Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1446/2020 26.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi: Hüseynova (Vahabova) Dünya Oktay qızının iştirakı ilə, Ərizəçi Hüseynova (Vahabova) Dünya Oktay qızının “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: Ərizəçi Hüseynova (Vahabova) Dünya Oktay qızı ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1966-cı il tarixdə Şəki şəhərində anadan olmuş X1 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, xx xxxxxxxx 2020-ci il tarixdə iş üzrə məhkəmə hazırlıq iclası keçirilmiş, məhkəmə baxışı iclasıbu günə, yəni xx xxxxxxx 2020-ci il tarixə saat 09:30-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Bu gün, yəni xx xxxxxxx 2020-ci il tarixdə ərizəçi Hüseynova (Vahabova) Dünya Oktay qızıməhkəməyə ərizə təqdim edərək,mülki iş üzrə sənədləri natamam olduğundan və sənədlərini hazırlaması üçün işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs nümayəndəsiisə məhkəməiclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərzə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi ərizəçi Hüseynova (Vahabova) Dünya Oktay qızıərizənin geri qaytarılması barədə ərizə təqdim etmiş, Maraqlı şəxs nümayəndəsiisəməhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda qanunun qeyd edilən tələbinə uyğun olaraq ərizəçi Hüseynova (Vahabova) Dünya Oktay qızının ərizəsi baxılmamış saxlanmalı, ümumi qaydada yenidən məhkəmədə iddia qaldırmaq hüququ ona izah edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 266- 269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi Hüseynova (Vahabova) Dünya Oktay qızının “şəxsin ölmüş elan edilməsi” tələbinə dair ərizəsibaxılmamış saxlanılsın. Ərizəçi Hüseynova (Vahabova) Dünya Oktay qızına izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1446/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1446/2020
26.10.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver