Məhkəmə qərarları › İş №2(075)-1441/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1441/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1441/2020 30.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Rüstəmli Məmmədemin Siracəddin oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6500 (altı min beş yüz) manat pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı tələbin azaldılmasına dair ərizə təqdim edərək, 1600 (min altı yüz) manat pulun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahat verərək göstərdi ki, o, ailəsi ilə birlikdə Şəki rayonu, Bideyiz kəndində yaşayır. Göstərmişdir ki, həyat yoldaşı ilə birlikdə tez-tez bazar ərazisinə kənd təsərrüfatı malları gətirərək cavabdehin mağazasının önündə satmaqla məşğul olmuşdur. Belə ki, cavabdehin Şəki bazarı ərazisində mağazası olmuş və orada televizor satmış, həmçinin onlara gətirdiyi malları satmaq üçün mağazasının önündə onlara şərait yaratmışdır. Beləliklə də onunla Cavabdeh arasında səmimi münasibət yaranmış və cavabdeh onun etibarını qazanmışdır. 2014-cü ildə Cavabdeh onlardan bankdan kredit götürməsini, həmin pulu ona borc kimi verməsini xahiş etmiş, krediti isə vaxtı vaxtında ödəyəcəyini bildirmişdir. O da Cavabdeh etibar etdiyindən iki ayrı-ayrı bankdan - «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən və «xxxxxxxxx»ASC-dən kredit götrürərək ümumilikdə cavabdehə 6500 manat məbləğində borc pul vermişdir. Əvvəllər cavabdeh kredit borcunu onun əvəzindən vaxtı-vaxtında ödəmiş, lakin bir müddət sonra ödəniş etməyi dayandırmışdır. Hesablamalarına görə hazırda cavabdehin ona 1600 manat məbləğində borcu qalmışdır. Buna görə də 1600 (min altı yüz) manat pulun və 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, iddiaçı, həyat yoldaşı ilə birlikdə tez-tez bazar ərazisinə kənd təsərrüfatı malları gətirərək onun mağazasının önündə satmaqla məşğul olmuşdur. Onun Şəki bazarı ərazisində mağazası olmuş televizor və digər elektrik əşyaları satmaqla məşğul olmuş və həmin mağazasının önündə iddiaçıya və onun həyat yoldaşına kənd təsərrüfatı malları satmaq üçün şərait yaratmışdır. 2014-cü ildə ona pul lazım olmuş və iddiaçıya təklif etmişdir ki, bankdan kredit götürərək ona versin. Bildirmişdir ki, həmin kreditləri hər ay qrafikə uyğun özü ödəyəcəkdir. Belə olub İddiaçı «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» ASC-dən kredit götürüərək 2000 manat və «xxxxxxxxx»ASC-dən isə kredit götürərək ona 1700 manat olmaqla. cəmi 3700 manat məbləğində borc pul vermişdir. Aralarında olan razılşmaya əsasən o, həmin 3700 manat borc pulu hər ay ödəməyə başlamışdır. 2015-ci ilədək ödənişlərlə bağlı hər hansı problemi olmamışdır. Lakin 2015-ci ildə ölkədə baş vermiş mövcud vəziyyətlə əlaqədar maddi vəziyyəti ağırlaşmış və banka vaxtında ödənişlər edə bilməmiş, borcunun ödənilməsində müəyyən gecikmələr olmuşdur. Buna görə də iddiaçı ilə aralarında narazılıq olmuşdur. Lakin sonradan bütün borcunu tam şəkildə ödəmişdir. Hazırda onun İddiaçı hər hansı borcu qalmamışdır. Hesab edir ki, iddia əsassızdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tərəflərin izahatı və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçı ilə cavabdeh 2014-cü ildə bir-birini tanımış və aralarında səmimi münasibət yaranmışdır. İddiaçı cavabdehə cəmi 6500 manat borc pul verdiyini iddia edərək həmin pul məbləğindən 1600 manat ödənilməmiş hissənin qaldığını bildirmişdir. Cavabdeh isə həqiqətən də iddiaçı tərəfindən ona toplam 3700 manat borc pul verildiyini etiraf etmiş. Lakin həmin borc məbləğini tam şəkildə iddiaçıya qaytarıldığını qeyd etmişdir. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə tərəflərin izahatını və iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş əlyazma ilə yazılmış qəbzləri təhlil edərək belə qənaətə gəlir ki, tərəflər arasında borcla bağlı hüquq münasibət yaranmış, buna görə də bu münasibətə borc müqaviləsindən irəli gələn müddəalar tətbiq edilməlidir. Həmçinin cavabdeh iddiaçıdan 3700 manat məbləğində borc pul aldığını etiraf etməklə borcunu tam olaraq iddiaçıya qaytadığını bildirsə də, buna dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bundan başqa iddiaçı ilkin iddia tələbində cavabdehdən 6500 manat pulun ödənilməsini tələb etsə də, hesablamalar apardıqdan sonra cavabdehin ona 1600 manat borcunun olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 1600 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edildiyindən 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1600 (min altı yüz) manat məbləğində pul və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar