Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1473/2020 26.10.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Əlifova (Cəfərova) Gülmayə Süleyman qızı, Aslanova (Cəfərova) Əsmayə Süleyman qızı və Ağasıyeva (Cəfərova) Ceyran Süleyman qızının iştirakları ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Əlifova (Cəfərova) Gülmayə Süleyman qızı, Aslanova (Cəfərova) Əsmayə Süleyman qızı və Ağasıyeva (Cəfərova) Ceyran Süleyman qızının «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Əlifova (Cəfərova) Gülmayə Süleyman qızı, Aslanova (Cəfərova) Əsmayə Süleyman qızı və Ağasıyeva (Cəfərova) Ceyran Süleyman qızı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X4 ataları olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Əlifova (Cəfərova) Gülmayə Süleyman qızı, Aslanova (Cəfərova) Əsmayə Süleyman qızı və Ağasıyeva (Cəfərova) Ceyran Süleyman qızı ərizədə tələblərini onunla əsaslandırmışlar ki, mərhum ataları X4 ölümündən sonra onun vərəsələri olaraq Şəki regional “ASAN” xidmət mərkəzinə müraciət etsələr də, atalarının ölümü haqqında şəhadətnaməsi olmadığı, habelə doğum haqqında şəhadətnamələrində ata adı qeyd edilmədiyi üçün Maraqlı şəxsnə müraciət etmələri məsləhət görülmüşdür. Bundan sonra ərizə ilə Maraqlı şəxsnə müraciət etsələr də, müraciətlərinə cavab olaraq onların doğum haqqında şəhadətnamələrində, eyni zamanda Maraqlı şəxs arxivində saxlanılan doğum haqqında akt qeydlərində ata qrafasında ata haqqında məlumat yazılmadığı bildirilmişdir. Odur ki, X4 ataları olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edə etmələri tövsiyə edilmişdir. Belə ki, ataları və anaları onlar doğulduqdan sonra, yəni xx xxxxxx 1965-ci il tarixdə rəsmi nikah bağladıqlarından onlara məxsus doğum haqqında şəhadətnamələrdə ata adı qeyd edilməmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Əlifova (Cəfərova) Gülmayə Süleyman qızı, Aslanova (Cəfərova) Əsmayə Süleyman qızı və Ağasıyeva (Cəfərova) Ceyran Süleyman qızı ərizəni müdafiə etdiklərini bildirərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdilər. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçilərin izahatlarını, şahidlərin ifadələri dinləyib məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Əlifova (Cəfərova) Gülmayə Süleyman qızı, Aslanova (Cəfərova) Əsmayə Süleyman qızı və Ağasıyeva (Cəfərova) Ceyran Süleyman qızının tələbləri əsaslıdır. Belə ki, faktla bağlı ərizəçilərin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X10 ifadəsində göstərdi ki, ərizəçilər onun həmkəndliləridirlər. Onların ataları X7, anaları isə X2r. X11 2004-cü ildə vəfat etmişdir. O, mərhumun dəfn və yas mərasimində iştirak etmişdir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X5 digər şahid X6 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. İşdə olan doğum haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, xx xxxxxxx 1965-ci il təvəllüdlü Ərizəçi1, xx xxxxxx 1963-cü il təvəllüdlü Ərizəçi3, xx xxxxx 1960-cı il təvəllüdlü Ərizəçi4, xx xxxxxx 1957-ci il təvəllüdlü Əlifova (Cəfərova) Gülmayə Süleyman qızı, XX.XX.1954-cÜ il təvəllüdlü Aslanova (Cəfərova) Əsmayə Süleyman qızı və XX.XX.1950-ci il təvəllüdlü Ağasıyeva (Cəfərova) Ceyran Süleyman qızının anaları X2r. İşdə olan Şəki regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X7 ilə X3 arasında xx xxxxxx 1965-ci il tarixdə bağlanmış nikah 92 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Həşimov, arvada Cəfərova soyadı verilmişdir. İşdə olan Şəki şəhər İHB-nin Baş Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən xx xxxxxxx 2020-ci il tarixdə verilmiş vərəsəliyə dair arayışdan görünür ki, 2004-cü ildə vəfat etmiş X4 vərəsələri aşağıdakılardır: Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Əlifova (Cəfərova) Gülmayə Süleyman qızı, Aslanova (Cəfərova) Əsmayə Süleyman qızı və Ağasıyeva (Cəfərova) Ceyran Süleyman qızı. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli, 05/Q-872/15 nömrəli məktubdan görünür ki, ərizəçilərin X7 ilə qohumluq münasibətlərinə dair hər hansı sənəd təqdim edilmədiyindən X4 ölüm haqqında şəhadətnamənin təkrar verilməsi ilə bağlı müraciətlərinə baxılmaqdan imtina edilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 2.2-ci bəndinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM-nin 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Həmin qərarın 2.3-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, iş materialları və şahid ifadələri ilə X1 ərizəçilərin ataları olması sübut olunur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X4 ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Əlifova (Cəfərova) Gülmayə Süleyman qızı, Aslanova (Cəfərova) Əsmayə Süleyman qızı və Ağasıyeva (Cəfərova) Ceyran Süleyman qızının ataları olması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Tələb edilməməsi nəzərə alınaraq ödənilmiş dövlət rüsumu ərizəçilərin özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X4 Ərizəçi1, Ərizəçi3, Ərizəçi4, Əlifova (Cəfərova) Gülmayə Süleyman qızı, Aslanova (Cəfərova) Əsmayə Süleyman qızı və Ağasıyeva (Cəfərova) Ceyran Süleyman qızının ataları olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1473/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1473/2020
26.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver