Məhkəmə qərarları › İş №2(075)-1431/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1431/2020

17.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1431/2020 17.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadiqova Türkan Bəxtiyar qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi3, Ərizəçi1, X3 “hüquqi faktın təsdiq edilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Ərizəçi X1 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki rayonu X2 xx xxxxxx 2000-ci il tarixli, 18 saylı qərarına əsasən Şəki rayonu Birinci Biləcik kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 1698,18 kvadrat metr pay torpaq sahəsi ayrılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən A- 146371 nömrə ilə qeydiyyata alınmış torpaq sahəsinin planı və ölçüsü sənədinin paylarına münasibətdə onlara məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki işi üzrə məhkəmə hazırlıq iclası xx xxxxxxxx 2020-ci il tarixdə keçirilmiş, mülki işin məhkəmə baxışı iclası xx xxxxxxx 2020-ci il tarixdə keçirilmiş, mülki işin növbəti məhkəmə baxışı iclası bu günə, yəni xx xxxxxx 2020-ci il tarixə saat 09:30-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin xx xxxxxx 2020-ciil tarixdə keçirilən məhkəmə iclaslarına mülki proses tərəfləri gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi işə onların iştirakı olmadan baxılmasını tələb etməmiş mülki proses tərəfləri məhkəməyə gəlməmişlər. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə ərizə ilə məhkəməyə müraciət etmək hüququ ərizəçilər Ərizəçi3, Ərizəçi1, X4izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263- 264, 266- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçilər Ərizəçi3, Ərizəçi1, X3 “hüquqi faktın təsdiq edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçilər Ərizəçilər Ərizəçi3, Ərizəçi1, X4izah edilsin ki, onlar, ümumi qaydada yenidən məhkəməyə müraciət edəbilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar