Məhkəmə qərarları › İş №2(075)-1510/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1510/2020

03.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1510/2020 03.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Cavabdeh nümayəndəsi (vəkili) X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona qaytarılmalı olan 85000 manatın,əldən çıxmış faydanın əvəzi olaraq 15000 manatın və dövlət büdcəsinə ödədiyim 30 manat dövlət rüsumunun Cavabdehdan alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmişdir. Lakin o, xx xxxxxxx 2020-ci il tarixdə məhkəməyə notarial təsdiq edilmiş ərizə təqdim edərək iddiasına təqdim etdiyi sənədlər əsasında onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işəonun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya MH ******* nömrəli, xx xxxxxx 2017-ci il qeydiyyat tarixli, **********76-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasənŞəki rayonu, Oxud kəndi ərazisində 758,5 kvadrat metr sahəsi olan qeyri-yaşayış binası Cavabdehadınadır.Cavabdeh həmin qeyriyaşayış binasını ona 85000 manata satması ilə bağlı aralarında razılığa gəlmişlər. Həmin razılığa əsasən o,Cavabdeh 85000 manat pul vermiş və verdiyi 85000 manat pulun müqabilindəCavabdeh mülkiyyəndə olan həmin qeyri-yaşayış binasını onun adına sənədləşdirməli idi. Lakin, uzun müddət keçməsinə baxmayaraq,Cavabdeh ona faktiki olaraq satdığı həmin qeyri-yaşayış binasının onun adına rəsmiləşdirilməsi üçün üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, həmçinin,Cavabdeh ondan aldığı 85000 manat pulu da ona geri qaytarmamışdır. Buna görə dəCavabdeh qarşı hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh nümayəndəsi (vəkili) X2 məhkəmə iclasında izahat verərək göstərdi ki, ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Seriya MH ******* nömrəli, xx xxxxxx 2017-ci il qeydiyyat tarixli, **********76-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasənŞəki rayonu, Oxud kəndi ərazisində 758,5 kvadrat metr sahəsi olan qeyri-yaşayış binası Cavabdehadınadır.Cavabdeh həmin qeyri-yaşayış binasını iddiaçıya 85000 manata satması ilə bağlı aralarında razılığa gəlmişlər. Həmin razılığa əsasən iddiaçıCavabdeh 85000 manat pul vermiş və verdiyi 85000 manat pulun müqabilindəcavabdeh mülkiyyəndə olan həmin qeyri-yaşayış binasını iddiaçının adına sənədləşdirməyi öz öhdəsinə götürmüşdür. Lakin, sözügedən qeyri-yaşayış binasını iddiaçının adına sənədləşdirmək mümkün olmamışdır. Bu müddət ərzində cavabdeh sözügedən 85000 manat borcdan 1500 manat iddiaçıya ödəniş etmişdir. İddianı qismən qəbul edir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Həmçinin məhkəməyə təqdim etdiyi ərizədə bildirmişdir ki, İddiaçı cavabdehə qaytarmalı olduğu 850xx xxxxxxxx 1500 manatını qaytarmış, qalan məbləği də qaytarmaqdan imtina etmir. O ki, qaldı əldən çıxmış faydanın əvəzi olaraq 15000 manatı qəbul etmir. Qeyd etdiklərini nəzərə alaraq 83000 (səksən üç min manatın) qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Məhkəmə iclasında iddiaçının iddia ərizəsi, cavabdehin nümayəndəsinin (vəkilinin) izahatı, və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, Cavabdeh özünə məxsus qeyri-yaşayış binasını iddiaçıya 85000 manata satması ilə bağlı aralarında razılığa gəlmişlər. Həmin razılığa əsasən iddiaçı, Cavabdeh 85000 manat pul vermiş və verdiyi 85000 manat pulun müqabilindəCavabdeh mülkiyyəndə olan həmin qeyri-yaşayış binasını iddiaçının adına sənədləşdirməyi öz öhdəsinə götürmüşdür. Lakin, sözügedən qeyri-yaşayış binasını iddiaçının adına sənədləşdirmək mümkün olmamışdır. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Cavabdeh iddiaçıya borcunu ödəməsinə söz versə də, indiyədək borcunu tam ödəməmişdir. İddiaçı tələbini müdafiə etmişdir. Cavabdehin nümayəndəsi isə məhkəməyə təqdim etdiyi ərizədə 83000 manatın cavabdehdən alınaraq iddiaçıya qaytarılmasına etirazının olmadığını bildirsə də, məhkəmə iclasında verdiyi izahatda cavabdehin sözügedən borcdan iddiaçıya cəmi 1500 manat ödəniş etdiyini etiraf etmişdir. Belə olduğu halda isə (85000-1500=83500) cavabdehin iddiaçıya 83500 manat borcunun qaldığı müəyyən olunur. Məhkəmə hesab edir ki, tərəflər arasındakı münasibətə əsassız varlanmanın müddəaları tətbiq edilməlidir. Belə ki, Cavabdeh 85000 manat məbləğində pul vəsaitini bu cür varlanmaya haqq qazandıran qanuni və müqavilə əsası olmadan əldə etməklə varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Həmin Məcəllənin 1093.2-ci maddəsinə əsasən əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə, həmçinin əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa qaytarma tələbi istisna edilir. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı cavabdehdən əldən çıxmış faydanın əvəzi olaraq 15000 manat məbləğində pul tələb etsə də, vəd verilən qeyri-yaşayış binasının sənədləşdirilməməsi təqdirdə həmin müddətdə əldə olunacaq faydanın nədən ibarət olması və həmin faydanın miqdarı barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Buna görə də məhkəmə iddianı bu hissədə əsassız hesab edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 83500 manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 83500 (səksən üç min beş yüz) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar