Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1412/2020 17.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, X1katibliyi, İddiaçı: İddiaçı və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1050 manatın, həmin məbləğə görə əldən çıxmış faydanın əvəzi olaraq 500 manatın və dövlət rüsumu üçün ödədiyi 30 manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olmuş,24 sentyabr il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxış iclası xx xxxxxxx 2020-ci il tarixdə keçirilmiş mülki işinnövbəti məhkəmə baxış iclası bu günə, yəni xx xxxxxx 2020-cu il tarixə, saat 11:00-a təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə təqdim edərək iş üzrə sənədlərin natamam olduğundan iddia ərizəsinin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndəiddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2isə məhkəmə iclasına gəlməməkləişə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qə r a r a a l d ı : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçıizah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1412/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1412/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver