Məhkəmə qərarları › İş №2(075)-1534/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1534/2020

30.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1534/2020 30.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şəki şəhəri, F.Abdurahmanov küçəsi, 1/18 saylı evdən Cavabdeh istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərdi ki, onun 2 övladı var və onlardan biri hal-hazırkı cavabehdir. Cavabdeh 1981-ci ildə ünvan 1 ünvanında, yəni onun ata evində anadan olmuşdur. Hazırkı mübahisə predmeti olan Şəki şəhəri, F.Abdurahmanov küçəsi, 1/18 saylı fərdi yaşayış evi onun tərəfindən inşa olunmuş və o, ailə üzvləri ilə birlikdə 1992-ci ildən həmin evə köçməklə orada yaşayırlar. Yəni hazırkı cavabdeh övladı Zaur 11 yaşından qeyd edilən evdə 2011-ci ilədək yaşamışdır. Həmçinin həmin evin həyətində qardaşlarının işlətdiyi çilingər sexi vardır və Zaur da uşaqlıqdan həmin sənəti öyrənmiş, hazırda da həmin sexi Zaur işlədir. Sözügedən əmlak tam mülkiyyət hüququ əsasında ona məxsusdur. Əmlaka olan mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində onun adına qeydiyyata alınmışdır. O, həyat yoldaşı və 2 oğlu həmin evdə pasport qeydiyyatındadırlar. 2011-ci ildə oğlu Cavabdeh və ailəsi ona tikdirdiyi Şəki şəhəri, küçəsində yerləşən fərdi yaşayış evinə köçərək həmin vaxtdan orada yaşamışlar. Cavabdeh həyat yoldaşı, gəlini və uşaqlar Şəki şəhəri, Axundov prospekti, 174 saylı ünvanda qeydiyyatda olsalar da Cavabdeh həmin ünvana pasport qeydiyyatına düşməmişdir. Artıq 9 ildir ki, ona məxsus evdə formal qeydiyyatda olsa da faktiki olaraq özünə məxsus evdə yaşayır. Cavabdehin həmin evdə qeydiyyatda olması onun mülkiyyətində olan həmin fərdi yaşayış evini özgəninkiləşdirməyinə maneəçilik yaradır. Cavabdehin həmin evdə pasport qeydiyyatında qalmasının hüquqi əsası yoxdur. Buna görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülkiyyətində olan yaşayış evinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır. Həmin hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Cavabdehin həmin evdə pasport qeydiyyatında qalması isə mülkiyyətçi olaraq onun hüquqlarını məhdudlaşdırır. Buna görə də cavabdehin mülkiyyətində olan Şəki şəhəri, K.Abdurahmanov küçəsi, 1/18 saylı ünvanında yerləşən fərdi yaşayış evindəki istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərdi ki, O, Cavabdeh 1981-ci ildə ünvan 1 ünvanında, yəni atasının ata evində anadan olmuşdur. 1992-ci ildə atası Şəki şəhəri, F.Abdurahmanov küçəsi, 1/18 saylı fərdi yaşayış evini inşa etmiş və onlar ailə üzvləri ilə birlikdə 1992-ci ildən həmin evə köçməklə yaşamışlar. Həmçinin həmin evin həyətində çilingər sexi vardır və o 1995-ci ildən həmin sexi işlətməklə maddi təminatının oradan əldə etdiyi gəlir hesabına ödəyir. Adına hər hansı yaşayış evi yoxdur, hazırda isə dostu Qurbana məxsus evdə yaşayır. İddiaçı olan atası onu evdən çıxarmaq istəyir. Lakin onun 1-i təzə doğulmaqla 3 azyaşlı uşağı vardır. Hazırda qışın soyuğunda hara getsin. Onun özünə məxsus ev yoxdur. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reystrindən çıxarışın surətindən görünür ki, Şəki şəhəri, Fuad Abdurahmanov küçəsi, döngə 1-də mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 64.0 kv.m yaşayış, 154.3 kv.m könəkçi sahədən ibarət 18 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 158 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli məktubdan görünür ki, Xidmətin 12 saylı X5 elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan “Bağbanlar” məhəllə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 385 nömrəli arayışdan görünür ki, “Bağbanlar” məhəlləsi F.Abdurahmanov küçəsi, 1/18 saylı evdə yaşayan Cavabdeh 2011-ci ildən ailəliklə başqa ünvanda yaşayır. Məhkəmə araşdırması zamanı aydın oldu ki, iddiaçının 2 övladı var və onlardan biri cavabeh Zaurdur. Cavabdeh 1981-ci ildə ünvan 1 ünvanında, yəni iddiaçının ata evində anadan olmuşdur. Şəki şəhəri, F.Abdurahmanov küçəsi, 1/18 saylı fərdi yaşayış evi iddiaçı tərəfindən inşa olunmuş və ailə üzvləri ilə birlikdə 1992-ci ildən həmin evə köçməklə yaşayırlar. Həmçinin həmin evin həyətində çilingər sexi vardır və cavabdeh 1995-ci ildən həmin sexi işlətməklə maddi təminatının oradan əldə etdiyi gəlir hesabına ödəyir. Sözügedən əmlak tam mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Əmlaka olan mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. İddiaçı, həyat yoldaşı və 2 oğlu həmin evdə pasport qeydiyyatındadırlar. Cavabdeh isə bildirmişdir ki, onunadına başqa ev yoxdur. O, hazırda dostuna məxsus evdə müvəqqəti olaraq yaqşayır. Cavabeh Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İddiaçı iddianın təmin, cavabdeh isə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Belə ki, tərəflərin izahatları və iş materialları ilə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında olan hüquqi münasibət 1992-ci il tarixdə yaranmışdır. Buna görə də hazırkı münasibətlərə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri tətbiq edilməlidir. xx xxxx 2001-ci il tarixdə dərc edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-bülluğa çatmamış uşaqlarını köçürmək hüququna malikdirlər. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, iddiaçı cavabdehlə birlikdə həmin evdə 30 ilə yaxın bir müddət yaşayıb onunla birlikdə ümumi təsərrüfatı idarə etmiş, buna görə də cavabdeh evin ailə üzvü hesab edilməlidir. Formalaşmış hüquqi mövqeyə görə hüquq münasibətləri xx xxxxxxxx 2000-ci il tarixdən əvvəl yarandığından həmin münasibətlərə həmin tarixdə qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq normaları tətbiq edilməlidir. Göründüyü kimi, cavabdeh iddiaçı ilə birlikdə mübahisə predmeti olan evdə qeydşərtsiz yaşamış, iddiaçı ilə birlikdə yaşayıb onunla birlikdə ümumi təsərrüfatı idarə etmiş və onun həmin evdə yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququ yaranmışdır. Buna görə də cavabdeh həmin evdən öz iradəsinin ziddinə olaraq iddiaçı tərəfindən çıxarıla bilməz. Bu əsasla məhkəmə hesab edir ki, iddiaçının iddiası əsaslı deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, İddiaçı mülkiyyətində olan Şəki şəhəri, F.Abdurahmanov küçəsi, 1/18 saylı evdən Cavabdeh istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu xərci özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddiaçı mülkiyyətində olan Şəki şəhəri, F.Abdurahmanov küçəsi, 1/18 saylı evdən Cavabdeh istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi təmin edilməsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) 244- 30-70 www.shakicourt.gov.az Elektron ünvan İş № 2(075)-6227/2017 xx xxxxxx 2017-ci il İddiaçı: İddiaçı (Şəki şəhəri, S.Mümtaz küçəsi 10/4) Cavabdehlər: X4 X1 X3 (Şəki şəhəri, S.Mümtaz küçəsi 10/4) Şəki Rayon Məhkəməsinin 2(075)-6227/2017 nömrəli, xx xxxxxx 2017-ci il tarixli qətnamənin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 03 vərəqdən ibarət qətnamənin surəti Şəki Rayon Məhkəməsinin hakimi: Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar