Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1486/2020 19.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 456 manatın pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək izahat verərək göstərdi ki, cavabdeh onun yeznəsidir. Göstərmişdir ki. cavabdeh hal-hazırda da RF-dır. O, xx xxxxxx 2019-cu il tarixdə cavabdehə “Золотая Корона” vasitəsi ilə 20 000 rus rublu göndərmiş, həmçinin 180 rus rublu məbləğində komissiya haqqı ödəmişdir. Cavabdeh həmin pulu ona qısa müddət ərzində qaytarmasına söz vermişdir. Lakin bu günədək verdiyi borc pul cavabdeh tərəfindən ona qaytarılmamışdır. Cavabdehdən verdiyi pulu tələb etdikdə isə, pulu qaytarmayacağını bildirmişdir. Bundan sonra Şəki şəhərində banka gedərək 20180 rus rublunun neçə manat olmasını soruşmuş, ona demişlər ki, bu 456 manat təşkil edir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərmişdir ki, cavabdehlə qızı arasında olan nikah 2 ay olar ki, pozulmuşdur. Məhkəmədən 456 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İbrahimova Məlahət Köçəri qızı ifadəsində göstərdi ki, o, cavabdehin anasıdır. İddiaçı isə onların qudasıdır. Bildiyinə görə övladı Cavabdeh iddiaçı Mahmuddan borc pul almışdır. Lakin hansı məbləğdə pul aldığı və borcunu qaytarıb-qaytarmadığını bilmir. Hal-hazırda oğlu X1 yaşayır. Sədrlik edənin göstərişi ilə şahid İbrahimova Məlahət Köçəri qızı məhkəmə iclasında özünə məxsus mobil telefon vasitəsi ilə övladı-Cavabdeh ilə əlaqə saxlamış, telefon dinamik rejiminə keçirilmiş, telefon danışığı zamanı Cavabdeh İddiaçı 500 manat məbləğində borc pul aldığını bildirmiş və ona olan borcunu yaxın günlərdə ödəyəcəyini bildirmişdir. İşdə olan ********* nömrəli, xx.xx.2019-cu il tarixli “Золотая Корона” vasitəsi ilə olan “Заявление физического лица на перевод денежных средств”dan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə Cavabdeh 20000 rus rublu göndərmiş və bunun üçün 180 rus rublu məbləğində komissiya haqqı ödəmişdir. Məhkəmə iclasında iddiaçının izahatı, şahid ifadəsi, cavabehin mobil telefon vasitəsi ilə verdiyi izahatı və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçı, xx xxxxxx 2019-cu il tarixdə cavabdehə “Золотая Корона” vasitəsi ilə 20000 rus rublu göndərmiş, həmçinin 180 rus rublu komissiya haqqı ödəmişdir. Cavabdeh həmin pulu ona qısa müddət ərzində qaytarmalı olsa da, öz öhdəliyini yerinə yetirməmişdir. İddiaçı iddiasını müdafiə edir. Cavabdeh isə məhkəmə iclası zamanı mobil telefon vasitəsi ilə əlaqə saxlanılan zaman iddiaçıdan 500 manat məbləğində borc pul aldığını etiraf etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə iddiaçının izahatı, şahid ifadəsi, cavabehin mobil telefon vasitəsi ilə verdiyi izahatı iş materiallarında olan sənədləri təhlil edərək belə qənaətə gəlir ki, tərəflər arasında borcla bağlı hüquq münasibət yaranmış, buna görə də bu münasibətə borc müqaviləsindən irəli gələn müddəalar tətbiq edilməlidir. Həmçinin cavabdeh iddiaçıdan 500 manat məbləğində borc pul aldığını etiraf etmişdir. Lakin iddiaçı cavabdehdən 456 manat məbləğində pul tələb etdiyindən iddia da həmin məbləğdə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 456 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 456 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1486/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1486/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver