Məhkəmə qərarları › İş №2(075)-1546/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1546/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1546/2020 13.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Cavabdeh Kərim oğlunun iştirakı ilə İddiaçı Cavabdeh Kərim oğluna qarşı «satılmış kənd təsərrüfatı texnikasına aid sənədlərin verilməsi» tələbinə dairiddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Kərim oğlunun üzərinə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(054)-136/2020 nömrəli qətnaməsində göstərilmiş AGTT-1000 markalı çiləyici aqreqata aid texniki sənədlərin və həmin aqreqatın texniki pasportunun ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx xxxxxxxx 2020-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki işi üzrə məhkəmə hazırlıq iclası xx xxxxxxx 2020-ci il tarixdə keçirilmiş, mülki iş üzrə məhkəmə baxışı iclası bu günə, yəni xx xxxxxx 2020-ci il tarixə, saat 10:30-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. Lakin xx xxxxxx 2020-ci il tarixdə İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Cavabdeh Kərim oğlu məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi işə onun iştirakı olmadan baxılmasını tələb etməmiş İddiaçı məhkəməyə gəlməmiş, Cavabdeh Kərim oğlu isə işə mahiyyəti üzrə baxılmasını tələb etmir. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçı izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.7, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh Kərim oğluna qarşı «satılmış kənd təsərrüfatı texnikasına aid sənədlərin verilməsi» tələbinə dair iddiası baxılmamış saxlanılsın. İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar