Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1495/2021 11.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20 iyul 1964-cü il tarixdə Ermənistan Respublikası Əzizbəyov rayonunda anadan olmuş X6 atasının Ərizəçi, anasının isə X11 olması hüquqi faktının (qohumluq münasibətləri faktının) təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, Ərizəçi onun atası, X3 onun qardaşıdır. X2 20 iyul 1964-cü il tarixdə Ermənistan Respublikası Əzizbəyov rayonu Köçbək kəndində anadan olmuşdur. Onlar 1968-ci ildə Şəki rayonu Şəki kəndinə köçmüş, burada məskunlaşmışlar. Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarına əsasən ailələrinə Şəki rayonu Şəki kəndi ərazisindən cizgidə göstərilən sərhədlər daxilində 3.72 hektar torpaq sahəsi ayrılmış və həmin torpağa dair dövlət aktı hazırlanaraq təhvil verilmişdir. X15 2009-cu ildə vəfat etmiş, ona ölüm haqqında şəhadətnamə verilmişdir. Hazırda ərizəçinin adına Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş JN-188, kod 40400068 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”na əsasən torpaq üzərində qardaşından qalmış payla bağlı vərəsəlik işi açılarkən məlum olmuşdur ki, mərhum Mehbalı Albəyevun doğum haqqında şəhadətnaməsi mövcud deyil. Belə ki, X2nun doğumu Ermənistanda qeydiyyata alınmışdır. Bununla bağlı Maraqlı şəxs2nə müraciət etsələr də qohumluq münasibətlərini təsdiq edən sənəd təqdim edə bilmədiklərindən müraciətlərindən imtina edilmiş, ərizəçiyə qohumluq münasibətlərinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxslər Maraqlı şəxs2 və Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Lakin Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi 26 iyul 2021-ci il və 03 avqust 2021-ci il tarixlərdə ərizə göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələri dinləyib məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi qismən əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X4 ifadəsində göstərdi ki, Ərizəçi onun əmisidir. X3 anadan olarkən o, üçüncü sinifdə oxuyurdu. Onlar Ermənistan Respublikası Əzizbəyov rayonu Köçbək kəndində bir həyətdə yaşamışlar. Mehbalı anadan olarkən 1964-cü ilin yay ayları idi. Mehbalının atası Ərizəçi, anası Nubar Alıbəyovadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Ərizəçi onun həyat yoldaşının əmisidir. Mehbalı Albəyev 1964-cü ildə Ermənistan Respublikası Əzizbəyov rayonu Köçbək kəndində anadan olmuşdur. Ərizəçinin mərhum oğlu Mehbalı ilə aralarında 10 yaş fərq olmuşdur. Sonralar Mehbalı ilə bir yerdə işləmişlər. Mehbalının atası Ərizəçi, anası Nubar Alıbəyovadır. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-913/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 saylı qərarı əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəki Rayon Torpaq Şöbəsi tərəfindən verilmiş kod 40400068, JN-188 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının paylarına münasibətdə Ərizəçi, X13, Nümayəndə və X7 məxsus olması hüquqi faktı müəyyən edilmişdir. İşdə olan Əzizbəyov rayonu Ardavan kənd sovetliyi tərəfindən 01 yanvar 1956-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin təsdiq edilmiş tərcüməsindən görünür ki, Ərizəçi ilə X10 arasında 01 yanvar 1956-cı il tarixdə Əzizbəyov rayonu Ardavan kənd sovetliyində bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmişdir. İşdə olan Şəki şəhər İHB-nin Şəki kənd İcra Nümayəndəliyi tərəfindən 08 avqust 2009-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X12 26 iyun 2009-cu il tarixdə vəfat etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 2(075)-913/2021 saylı, 01 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, X11 28 may 2011-ci il tarixdə vəfat etmişdir. İşdə olan Maraqlı şəxs2 tərəfindən verilmiş 02 fevral 2021-ci il tarixli, 05/Q-366/15 nömrəli məktubdan görünür ki, Ərizəçi mərhum övladı X6 doğum akt qeydinin bərpası ilə bağlı müraciətinə baxılmaqdan imtina edilmiş və ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin 01 aprel 2021-ci il tarixli, 855 nömrəli qərarından görünür ki, Ərizəçi ərizəsi əsasında miras qoyan şəxslə qohumluq əlaqələrini müəyyən etmək mümkün olmadığından notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 12 mart 2021-ci il tarixli, 018-3092-1221 nömrəli məktubundan görünür ki, 20 iyul 1964-cü il təvəllüdlü X8 21.01.2006-cı il tarixdə Şəki ŞRPŞ tərəfindən verilmiş AZE-04938183 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şəki şəhər-rayon Polis Şöbəsinin 22 mart 2021-ci il tarixli, 189-7892-1221 nömrəli məktubundan görünür ki, Şəki ŞRPŞ-nin QMQ-da Azərbaycan Respublikası DİN-nin müvafiq təlimatına əsasən saxlama müddəti bitmiş, öz qanuni qüvvəsini itirmiş sənədlər 5 ildən sonra akt tərtib edilərək şöbə rəhbərliyinin iştirakı ilə ləğv edilir. Odur ki, vətəndaş X8 21 yanvar 2006-cı il tarixdə Şəki ŞRPŞ tərəfindən verilmiş AZE-04938183 nömrəli şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olmuş sənədlərin surətinin göndərilməsi mümkün deyildir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 2.2-ci bəndinə əsasən əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, məhkəmə vətəndaşlıq vəziyyəti aktlarının kitablarında qeydlərin düzgün olmamasına dair işlərə Azərbaycan Respublikası MPM-nin 37-ci fəslində nəzərdə tutulmuş qaydada xüsusi icraat qaydasında baxa bilər. Həmin qərarın 2.3-cü bəndinə əsasən qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, iş materialları və şahid ifadələri ilə X3nun 1964-cü il tarixdə Ermənistan Respublikası Əzizbəyov rayonunda anadan olmaqla, atasının Ərizəçi, anasının isə Albəyova (Alıbəyova) Nübar (Nubar) Sərxan qızı olması sübut olunur. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə qismən təmin edilərək, X6 1964-cü il tarixdə Ermənistan Respublikası Əzizbəyov rayonunda anadan olması, atasının Ərizəçi, anasının isə Albəyova (Alıbəyova) Nübar (Nubar) Sərxan qızı olması hüquqi faktı müəyyən edilməli, əsassız olduğundan ərizə qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. X6 1964-cü il tarixdə Ermənistan Respublikası Əzizbəyov rayonunda anadan olması, atasının Ərizəçi, anasının isə Albəyova (Alıbəyova) Nübar (Nubar) Sərxan qızı olması hüquqi faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1495/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1495/2021
11.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver