Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-162/2021 11.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1557.92 manat borc və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxx 2014cü il tarixdə “xxxx” BOKT QSC-nin Şəki filialından illik 33% olmaqla 30 ay müddətinə ödənilmək şərti ilə 5100 manat kredit götürmüş və bu barədə KAŞƏK 115475/14 saylı kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda həmin tarixdə öhdəliyin təminatı olaraq o və Sadıqov Elnur Mövlüd oğlu ilə zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh kreditor qarşısında öhdəliklərini icra etmədiyi üçün “xxxx” BOKT QSC ona və zaminlərə qarşı 4348.04 manat kredit borcu və 20 manat dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli 2(075)-4661/2015 saylı məhkəmə əmri ilə 4348.04 manat borc və 20 manat dövlət rüsumunun ondan, Cavabdeh və Sadıqov Eldəniz Mövlüd oğlundan müştərək qaydada tutulması əmr edilmişdir. Məhkəmənin sözügedən əmri icraya yönəlmiş və tələbin könüllü icrası tələb olunmuşdur. Tələb könüllü icra olunmadığı üçün icra məmuru məcburi icra tədbirlərini həyata keçirmişdir. xx xxxxx 2018-ci il tarixdə icra sənədi üzrə 1456 manat borcun və 101.92 manat icra ödənişinin onun əmək haqqına yönəldilməsi barədə Şəki Şəhər Təhsil Şöbəsinə təklif məktubu göndərmişdir. 2018-ci ilin may ayından etibarən onun aylıq əmək haqqından tutulma başlanmış və 2019cu ildə ümumilikdə 1557.92 manat vəsait tutularaq Cavabdeh borcuna silinmişdir. O, müəllim işləyir və tutulan həmin vəsait onun maddi çətinliklərlə üzləşməyinə səbəb olmuşdur. Himayəsində azyaşlı 2 övladı var və ailənin maddi ehtiyaclarınə (ərzaq, kommunal xərclər və s.) o qarşılayır. Cavabdeh ona vurduğu zərəri ödəməsini dəfələrlə xahiş etsə də o, heç bir ödəniş etməmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclası zamanı İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh çıxışında bildirdi ki, həqiqətən də onunla «xxxx» BOKT MMC ilə arasında bağlanmış kredit müqaviləsinə əsasən Cavabdeh 30 ay müddətinə, illik 33% olmaqla 5100 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən o, həmin krediyi ona verilmiş krediti faizləri ilə birlikdə hər ay hissə-hissə ödəməli olmuşdur. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə İddiaçı və Sadıqov Eldəniz Mövlüd oğlu ilə zaminlik müqavilələri bağlanmışdır. Lakin o, maddi imkanı yaxşı olmadığından borcunu ödəyə bilməmiş, «xxxx» BOKT MMC onu məhkəməyə vermişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)-4661/2015 saylı məhkəmə əmrinə əsasən o, Sadıqov Eldəniz Mövlüd oğlu və İddiaçı müştərək qaydada 4348.04 manat borc və 20 manat dövlət rüsumunun alınaraq «xxxx» BOKT MMC-nin hesabına ödənilməsi qərara alınmışdır. Onun «xxxx» BOKT MMC-yə olan borcunun müəyyən hissəsi İddiaçı maaşından tutma yolu ilə ödənilmişdir. Özü başqa şəxsə zamin durmuşdur. Hazırda maaşından həmin şəxsin borcuna tutmalar həyata keçirilir. Məhkəmədən həmin tutmaların dayandırılmasını, borcunun hazırkı icra sənədinə yönəldilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)-4661/2015 saylı icra sənədinə əsasən Cavabdeh, Sadıqov Eldəniz Mövlüd oğlu və İddiaçı müştərək qaydada 4348.04 manat borc və 20 manat dövlət rüsumunun alınaraq «xxxx» BOKT MMC-nin hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı X1 Mərkəzi tərəfindən Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli, 27 saylı məktubdan görünür ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)-4661/2015 saylı icra sənədinə əsasən İddiaçı əmək haqqından tutma yolu ilə 1456 manat borc və 101.92 manat icra ödənişi «xxxx» BOKT MMC-nin hesabına ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh «xxxx» BOKT MMC Sadıqov Eldəniz Mövlüd oğlu və İddiaçı zaminliyi ilə kredit və zaminlik müqavilələrinə əsasən kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh ona verilmiş krediti və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş qrafik üzrə ödəməli olmuşdur. Eyni zamanda «xxxx» BOKT MMC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Sadıqov Eldəniz Mövlüd oğlu və İddiaçı ilə «xxxx» BOKT MMC arasında zaminlik müqavilələri bağlanmışdır. «xxxx» BOKT MMC kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək Cavabdeh kredit versə də, Cavabdeh həmin kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməmiş, banka olan kredit borcunu ödəməmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(075)-4661/2015 saylı icra sənədinə əsasən borclular Cavabdeh, Sadıqov Eldəniz Mövlüd oğlu və İddiaçı müştərək qaydada 4348.04 manat borc və 20 manat dövlət rüsumunun alınaraq «xxxx» BOKT MMC-nin hesabına ödənilməsi qərara alınmışdır. Mövcud borc məbləğindən 1456 manat borc və 101.92 manat icra ödənişi müəllim işləyən İddiaçı əmək haqqından hər ay tutmalar hesabına icra edilmişdir. İşin bu halları iddiaçının və cavabdehin izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Göründüyü kimi Cavabdeh «xxxx» BOKT MMC-yə ödəməli olduğu 4348.04 manat borc və 20 manat dövlət rüsumundan 1456 manat borc və 101.92 manat icra ödənişi olmaqla, cəmi 1557.92 manat öhdəliyi onun zamini olmuş iş üzrə İddiaçı əmək haqqından tutulması yolu ilə ödənilmişdir. Beləliklə də, «xxxx» BOKT MMC-nin öhdəlik üzrə hüquqları kreditorun tələbini ödədiyi həcmdə Cavabdeh öhdəliyi icra etmiş zamini olan İddiaçı keçmişdir. Buna görə də İddiaçı Cavabdeh 1557.92 manat borc və 30 manat dövlət rüsumunu tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 1557.92 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1587.92 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1557.92 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1587.92 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-162/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-162/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver