Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1516/2022 29.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi X2, Cavabdeh3 iştirakları ilə İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh3, Cavabdeh2 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 19 iyul 2012-ci il tarixli 250 M saylı kredit müqaviləsinə əsasən 1236 manat əsas, 312 manat faiz borcu olmaqla, cəmi 1548 manat borc və 20 manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə əmr verilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının Şəki filialı ilə birgə borclular Cavabdeh2, Cavabdeh3 Muard oğlu və Cavabdeh1 arasında bağlanmış 19 iyul 2012-ci il tarixli 250 M saylı kredit müqaviləsinə sasən Birgə Borcluların hər birinə 1500 manat olmaqla 24 ay müddətinə qaytarılması şərtilə illik 27%-lə, cəmi 4500 manat kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə və ödəniş qrafikinə əsasən birgə borclular tərəfindən 24 ay müddətində 4500 manat əsas borc və ona hesablanmış faiz borcu ödənilməli olduğu halda, həmin şərtlərə əməl edilməmiş, əsas borcdan 3264 manat, faiz borcundan isə 1559 manat ödəniş olmuşdur. Birgə borcluların xx.xx.2014-cü il tarixə Kredit Təşkilatına olan əsas borcu 1236 manat, faiz borcu 312 manat, cəmi 1548 manat təşkil edir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İşə Şəki Rayon Məhkəməsində baxılmış və 26 yanvar 2015-ci il tarixli 2(075)- 545/2015 saylı əmrlə 12 fevral 1977-ci il tarixdə Şəki rayonu. Aşağı Layısqı kəndində anadan olmuş və həmin kənddə yaşayan X1, 10 iyul 1959-cu il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuş və həmin kənddə yaşayan Cavabdeh3, 27 mart 1983-cü il tarixdə Şəki rayonu Aşağı Layısqı kəndində anadan olmuş, Şəki rayonu Aşağı Göynük kəndində yaşayan Cavabdeh1 19 iyul 2012-ci il tarixli, 250M saylı kredit müqaviləsi üzrə 1236 manat əsas borc, 312 manat faiz borcu olmaqla, cəmi 1548 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 20 AZN müştərək qaydada alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə verilməsi əmr edilmişdir. Cavabdeh3 oğlu 17 iyun 2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək, Şəki Rayon Məhkəməsinin 26 yanvar 2015-cı il tarixli məhkəmə əmrinə əsasən borclular- 12 fevral 1977-ci il tarixdə Şəki rayonu. Aşağı Layısqı kəndində anadan olmuş və həmin kənddə yaşayan X1, 10 iyul 1959-cu il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuş və həmin kənddə yaşayan Cavabdeh3, 27 mart 1983-cü il tarixdə Şəki rayonu Aşağı Layısqı kəndində anadan olmuş, Şəki rayonu Aşağı Göynük kəndində yaşayan Cavabdeh1 19 iyul 2012-ci il tarixli, 250M saylı kredit müqaviləsi üzrə 1236 manat əsas borc, 312 manat faiz borcu olmaqla, cəmi 1548 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 20 AZN müştərək qaydada alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə verilməsi əmr edilmişdir. O ailəsi ilə birlikdə Şəki rayonu, Aşağı Göynük kəndində yaşayır. xx.xx.2021-ci il tarixli məhkəmə iclasına dəvət olma səbəbini soruşduqda yuxarıda qeyd olunan məhkəmə əmri olması və təqdimatın verilmə səbəbinin də həmin əmrə əsasən verildiyi ona şifahi olaraq bildirilmişdir. Məhkəmə əmrindən bu illər ərzində məlumatı olmayıb. Aidiyyəti orqanlara müraciət etsə də, məhkəmə əmrini rəsmən alaraq aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunduğu üçün əmri almaq üçün məhkəməyə müraciət etmişdir. Müraciətindən sonra qəbzə imza etməklə əmrin surətini bu ilin iyun ayında rəsmən almışdır. 2015-ci il tarixdən onun yaşadığı ünvana məhkəmədən hər-hansı bir məktub və ya sənəd göndərilməyib, habelə o və ya həyat yoldaşı tərəfindən istənilən bir sənədə imza edilməklə mübahisə etdiyi məhkəmə əmri onlara təqdim edilməmişdir. İş materialında məhkəmə əmrinin onun və ya ailə üzvləri tərəfindən qəbul edilməsini təsdiq edəsi imza nümunəsinin olması imkansızdır. Məhkəmə tərəfindən ona rəsmən təqdim edilmiş 2(075)-545/2015 saylı, 26 yanvar 2015-ci il tarixli Məhkəmə Əmrinin surətini aldıqdan dərhal sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Şəki Ravon Məhkəməsinin 2(075)-545/2015 nömrəli əmrə etiraz edir və əmri ləğv edib iddia icraatına keçilməsini məhkəmədən xahiş edir. Cavabdeh3 əmrdən etirazı əsasında məhkəmə əmri ləğv olunmuş, işə iddia icraatında baxılmasına qərar verilmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 786.12 manat əsas, 11.88 manat faiz borcu olmaqla, cəmi 798 manat borcun və 20 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının etibarnamə üzrə nümayəndəsi X3 bildirdi ki, iddianı qismən müdafiə edir. Belə ki, Şəki Rayon Məhkəməsinin 26 yanvar 2015-ci il tarixli 2(075)-545/2015 saylı əmrinə əsasən X1, Cavabdeh3 və Cavabdeh1 19 iyul 2012-ci il tarixli, 250M saylı kredit müqaviləsi üzrə 1236 manat əsas borc, 312 manat faiz borcu olmaqla, cəmi 1548 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 20 AZN müştərək qaydada alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə verilməsi qərara alınmışdır. Lakin hazırda cavabdehlərdən biri Cavabdeh1 dünyasını dəyişmişdir, həmçinin ötən müddət ərzində cavabdehlər tərəfindən müəyyən ödənişlər edilmişdir. Hətta iddia tələbinin azaldılmasına dair ərizə verildikdən sonra ödəniş olunduğundan hazırda cavabdehlərin borcu kredit müqavilsəinə əsasən 696,12 manat əsas borc, 11,88 manat faiz borcu olmaqla ümumilikdə 708 manat təşkil edir. Odur ki, cavabdehlər Cavabdeh3 və Cavabdeh2 696,12 manat əsas borc, 11,88 manat faiz borcu olmaqla ümumilikdə 708 manat və ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq iddiaçıya ödənilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh2 məhkəmə iclaslarına gəlməmiş gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh3 göstərmişdir ki, borcunun olduğunu qəbul edir. Lakin heç bir yerdə işləmədiyindən və maddi vəziyyətinin aşağı olduğundan kredt borcunu ödəyə bilməmişdir. Qalan məbləğin az-az ödənilməsinə köməklik göstərilməsini və qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan İddiaçı ilə Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 19 iyul 2012-ci il tarixli, 250 M saylı Birgə borclularla Kredit müqaviləsindən görünür ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 24 ay müddətinə illik faiz dərəcəsi 27 faiz olmaqla 4.500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 götürdüyü 4500 manat krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan 26 yanvar 2015-ci il tarixli, 2(075)-545/2015 saylı məhkəmə əmrinə əsasən borclular - 12 fevral 1977-ci il tarixdə Şəki rayonu. Aşağı Layısqı kəndində anadan olmuş və həmin kənddə yaşayan X1, 10 iyul 1959-cu il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuş və həmin kənddə yaşayan Cavabdeh3, 27 mart 1983-cü il tarixdə Şəki rayonu Aşağı Layısqı kəndində anadan olmuş, Şəki rayonu Aşağı Göynük kəndində yaşayan Cavabdeh1 19 iyul 2012-ci il tarixli, 250M saylı kredit müqaviləsi üzrə 1236 manat əsas borc, 312 manat faiz borcu olmaqla, cəmi 1548 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 20 AZN müştərək qaydada alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə verilməsi əmr edilmişdir. İş materiallarında olan İddiaçı tərəfindən verilmiş 29 sentyabr 2022-ci il tarixli arayışdan görünür ki, hal-hazırda Şəki Rayon Məhkəməsinin 26 yanvar 2015-ci il tarixli, 2(075)-545/2015 saylı əmri üzrə borc qalığı 728 manat (696,12 manat əsas borc, 11,88 faiz borcu, 20 manat ödənilmiş dövlət rüsumu) təşkil edir. İş materiallarında olan İddiaçı QSC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli, 570 nömrəli Fərmanının surətindən görünür ki, həmin Fərmanın icrası ilə əlaqədar "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ müqavilə əsasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına keçmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfləri tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı tərəfindən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatı qalıq qalmış kredit borcunun ödənilməsini Cavabdeh3 və Cavabdeh2 tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, ödənilən dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1, 471, 472-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının xeyrinə 696.12 manat əsas, 11.88 manat faiz borcu olmaqla, cəmi 708 manat borc və 20 manat dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 696.12 manat əsas, 11.88 manat faiz borcu olmaqla, cəmi 708 manat borc və 20 manat dövlət rüsumu tutularaq İddiaçı-nın xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1516/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1516/2022
29.09.2022 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver