Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1657/2020 20.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində alimentin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladları – xx xxxxxx 2006-cı il təvəllüdlü X3 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü Nəbiyev Ömür Elşən oğlunun yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi, azyaşlı övladları – xx xxxxxx 2006-cı il təvəllüdlü X3 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü Nəbiyev Ömür Elşən oğlunun saxlanmaları üçün 3 il əvvəlki dövr üçün, yəni 2017-ci ilin oktyabr ayının 01-dən 2020-ci ilin sentyabr ayının 30-dək hər ay sabit pul məbləğində hər bir uşaq üçün 90 (doxsan) manat olmaqla, iki uşaq üçün 180 (bir yüz səksən) manat hesablanmaqla, cəmi 6480 (altı min dörd yüz səksən) manat məbləğində alimentin, həmçinin bu iddia ərizəsi üçün dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manatın Cavabdeh tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 2006-cı il tarixdə Cavabdeh ilə ailə qurmuş, birgə nikahdan onların xx xxxxxx 2006-cı il tarixdə X3 və xx xxxxxxxx 2009-cu il tarixdə Nəbiyeva Ömür Elşən oğlu adlı uşaqları anadan olmuşdur. 2015-ci ilə qədər əri və övladları ilə birgə Şəki rayonu Vərəzət kəndində yaşamışlar. Övladları Vərəzət kənd orta məktəbinin şagirdləridir. 2015-ci ildən əri Cavabdeh işləmək niyyətilə Rusiya Federasiyasına, daha sonra Qazaxıstan Respublikasına getmiş və həmin dövrdən evə qayıtmamışdır. Azyaşlı övladlarını normal böyütmək üçün zəruri olan ehtiyacları təkbaşına qarşılamaq iqtidarında olmadığımdan ərinin gedişindən sonra valideynlərinə sığınmış və 2015-ci ildən övladları ilə birgə Şəki rayonu Baş Zəyzid kəndində yerləşən valideynlərinin evində yaşayırlar. X1 İ qrup, anası X2 isə İİ qrup əlildirlər. Maddi problemlərini qismən də olsa həll etmək üçün 2019-cu ildən Şəki rayonu Baş Zəyzid kənd uşaq bağçasında tərbiyəçi köməkçisi vəzifəsində işləyir. Aylıq əmək haqqı 141 (bir yüz qırx bir) manat təşkil edir. Son 5 ildə əri Cavabdeh azyaşlı övladlarının qayğısına qalmamış, onların taleyinə laqeyd yanaşmış, uşaqların saxlanması üçün zəruri ehtiyacları qarşılamaq istiqamətində ailəsinə heç bir köməklik göstərməmiş, valideynlik borcunu yerinə yetirməmişdir. Bu illər ərzində çətin həyat şərtləri ilə təkbaşına mücadilə edərək bir valideyn kimi üzərinə düşən vəzifələri gücü yetdiyi qədər yerinə yetirməyə çalışmışdır. Lakin böyüməkdə olan uşaqların ehtiyacları onların yaşı ilə bərabər artır. Təhsillə, geyim əşyaları və qidalanma ilə bağlı xərclər, digər sosial məsrəflər sistematik olaraq yüksələn xətlə dəyişir. O, dəfələrlə əri ilə telefonla əlaqə saxlayaraq bu barədə danışmış, vəziyyəti izah etmişdir. Lakin o, hər dəfə müxtəlif bəhanələrlə söhbətdən yayınmış, borcunun olduğunu və bu səbəbdən azyaşlı övladlarına kömək etmək iqtidarında olmadığını bildirmişdir. Şəki rayonu Vərəzət kəndində yaşayan qayınanası və qayınatası da bu illər ərzində nəvələrinin taleyinə laqeydlik nümayiş etdirmişlər. Yaranmış vəziyyətlə bağlı müxtəlif orqanlara rəsmi müraciət edərək cavabdehin aliment ödənişlərinə cəlb edilməsini, o cümlədən ailələrinə yardım etməkdən boyun qaçırdığı əvvəlki dövr üçün də ondan müvafiq vəsaitin tutulması istiqamətində qanuni tədbirlər görmələrini, bu məsələdə ona kömək etmələrini xahiş etmişdir. Ona məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəki şəhər İHB-nin Baş Zəyzid kənd icra nümayəndəliyi tərəfindən xx xxxxxx 2006-cı il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə Nəbiyeva (Həsənova) Xəyalə Valeh qızı arasında bağlanmış nikah 01 nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan Şəki şəhər İHB-nin Baş Zəyzid kənd icra nümayəndəliyi tərəfindən xx xxxxxx 2007-ci il və xx xxxx 2010-cu il tarixlərdə verilmiş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətlərindən görünür ki, xx xxxxxx 2006-cı il təvəllüdlü X3 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü Nəbiyeva Ömür Elşən oğlunun ataları Cavabdeh, anaları isə İddiaçıdır. Məhkəmə iclasında iddiaçının izahatı, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, İddiaçı və Cavabdeh birgə nikahlarından xx xxxxxx 2006-cı il tarixdə X3 və xx xxxxxxxx 2009-cu il tarixdə Nəbiyeva Ömür Elşən oğlu adlı uşaqları anadan olmuşdur. Tərəflər bir müddət səmimi ailə münasibətlərində yaşamalarına baxmayaraq sonradan cavabdeh işləmək adı ilə xaricə getmiş, həmin vaxtdan uşaqları ilə maraqlanmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasının MPM-nin 234.2.1-ci maddəsinin tələblərinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra edilir. Məhkəmə uşaqların saxlanılması üçün zəruri tələbatı, İddiaçı uşağın saxlanılması üçün artan tələbatları ödəyə bilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, xx xxxxxx 2006-cı il təvəllüdlü X3 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü Nəbiyeva Ömür Elşən oğlunun saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə aliment tutulmalıdır. Lakin iddiaçı tərəfindən cavabdehin aylıq qazancının miqdarı barədə heç bir sübut təqdim edilmədiyindən iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə iddianın xx xxxxxx 2006-cı il təvəllüdlü X3 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü Nəbiyev Ömür Elşən oğlunun saxlanmaları üçün 3 il əvvəlki dövr üçün, yəni 2017-ci ilin oktyabr ayının 01-dən 2020-ci ilin sentyabr ayının 30-dək hər ay sabit pul məbləğində hər bir uşaq üçün 90 (doxsan) manat olmaqla, iki uşaq üçün 180 (bir yüz səksən) manat hesablanmaqla, cəmi 6480 (altı min dörd yüz səksən) manat məbləğində alimentin ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, iddiaçı tərəfindən aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını təsdiq edən heç bir sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə əsaslı deyildir. Məhkəmə hesab edir ki, xx xxxxxx 2006-cı il təvəllüdlü X3 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü Nəbiyeva Ömür Elşən oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat aliment Cavabdeh tutulub İddiaçı verilməli, alimentin tutulmasının əvvəli iddiaçının məhkəməyə ərizə verdiyi vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablanmalı, alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilməli, iddianın qalan hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxxxx 2006-cı il təvəllüdlü X3 və xx xxxxxxxx 2009-cu il təvəllüdlü Nəbiyev Ömür Elşən oğlunun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 140 (bir yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat aliment Cavabdeh tutulub İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. İddianın qalan hissəsi təmin edilməsin. Alimentin tutulması hissəsində məhkəmə qətnaməsi dərhal icra edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1657/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1657/2020
20.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver