Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1490/2020 25.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) X7 iştirakı ilə İddiaçı Cavabdeh qarşı «əmlak» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan, Cavabdeh adından “xxxx” ASC-nin Şəki filialına xx xxxxxx 2019-cu il tarixli, SKLMB-4061 saylı “saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair” aktla girov qoyulmuş əyarı 583, çəkisi 7.4 qr olan 1 ədəd qaşsız kalso, əyarı 583, çəkisi 7.1 qr olan 1 ədəd firuzə komplekt, əyarı 583, çəkisi 5.5 qr olan 1 ədəd zmeyka sep, əyarı 583, çəkisi 3.2 qr olan 1 ədəd kəhraba üzük, əyarı 583, çəkisi 6.3 qr olan 1 ədəd kişi üzüyü, əyarı 585, çəkisi 3 qr olan 1 ədəd çalma kalso, əyarı 585, çəkisi 10.8 qr olan 4 ədəd klonlu seplər, əyarı 583, çəkisi 3.3 qr olan 1 ədəd bilərzik, əyarı 585, çəkisi 4.6 qr olan 1 ədəd kardinal bilərzik, əyarı 583, çəkisi 8.6 qr olan 1 ədəd boyunbağı, əyarı 585, çəkisi 3.8 qr olan 1 ədəd kulon bilərzik, əyarı 585, çəkisi 2 qr olan 1 ədəd qaşlı kulon, əyarı 585, çəkisi 1 qr olan 1 ədəd qaşsız sırğa, əyarı 585, çəkisi 3.3 qr olan 1 ədəd qaşsız üzük, əyarı 585, çəkisi 2 qr olan 1 ədəd qaşlı üzük, əyarı 585, çəkisi 2.1 qr olan 1 ədəd qaşlı üzük, əyarı 585, çəkisi 1 qr olan 1 ədəd xrustal üzük, əyarı 583, çəkisi 4.1 qr olan 1 ədəd qaşlı kalso, əyarı 585, çəkisi 15.3 qr olan 2 ədəd komplektlər, əyarı 583, çəkisi 3.4 qr olan 1 ədəd abadok sırğa, əyarı 583, çəkisi 1.6 qr olan 1 ədəd tək qaş üzüyü, əyarı 583, çəkisi 14.5 qr olan 1 ədəd yoluçqa sep, əyarı 583, çəkisi 17.8 qr olan 2 ədəd yoluçqa bilərzik və əyarı 500, çəkisi 2.7 qr olan 1 ədəd qadın üzüyünün Cavabdeh ilə “xxxx” ASC-nin Şəki filialı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, SKLMB-4061 saylı kredit müqaviləsi üzrə borc onun tərəfindən tam ödənildikdən sonra Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin əvvəllərində ona pul lazım olduğu üçün “xxxx” ASC-nin Şəki filialına müraciət etmişdir. Belə ki, həmin ərəfələrdə o, ev almaq istəmiş, lakin ev almaq üçün pulu çatmamışdır. “xxxx” ASC-nin Şəki filialından ona bildirmişlər ki, adında “xxxx” ASC-də bağlanmamış krediti var. O, bankın əməkdaşına 134.4 qram qızılı olduğunu, qızılı girov götürüb bu qızıla görə nə qədər kredit vermək mümkündürsə vermələrini xahiş etmişdir. Eyni zamanda bankın əməkdaşına digər bankdan götürdüyü krediti də vaxtında ödədiyini, heç bir gecikməsi olmadığını bildirmişdir. Bankın əməkdaşı digər banka olan kredit bağlamadığı təqdirdə pul verə bilməyəcəklərini, lakin əgər yaxın adamı varsa həmin şəxsin qeyd etdiyin qızılları girov kimi qoyub kredit götürə biləcəyini bildirmişdir. Bundan sonra bank əməkdaşının bu təklifini əmisi oğlu Cavabdeh demiş, o da heç bir problem olmadığını, girov və kredit müqaviləsini adına rəsmiləşdirəcəyini bildirmişdir. Bundan sonra Cavabdeh ilə banka gedərək ona məxsus 134.4 qr qızılı Cavabdeh adından “xxxx” ASC-nin Şəki filialına girov qoymuş, Cavabdeh ilə “xxxx” ASC-nin Şəki filialı arasında xx xxxxxx 2019-cu il tarixli, SKLMB-4061 saylı kredit müqaviləsinin bağlanmasına nail olmuşlar. Bundan sonra “xxxx” ASC-nin Şəki filialından Cavabdeh 4380 manat pul vermişlər. Cavabdeh həmin pulu, həmin pulla bağlı kassa məxaric orderini, ödəniş cədvəlini, saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktı ona təhvil vermişdir. O da “xxxx” ASC-nin Şəki filialına xx xxxx 2019-cu il tarixdən başlayaraq ayda 245 manat ödəniş etmişdir. Axırıncı ödənişi isə xx xxxxxxxx 2020-ci il tarixdə icra etmişdir. Bütün ödəniş qəbzləri ondadır. Bu hadisədən bir müddət sonra əmisi oğlu Cavabdeh atası Şirinov Elçin Şövkət oğlu və bibisi Şirinova Yeganə Şövkət qızından torpaq tələb etməyə başlamışdır. Atası və bibisi Cavabdeh tələbi ilə razılaşmamışlar. Bundan sonra Cavabdeh atası Şirinov Elçin Şövkət oğlu və bibisi Şirinova Yeganə Şövkət qızına qarşı torpaq sahəsinin naturada ayrılaraq ona verilməsi tələbinə dair iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli, 2(075)-97/2020 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bundan sonra Cavabdeh münasibəti həm ona, həm atasına, həm də bibisinə qarşı tamamilə dəyişmiş, ona “sənin atan mənə torpaq vermədi, mən də sənin bankdakı qızıllarını sənə qaytarmayacağam” demişdir. Cavabdeh dediyi bu sözlər onda çox ciddi narahatlıq yaratmışdır. “xxxx” ASC-nin Şəki filialına Cavabdeh adından girov qoyulan ona məxsus 134.4 qr qızılın qiyməti hal-hazırda 7392 manat təşkil edir. Onun xx xxxxxxxx 2020-ci il tarixə ödənilməmiş 1224.5 manat kredit borcu qalmışdır. O, həmin kredit borcunu ödəyib qurtardıqdan sonra cavabdehin ona məxsus qızılları “xxxx” ASC-nin Şəki filialından götürüb mənimsəyəcəyini bilir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, vəkilə hüquqi yardım üçün 300 manat ödəmiş, həmin ödənişi Şəki Regional Vəkil Bürosunun «xxxx» KB ASC-nin Şəki filialındakı AZ 81 UBAZ**********0090AZN001 saylı hesabına köçürmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) X1 Nübar Elçin qızının verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, İddiaçı ilə münasibətləri əvvəllər çox yaxşı olmuş, sonradan torpaqla bağlı mübahisələri yarandığından münasibətləri pozulmuşdur. Hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, İddiaçı ona müraciət edərək ev almaq üçün pula ehtiyacı olduğunu bildirmiş və borc istərmişdir. O isə anasına məxsus, həmçinin nənəsindən qalan, Rusiyada yaşayan dayısı arvadına məxsus qızılları girov qoyub kredit götürmüş, pulu iddiaçıya vermişdir. İddia ərizəsində göstərilənlər həqiqəti əks etdirmir. İddiaçının məqsədi ona və ailəsinə maddi-mənəvi zərər vurmaqdır. Odur ki, iddia tələbi əsassız olduğundan iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və onun nümayəndəsi (vəkili)nin izahatlarını, şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X4 bildirdi ki, İddiaçı onun bacısı qızı, Cavabdeh qohumudur. 2019-cu ilin fevralın əvvəllərində Nübar ona müraciət edərək ev almaq üçün kredit götürəcəyini, girov qoymaq üçün qızıl istədiyini bildirmişdir. O, özünə məxsus əyarı 583, çəkisi 3.2 qr olan 1 ədəd kəhraba üzük və əyarı 583, çəkisi 10 qr olan 1 ədəd yoluçqa bilərziyi iddiaçıya vermişdir. Kəhrəba üzük 2003-cü ildə ona qayınanası tərəfindən hədiyyə edilmişdir. Bilərzik isə ona nişanda qoyulmuşdur. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X8 digər şahid X2 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. Əlavə olaraq bildirmişdir ki, İddiaçı onun bacısı qızı, Cavabdeh qohumudur. O, qayınanasına məxsus əyarı 583, çəkisi 7.4 qr olan 1 ədəd qaşsız rus kalsonu və əyarı 585, çəkisi 8 qr olan 1 ədəd komplekti (paxlava formalı) iddiaçıya vermişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X9 digər şahidlərin izahatına oxşar olan eyni məzmunlu ifadə verərək göstərmişdir ki, İddiaçı onun dayısı qızı, Cavabdeh dayısı oğludur. 2019-cu ilin fevralın əvvəlində əyarı 583, çəkisi 7.1 qr olan 1 ədəd firuzə komplekt (qızı dünyaya gələrkən anası hədiyyə etmişdir), əyarı 583, çəkisi 5.5 qr olan 1 ədəd zmeyka sep (ikiüzlü), əyarı 585, çəkisi 10.8 qr olan 3 ədəd klonlu seplər, əyarı 585, çəkisi 3.8 qr olan 1 ədəd kulon bilərzik, əyarı 585, çəkisi 2 qr olan 1 ədəd qaşlı üzük, əyarı 500, çəkisi 2.7 qr olan 1 ədəd qadın üzüyü (qaşı düşüb) tərəfindən iddiaçıya verilmişdir. Hamısını müxtəlif toy məclislərinə taxdığından fotoşəkilləri mövcuddur. Orxanla dəfələrlə görüşüb məsələnin sülhlə həllinə nail olmağa çalışsa da buna nail ola bilməmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X3 digər şahidlərin izahatına oxşar olan eyni məzmunlu ifadə verərək göstərmişdir ki, İddiaçı və Cavabdeh bibisi gəlinidir. O, özünə məxsus əyarı 583, çəkisi 3.3 qr olan 1 ədəd bilərzik, əyarı 585, çəkisi 4.6 qr olan 1 ədəd kardinal bilərziyi və qayınanasına məxsus əyarı 583, çəkisi 3.4 qr olan 1 ədəd abadok sırğanı iddiaçıya vermiş, iddiaçı isə girov qoyub pul götürmüşdür. Girov qoyulan əşyalardan eşitdiyinə görə ancaq biri əyarı 583, çəkisi 6.3 qr olan 1 ədəd kişi üzüyü Orxanın atasına məxsus olmuş, anası tərəfindən Nübara verilmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X5 digər şahidlərin izahatına oxşar olan eyni məzmunlu ifadə verərək göstərmişdir ki, İddiaçı onun həyat yoldaşı, Cavabdeh isə həyat yoldaşının əmisi oğludur. Girov qoyulan əşyalardan əyarı 585, çəkisi 1 qr olan 1 ədəd xrustal üzük ona məxsusdur. 2018-ci ilin noyabrda həyat yoldaşı ad günündə hədiyyə almışdır. İşdə olan xx xxxxxx 2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, «xxxx» ASC tərəfindən Cavabdeh 4380 manat məbləğində kredit verilmişdir. İşdə olan xx xxxxxx 2019-cu il tarixli qəbzdən görünür ki, Cavabdeh 55.80 manat komissiya haqqı tutulmuşdur. İşdə olan ödəniş qrafikindən görünür ki, Cavabdeh götürdüyü 4380 krediti ona hesablanmış faizlərlə birlikdə 24 ay müddətinə hər ay hissə-hissə 244.90 manat ödəməklə qaytarmalı olmuşdur. İşdə olan xx xxxxxx 2019-cu il tarixli saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair aktdan görünür ki, xx xxxxxx 2019-cu il tarixli, SKLMB-4061 saylı kreditin təminatı kimi əyarı 583, çəkisi 7.4 qr olan 1 ədəd qaşsız kalso, əyarı 583, çəkisi 7.1 qr olan 1 ədəd firuzə komplekt, əyarı 583, çəkisi 5.5 qr olan 1 ədəd zmeyka sep, əyarı 583, çəkisi 3.2 qr olan 1 ədəd kəhraba üzük, əyarı 583, çəkisi 6.3 qr olan 1 ədəd kişi üzüyü, əyarı 585, çəkisi 3 qr olan 1 ədəd çalma kalso, əyarı 585, çəkisi 10.8 qr olan 4 ədəd klonlu seplər, əyarı 583, çəkisi 3.3 qr olan 1 ədəd bilərzik, əyarı 585, çəkisi 4.6 qr olan 1 ədəd kardinal bilərzik, əyarı 583, çəkisi 8.6 qr olan 1 ədəd boyunbağı, əyarı 585, çəkisi 3.8 qr olan 1 ədəd kulon bilərzik, əyarı 585, çəkisi 2 qr olan 1 ədəd qaşlı kulon, əyarı 585, çəkisi 1 qr olan 1 ədəd qaşsız sırğa, əyarı 585, çəkisi 3.3 qr olan 1 ədəd qaşsız üzük, əyarı 585, çəkisi 2 qr olan 1 ədəd qaşlı üzük, əyarı 585, çəkisi 2.1 qr olan 1 ədəd qaşlı üzük, əyarı 585, çəkisi 1 qr olan 1 ədəd xrustal üzük, əyarı 583, çəkisi 4.1 qr olan 1 ədəd qaşlı kalso, əyarı 585, çəkisi 15.3 qr olan 2 ədəd komplektlər, əyarı 583, çəkisi 3.4 qr olan 1 ədəd abadok sırğa, əyarı 583, çəkisi 1.6 qr olan 1 ədəd tək qaş üzüyü, əyarı 583, çəkisi 14.5 qr olan 1 ədəd yoluçqa sep, əyarı 583, çəkisi 17.8 qr olan 2 ədəd yoluçqa bilərzik və əyarı 500, çəkisi 2.7 qr olan 1 ədəd qadın üzüyü olmaqla, 134.4 qram çəkidə qızıl-zinət əşyaları «xxxx» ASC-nin xeyrinə girov qoyulmuşdur. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı hüquqi yardım üçün Şəki Regional Vəkil Bürosunun «xxxx» KB ASC-nin Şəki filialındakı AZ 81 UBAZ**********0090AZN001 saylı hesabına 300 manat köçürmüşdür. İşdə olan mədaxil qəbzlərindən görünür ki, xx xxxxxx 2019-cu il tarixli, SKLMB-4061 saylı kredit müqaviləsi üzrə xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2020-ci il tarixlərdə müvafiq olaraq 245 manat ödəniş edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı özünə və yaxın qohumlarına məxsus müxtəlif adda, çəkidə və əyarda qızıl-ziynət əşyalarını Cavabdeh adından «xxxx» ASC-yə girov qoymuş və kredit götürmüşdür. Kredit məbləği iddiaçı tərəfindən hər ay gecikdirilmədən ödənilir. Hazırda cavabdeh həmin qızıl-ziynət əşyalarının özünə məxsus olduğunu iddia edərək geri qaytarmaqdan imtina edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Azərbaycan Respublikasının MM-nin 157.2-ci maddəsinə əsasən iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir. Göründüyü kimi sözügedən qızıl-ziynət əşyaları iddiaçıya məxsusdur. Cavabdeh tərəfindən həmin əşyaların özünə məxsusluğu iddia edilsə də, məhkəməyə dəvət olunmuş hər iki tərəfin qohumu olan şahidlər bunun əksini təsdiqləmişlər. Odur ki, «xxxx» ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, SKLMB-4061 saylı kredit müqaviləsi iddiaçı tərəfindən tam şəkildə icra olunduqdan sonra girov qoyulmuş 24 adda qızıl-ziynət əşyaları Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi xx xxxxxx 2019-cu il tarixli, SKLMB-4061 saylı kredit müqaviləsi tam icra olunduqdan sonra icra ediləcəyindən «xxxx» ASC-nin maraqlarına toxunmur. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 300 manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 222-227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı məxsus olan, Cavabdeh adından “xxxx” ASC-nin Şəki filialına xx xxxxxx 2019cu il tarixli, SKLMB-4061 saylı “saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair” aktla girov qoyulmuş əyarı 583, çəkisi 7.4 qr olan 1 ədəd qaşsız kalso, əyarı 583, çəkisi 7.1 qr olan 1 ədəd firuzə komplekt, əyarı 583, çəkisi 5.5 qr olan 1 ədəd zmeyka sep, əyarı 583, çəkisi 3.2 qr olan 1 ədəd kəhraba üzük, əyarı 583, çəkisi 6.3 qr olan 1 ədəd kişi üzüyü, əyarı 585, çəkisi 3 qr olan 1 ədəd çalma kalso, əyarı 585, çəkisi 10.8 qr olan 4 ədəd klonlu seplər, əyarı 583, çəkisi 3.3 qr olan 1 ədəd bilərzik, əyarı 585, çəkisi 4.6 qr olan 1 ədəd kardinal bilərzik, əyarı 583, çəkisi 8.6 qr olan 1 ədəd boyunbağı, əyarı 585, çəkisi 3.8 qr olan 1 ədəd kulon bilərzik, əyarı 585, çəkisi 2 qr olan 1 ədəd qaşlı kulon, əyarı 585, çəkisi 1 qr olan 1 ədəd qaşsız sırğa, əyarı 585, çəkisi 3.3 qr olan 1 ədəd qaşsız üzük, əyarı 585, çəkisi 2 qr olan 1 ədəd qaşlı üzük, əyarı 585, çəkisi 2.1 qr olan 1 ədəd qaşlı üzük, əyarı 585, çəkisi 1 qr olan 1 ədəd xrustal üzük, əyarı 583, çəkisi 4.1 qr olan 1 ədəd qaşlı kalso, əyarı 585, çəkisi 15.3 qr olan 2 ədəd komplektlər, əyarı 583, çəkisi 3.4 qr olan 1 ədəd abadok sırğa, əyarı 583, çəkisi 1.6 qr olan 1 ədəd tək qaş üzüyü, əyarı 583, çəkisi 14.5 qr olan 1 ədəd yoluçqa sep, əyarı 583, çəkisi 17.8 qr olan 2 ədəd yoluçqa bilərzik və əyarı 500, çəkisi 2.7 qr olan 1 ədəd qadın üzüyü Cavabdeh ilə “xxxx” ASC-nin Şəki filialı arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli, SKLMB-4061 saylı kredit müqaviləsi üzrə borc iddiaçı tərəfindən tam ödənildikdən sonra Cavabdeh alınaraq İddiaçı verilsin. Həmçinin Cavabdeh 30 manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 300 manat alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1490/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1490/2020
25.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver