Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-161/2025 06.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “doğum və qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla, ərizə ilə məhkəməyə müraciət edərək, X4 1922-ci il tarixdə Şəki şəhərində anadan olması, X4 atasının X12, anasının isə X32 olması, həmçinin Şəki rayon Qeydiyyat Şöbəsi tərəfindən tərtib edilmiş 18 iyun 1963-cü il tarixli 625 №-li doğum haqqında akt qeydindəki X7 X13 ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Onun mərhum babası X2 miras əmlak olaraq fərdi yaşayış evi qalmışdır. Mərhum babası 19 sentyabr 1943-cü ildə vəfat etmişdir. Mərhum atası X23 isə 01 mart 1993-cü il tarixdə vəfat etmişdir. Hazırda o, mərhum babasından miras qalmış əmlaka dair vərəsəliyi qəbul etmək istəsə də sənədləri toplayarkən məlum olmuşdur ki, mərhum atası X4 doğum haqqında şəhadətnaməsi yoxdur. O bununla bağlı Şəki rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Lakin Şəki rayon qeydiyyat şöbəsindən ona bildirmişlər ki, 1948-ci ildən qabaq doğulmuş bütün şəxslər barədə sənədlər Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Respublika X49 Filialına təhvil verilmişdir. Buna görə də o, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan X27 Arxivinə müraciət etmişdir. Lakin 06 may 2024-cü il tarixli məktubla bildirmişlər ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədlərində Şəki şəhəri üzrə vətəndaşlıq vəziyyəti aktlarının 1922-ci ilə aid doğum akt qeydlərinin əlifba kitabında X17 (sənəddə olduğu kimi) adı (230 - 1) qeyd olunur. 1922-ci ilə aid olan 230 - 1 nömrəli akt qeydi olan kitab X51 təhvil verilmədiyinə görə həmin şəxsin ana adı və doğum tarixi barədə məlumatın müəyyən edilməsi mümkün olmamışdır. Lakin mərhum atası X13 1922-ci ildə Şəki şəhərində anadan olmuş, onun atası X12, anası isə X18 olmuşdur. Mərhum babası X6 məxsus fərdi yaşayış evinin “Ev dəftəri”ndə mərhum atası X4 1922-ci il tarixdə Şəki şəhərində doğulması qeyd edilmişdir. Beləliklə həmin sənəddən də görünür ki, mərhum atası X4 1922-ci il tarixdə Şəki şəhərində anadan olmuşdur. Həmçinin ərizəyə əlavə etdiyi Şəki Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, e-2(075)-584/2023 saylı qətnaməsində işə əlavə edilən sənədlər hissəsində Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş mərhum bibisi X8 14 oktyabr 2022-ci il tarixli doğum haqqında arayışdan da görünür ki, mərhum atasının atasının adı X12, anası isə X32 olmuşdur. Bundan əlavə qeyd edir ki, onlar yeddi bacı-qardaşdır və onların doğum haqqında şəhadətnamələrində atasının adında fərqliliklər mövcuddur. Buna görə də həmin fərqliliklər onlara miras qəbul edilərkən müəyyən problemlər yaradır. Belə ki, onun mərhum atası X13 olsa da onun və bəzi qardaş bacılarının doğum haqqında şəhadətnamələrində və atasının ölüm haqqında şəhadətnaməsində “Ağaməmməd” əvəzinə “Ağamməd” kimi qeyd edilmişdir. Buna görə də X7” “X13” olması faktı müəyyən edilməlidir. Bilindiyi kimi hazırkı mübahisənin məhkəmədən kənar həlli mövcud deyil. Ona görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi sonradan məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciə edərək, X4 1922-ci il tarixdə Şəki şəhərində anadan olması, X4 atasının X12, anasının isə X32 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsinin nümayəndəsi X9 qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Sübutların tədqiqi: İş materialarında olan: - 06 may 2024-cü il tarixli 3-48-TA/2-Ə-180-6-164/2024 saylı arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin sənədlərində Şəki şəhəri üzrə vətəndaşlıq vəziyyəti aktlarının 1922-ci ilə aid doğum akt qeydlərinin əlifba kitabında X17 adı qeyd olunur. 1922-ci ilə aid olan 230-1 nömrəli akt qeydi olan kitab X51 təhvil verilmədiyinə görə həmin şəxsin ana adı və doğum tarixi barədə məlumatın müəyyən edilməsi mümkün olmamışdır. - 02 avqust 2024-cü il tarixli ölüm haqqında arayışın surətindən görünür ki, X12 19 sentyabr 1943-cü il tarixdə vəfat etmişdir. - 25 noyabr 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 01 mart 1993-cü il tarixdə vəfat etmişdir. - Şəki Rayon Məhkəməsinin 2(075)-584/2023 saylı 05 iyul 2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X24 cavabdeh Ərizəçi qarşı iddiasının təmin edilməsi, cavabdeh Ərizəçi ünvan 2 ünvanından ailə üzvləri ilə birlikdə çıxarılması və iddiaçı X24 həmin evə köçürülməsi qət edilmişdir. - Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1101/2023 saylı 01 noyabr 2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh Ərizəçi tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 5 iyul 2023-cü il tarixli 2(075)-584/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı X24 cavabdeh Ərizəçi qarşı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi və cavabdehin həmin evdən ailə üzvləri ilə birlikdə çıxarılması tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı X24 ünvan 3 ünvanında yerləşən evə köçürülməsi, cavabdeh Ərizəçi ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən evdən çıxarılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-753/2024 saylı 14 mart 2024-cü il tarixli qərarına əsasən cavabdeh Ərizəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 noyabr 2023-cü il tarixli, 2(107)-1101/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X28 ifadəsində göstərdi ki, ərizəçi ailədə 4 qardaş 3 bacı olmuşlar. Atasının adı Ağamməd, anasının adı isə Rəfiqədir. Ağamməd kişinin atasının adı Məmməd anasının adı Tellidir. Ağamməd kişinin Gülməmməd adlı qardaşı da olmuşdur. Gülməmmədin övladı yox idi. Gülməmməd 1927-də doğulub. - Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Elmira xanımı tanıyır. Qohumudur. Atasının adı Ağamməd, anasının adı Rəfiqədir. Ailədə 7 uşaq olublar. Ərizəçinin nənəsi Tellini görmüşdür. - Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Atasının adı Ağamməd, anasının adı Rəfiqədir. Ailədə 7 uşaq olublar. Nənəsi Tellini görmüşdür. - Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X25 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Atasının adı Ağamməd, anasının adı Rəfiqədir. Ailədə 7 uşaq olublar. Nənəsi Tellini görmüşdür. Atasını özü dəfn etmişdir. - xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmək üçün 100 mnat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(107)-1101/2023 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən mübahisəli ev iddiaçı X24 babası X3 mülkiyyətində olmuşdur. Sonuncu 19 sentyabr 1943-cü ildə öldükdən sonra vərəsələri olaraq arvadı X32 (1973-cü ildə ölmüşdür), qızı X29 (2003-cü ildə ölmüşdür), oğlu X23 (1993-cü ildə ölmüşdür), oğlu X15 (2000-ci ildə ölmüşdür) və qızı X26 (13 avqust 2016-cı ildə ölmüşdür) qalmış və onlar faktiki olaraq mübahisəli evdə yaşamaqla 16 iyun 1923-cü ildə qüvvəyə minmiş və həmin vaxt qüvvədə olan Azərbaycan SSR-in Mülki Məcəlləsinin 499-cu maddəsinə əsasən mirası qəbul etmişlər. Daha sonra X23 və X26 ailə quraraq həmin evdən daimi yaşamaq üçün başqa yerə köçmüşlər. X26 həmin evə müxtəlif vaxtlarda gəlib-getmişdir. Mirasqoyanın arvadı X32 1973-cü ildə öldükdə oğlu X15 və qızı X26 həmin vaxt faktiki olaraq mübahisəli evdə yaşamaqla 11 sentyabr 1964-cü ildə qəbul edilmiş və 1 mart 1965-ci ildə qüvvəyə minmiş və həmin vaxt qüvvədə olan Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən ondan qalan mirası qəbul etmişdir. X15 2000-ci ildə ölmüş, ondan qalan mirası arvadı X19 qəbul etmişdir. X26 isə 13 avqust 2016-cı ildə ölmüş, ondan qalan mirası qızı hazırki iddiaçı X38 2000-ci il sentyabrın 1-dən etibarən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən faktiki olaraq qəbul etmişdir. İşin hallarından görünür ki, X23 ailəsi ilə birlikdə 1965-ci ildə mübahisəli evdən köçmüşdür. O, 1993-cü ildə öldüyü vaxt mübahisəli evdə yaşamadıqlarından arvadı X33 və qızı, hazırki iş üzrə cavabdeh Ərizəçi miras əmlakı qəbul etməmişdir. Göründüyü kimi, iddiaçı X24 mübahisəli evdən miras payı olduğu halda, cavabdeh Ərizəçi mübahisəli evə heç bir hüququ mövcud deyildir. Bu hal Şəki Rayon Məhkəməsinin 2(075)-76/2013 saylı, 01 fevral 2013-cü il tarixli qətnaməsi ilə də təsdiq edilmişdir. Belə ki, hal-hazırda qüvvədə olan Şəki Rayon Məhkəməsinin 2(075)-76/2013 saylı, 01 fevral 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı X20 cavabdeh X10 qarşı qaynatası X16 xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamaq hüququnun verilməsi, evdən və həyətdən istifadə qaydasının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Həmin iş üzrə hazırki iddiaçı X38 həmin iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11, hazırki cavabdeh Ərizəçi isə anası həmin iş üzrə iddiaçı X20 nümayəndəsi olaraq işdə iştirak etmişlər. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 2-ci bəndinə əsasən qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə müəyyən edilməsini nəzərdə tutulmuşdur. Hazırkı halda isə Ərizəçi Kamal qızının mübahisə predmeti olan evə heç bir hüququnun olmaması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. İddia tələbinin digər hissəsi doğum faktının müəyyən edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddia tələbinin həmin hissəsi də eyni məqsədə nail olmağa xidmət edir və hər iki tələb bir-biri ilə əlaqəlidir və həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “doğum və qohumluq faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi maraqlı şəxs Şəki rayon Qeydiyyat şöbəsi olmaqla “doğum və qohumluq faktının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №2(075)-161/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-161/2025
06.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver