mobil telefonları satıb dəyərini qaytarmaq adı ilə almış, yalnız 01 ədəd İphone 6 model mobil telefonun dəyərini ödəniş, digər telefonları satsa da bu günə kimi dəyərlərini ödəməmişdir. Bundan başqa Cavabdeh İddiaçı 9000 manat borc məbləğində borc pul almış, lakin bugünədək borcunu ödəməmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməyərək iddiaya münasibət bildirməmiş, HK- 1/972 saylı material üzrə xx xxxxxx 2020-ci il tarixdə Şəki ŞRPŞ-də verdiyi izahatında iddia tələbini 01 ədəd Samsung S8, 01 ədəd Samsung A6, 01 ədəd Samsung A8, 01 ədəd İphone 6 model mobil telefonun dəyəri, həmçinin 6200 manat borc pul hissəsində qəbul etmişdir. Azərbaycan Respublikasını Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Məhkəmə Cavabdeh HK-1/972 saylı material üzrə xx xxxxxx 2020-ci il tarixdə Şəki ŞRPŞ-də verdiyi izahatına hüquqi qiymət verərək, onu borcun etirafı kimi qəbul edir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Odur ki, Cavabdeh 01 ədəd Samsung S8, 01 ədəd Samsung A6, 01 ədəd Samsung A8 və 01 ədəd İphone 6 model telefonların dəyəri olan 1940 manat və 6200 manat borc pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin əldən çıxmış faydanın dəyəri olaraq 3000 manat pul tələbi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının tələblərinin faktiki təmin edilmə tarixi qabaqcadan bəlli olmadığından, həmin tarixin bəlli olmaması səbəbindən gələcək dövr üçün tələb edilən gəlir məbləğini də hazırda müəyyən etmək qeyri-mümkündür. Həmçinin, iddiaçı tərəfindən 3000 manat məbləğində əldən çıxmış faydanın olması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın əksər hissəsi təmin edildiyindən Cavabdeh müstəqil qiymətləndiriciyə ödənilmiş 50 manat və dövlət rüsumu olaraq ödənilmiş manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 01 (bir) ədəd Samsung S8, 01 (bir) ədəd Samsung A6, 01 (bir) ədəd Samsung A8 və 01 (bir) ədəd İphone 6 model telefonların dəyəri olan 1940 (bir min doqquz yüz qırx) manat, 6200 (altı min iki yüz) manat borc pul, müstəqil qiymətləndiriciyə ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat olmaqla, cəmi 8220 (səkkiz min iki yüz iyirmi) manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1406/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1406/2020
16.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver