Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1432/2020 22.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2500 manat pul, 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh 2014-cü ilin sentyabr ayında ona müraciət edərək uşağının müalicəsi üçün təcili pula ehtiyacı olduğunu qeyd etmiş, ondan borc pul istəmiş və 1 ay müddətinə borcu qaytaracağına söz vermişdir. O, pulu olmadığını bildirmiş, cavabdeh israr etdiyindən ona yazığı gəlmiş və “xxxxxxxxxx” ASC-nin Şəki filialından 2500 manat kredit götürmüş və ailə üzvlərinin yanında Cavabdeh nağd şəkildə 2500 manat pulun hamısını borc vermişdir. Lakin Cavabdeh həmin borcu ona vaxtında qaytarmamış, məcbur qalıb “xxxxxxxxxx” ASC-yə borcu özü hissə-hissə ödəmişdir. Hal-hazırda Cavabdeh ona 2500 manat borcu vardır. Sonuncu 6 ildir ki, borcla əlaqədar ona heç bir ödəniş etməmişdir. Bu səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Cavabdehin qanunsuz hərəkətləri ilə bağlı Şəki rayon prokurorluğuna müraciət etmiş, lakin tələb mülki xarakterli olduğundan ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhz buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Əşrəf Rüstəmzadə tərəfindən tərtib edilmiş “Telefon danışığı ilə əlaqədar arayış”ın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Cəfərabad kənd sakini İddiaçı Şəki rayon prokurorluğuna daxil olmuş müraciətinə baxılıb nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi məzmunlu Şəki rayon prokurorluğunun xx xxxx 2020-ci il tarixli, 250ş-01-20 nömrəli məktubu Şəki ŞRPŞ-nin dəftərxanasında 189-19159M-3120 nömrə ilə qeydə alınaraq icrası ona həvalə edilmişdir. Araşdırma zərurəti ilə əlaqədar Cavabdeh istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək telefon əlaqəsi yaratmışdır. Həmin nömrəyə gələn zəngə cavab verən şəxs həqiqətən də Cavabdeh olduğunu qeyd edərək Şəki rayonu Cəfərabad kənd sakini İddiaçı borcu olduğunu etiraf etmiş və maddi durumu aşağı olduğu üçün bu günə qədər İddiaçı olan borcunu qaytara bilmədiyini, lakin yaxın aylarda sözügedən borcu qaytaracağına söz verdiyini bildirmiş, hal-hazırda Abşeron rayonu, Xırdalan şəhərində yaşadığını və işlədiyini, işlərinin çox olduğunu və karantin rejimi ilə əlaqədar və digər bəhanələrlə araşdırma müddətində Şəki ŞRPŞ-nə gələrək izahat verməkdən imtina etmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı Əşrəf Rüstəmzadə tərəfindən tərtib edilmiş “İddiaçı Şəki rayon prokurorluğuna daxil olmuş müraciətinə baxılıb nəticəsi barədə müraciət müəllifinə məlumat verilməsi məzmunlu Şəki rayon prokurorluğunun xx xxxx 2020-ci il tarixli, 250ş-01-20 nömrəli məktubu əsasında toplanmış 189-19159M-3120 nömrəli materiala dair arayış”ın təsdiq edilmiş surətindən görünür ki, 2500 manatlıq borc məsələsi mülki xarakterli olmaqla, polis orqanlarının səlahiyyətinə aid olmadığında İddiaçı mülki qaydada Şəki Rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iddiaçının izahatı nəticəsində müəyyən edildi ki, Cavabdeh İddiaçı 2500 manat məbləğində borc almış, lakin bugünədək borcunu ödəməmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməyərək iddiaya münasibət bildirməmiş, 189-19159M-3120 saylı material üzrə Şəki ŞRPŞ-də verdiyi şifahi ifadəsində iddia tələbini həqiqətən İddiaçı borcu olduğunu etiraf etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ilə “xxxxxxxxxx” ASC arasında bağlanmış xx xxxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, iddiaçı həmin tarixdə 2500 manat miqdarında istehlak krediti götürmüşdür. Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Məhkəmə Cavabdeh 189-19159M-3120 nömrəli material üzrə telefon vasitəsilə Şəki ŞRPŞ-yə şifahi verdiyi ifadəsinə hüquqi qiymət verərək, onu borcun etirafı kimi qəbul edir. Bundan başqa məhkəmə qeyd edir ki, İddiaçı “xxxxxxxxxx” ASC-nin Şəki filialından 2500 manat kredit götürməsi və öhdəliyi özü icra etməsi iş materialları ilə sübuta yetirilir. Cavabdeh özü də iddiaçıya həmin miqdarda borcunun olmasını etiraf etmiş, məhkəmə iclaslarında iştirak etməyərək 189-19159M-3120 nömrəli material üzrə telefon vasitəsilə Şəki ŞRPŞ-yə şifahi verdiyi ifadəsini mübahisələndirməmiş, tərəfindən borcunun olmadığı ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Odur ki, 30.40 manat dövlət rüsumu da Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat pul və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 2530.40 (iki min beş yüz otuz manat qırx qəpik) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1432/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1432/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver