Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1660/2020 24.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Canon EOS Mark İV- 85MM F/! Lenas markalı fotoaparatın alqı-satqısı ilə bağlı qalan 3125 manat pul və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddət atası Seymur Qasımzadənin foto sexində köməkçi işləmişdir. 2019-cu ilin iyun ayında Canon EOS Mark 4 aparatı atası ilə birgə 4500 manata almışdır. 2019-cu ildə avqust ayında Şəki şəhərinə gələndə Mehmanla görüşmüş, söhbət əsasında sonuncu ona fotoaparat almaq istədiyini bildirmişdir. Həmin vaxt onda iki fotoaparat olmuş, onlardan birini satmaq istədiyini bildirmişdir. Cavabdeh 2019-cu ilin avqust ayında əvvəl köhnə fotoaparatı istəmiş, o da üstündə obyektivlə (Supersonic markalı 85 mm F\1.8) bir yerdə 1800 manata satmışdır. Təxminən 3-5 gün sonra ondan son model olan Canon EOS Mark 4 aparatını istəmiş, üstündə həmin obyektivlə (Supersonic markalı 85 mm F\1.8 Lenas) birlikdə 4500 manata sata biləcəyini demişdir. Sonuncu aparat yeni olduğu ücün razılaşmışdır. Aparatı Füzuli parkında cavabdehə təhvil vermiş, Cavabdeh ilkin ödəniş olaraq 1175 manat hissə-hissə ödəmişdir. Hazırda onun 3125 manat borcu qalmışdır. Bu pulu dəfələrlə yaşadığı ünvana gedib istəsə də, sonuncu verməmiş, üzünə qapını bağlamışdır. Cavabdeh aralarında olan tanışlıq münasibətdən sui-istifadə edərək mülkiyyəti olan bu aparatın almaq istədiyini bildirərək onu aldatmış, qalan pulu (3125 manat) 1 aya ödəyəcəyini bildirmişdir. Ancaq aralarında pulun qaytarılması üçün müəyyən olunmuş müddət bitəndən sonra o, bu pulu qaytarmaqdan müxtəlif bəhanələrlə imtina etmişdir. Bundan sonra atası Seymur Qasımzadə hüquq mühafizə orqanlarına müraciət etmiş, cavabdeh polis şöbəsində verdiyi izahatında koronovirusla əlaqədar toylar olmadığına görə qalan 3125 manat pulu ödəyə bilmədiyini, lakin tezliklə ödəyəcəyini bildirmişdir. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi (vəkili)nin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşdə olan Şəki ŞRPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X7 tərəfindən tərtib edilmiş HK-1/1192 nömrəli material üzrə qəbul edilmiş xx xxxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə X1 ŞRPŞ-yə ərizə ilə müraciət edərək 2019-cu ildə Cavabdeh 4500 manata “Canon EOS Mark İV-85 MM F/1.8 Lens” markalı fotoaparat satdıqlarını, sonuncu həmin puldan 1375 manatını ödədiyini, qalan 3125 manatını ödəmədiyini, yaxın münasibətindən və etibarından sui-istifadə edib dələduzluq etdiyini bildirmişdir. Material üzrə izahatı alınmış X3 izahatında uzun illərdir ki, fotoqraf işlədiyini, 2017-ci ildə Cavabdeh onun yanında köməkçi işlədiyini, o vaxtdan Mehmanın oğlu Elvinlə dostluq etdiyini, 2017-ci ildə “Canon EOS Mark İV-85 MM F/1.8 Lenas” markalı fotoaparat aldığını, bir müddət həmin aparatı işlətdiyini, 2019-cu ildə fotoaparatı satmaq qərarına gəldiyini, ona görə oğlu Elvinə müştəri tapmasını dediyini, sonuncu da fotoaparatı Mehmanın hissə-hissə ödəmək şərti ilə almaq istədiyini, aralarında olan şifahi razılaşmaya görə ayda 300 manat ödəmək şərti ilə Mehmana 4500 manata satdığını, Mehmanın hissə-hissə 1375 manatını ödədiyini, qalan 3125 manatını isə ödəmədiyini bildirmişdir. Material üzrə izahatı alınmış Cavabdeh izahatında Seymurun uzun illərdir ki, fotoqraf işlədiyini. 2017-ci ildən 2019-cu ilə kimi onun yanında köməkçi işlədiyini, 2019-cu ildə Seymurun “Canon EOS Mark İV-85 MM F/1.8 Lenas” markalı fotoaparatı satmaq istədiyini dediyini, ona pulunu hissə-hissə ödəmək şərti ilə fotoaparatı almaq istədiyini bildirdiyini, Seymurla şifahi razılaşaraq ayda 300 manat ödəmək şərti ilə fotoaparatı 4500 manata aldığını, puldan 1375 manatım ödədiyini, koronovirusla əlaqədar toylar olmadığından işi olmadığı üçün qalan 3125 manatını ödəyə bilmədiyini, tezliklə Seymura olan 3125 manat borcunu ödəyəcəyini bildirmişdir. Təhqiqat araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2019-cu ilin iyul ayında X2 şifahi razılaşaraq hissə-hissə ödəmək şərti ilə “Canon EOS Mark İV-85 MM F/1.8 Lenas” markalı fotoaparatı 4500 manata almış, həmin puldan 1375 manatı ödəmiş, pandemiya dövrü olduğu üçün, işi olmadığından qalan 3125 manatını ödəyə bilməmişdir. Cavabdeh əməlində Azərbaycan Respublikasının CM-nin 178-ci maddəsinin tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, X4 Qarayevdən 3125 manat pul tələbi mülki xarakterli olduğu üçün ona mülki qaydada Şəki Rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili)nin izahatı nəticəsində müəyyən edildi ki, Cavabdeh İddiaçı 4500 manat dəyərində fotoaparat almış, həmin pulun bir hissəsini ödəmiş, lakin bugünədək qalan borcunu ödəməmişdir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə məhkəmə iclaslarında iştirak etməyərək iddiaya münasibət bildirməmiş, HK-1/1192 nömrəli material üzrə Şəki ŞRPŞ-də verdiyi izahatında həqiqətən həmin miqdarda borcu olduğunu etiraf etmişdir. Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin yuxarıda göstərilən hallardan və şərh olunan hüquq normalarının məzmunundan da görünür ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Məhkəmə Cavabdeh HK-1/1192 nömrəli material üzrə Şəki ŞRPŞ-yə verdiyi izahatına hüquqi qiymət verərək, onu borcun etirafı kimi qəbul edir. Cavabdeh həmin miqdarda borcunun olmasını etiraf etmiş, məhkəmə iclaslarında iştirak etməyərək HK- 1/1192 nömrəli material üzrə Şəki ŞRPŞ-də verdiyi izahatını mübahisələndirməmiş, tərəfindən borcunun olmadığı ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq olunmalıdır. Odur ki, 30 (otuz) manat dövlət rüsumu da Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasını Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 3125 (üç min bir yüz iyirmi beş) manat pul və 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1660/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1660/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver