Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-17/2022 06.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və maraqlı şəxs Cəfərabad Bələdiyyəsinə qarşı “torpaq sahəsindən cavabdehlərin çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 137 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində adına qeydiyyata alınmış Şəki rayonu Cəfərabad kəndində yerləşən 14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı tələbin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh3 cavabdehlər siyahısından xaric edilməsini məhkəmədən xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, İ Qaqrabağ müharibəsi veteranı olmaqla Şəki şəhərində yaşayır. Göstərmişdir ki, 2020-ci il tarixdə mal-qara saxlamaq və bununla bağlı təsərrüfat yaratmaq qərarına gəlmişdir. Bir çox yerlərlə əlaqə saxlamış, sonda Cəfərabad Bələdiyyəsi ilə razılaşaraq həmin bələdiyyənin ərazisində 14 ha örüş sahəsini icarəyə götürmək qərarına gəlmişdir. Belə ki, Cəfərabad Bələdiyyəsinin əməkdaşları ilə yerə baxış keçirilmiş və yerin maldarlıqla məşğul olması üçün əlverişli olduğunu görmüşdür. Buna görə də Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX 137 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmış Şəki rayonu, Cəfərabad kəndində yerləşən 14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 4 il müddətinə yəni, 03.09.2020-ci il tarixdən 03.09.2024-cü il tarixinədək icarə müqaviləsi bağlamış və həmin 14 ha torpaq sahəsi Cəfərabad Bələdiyyəsi tərəfindən ona icarəyə verilmişdir. İcarəyə götürdükdən bir müddət sonra torpaq sahəsində görüləcək işlərlə bağlı müşahidə apararkən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin ərazidə görmüş və söhbət zamanı onlar qeyd edilən torpaq sahəsinin onlar tərəfindən istifadə edildiyini bildirmişdir. Lakin o, cavabdehlərə qeyd edilən torpaq sahəsini icarəyə götürdüyünü bildirmişdir. Belə olmuş cavabdehlərlə aralıarında qeyd edilən torpaq sahəsi ilə bağlı mübahisələri yaranmışdır. Torpaq kənd təsərrüfatı üçün yararlı olsa da, cavabdehlərin ucbatından ondan istifadə edə bilmir. Belə ki, cavabdehlər məcburi köçkün olmalarını əsas gətirərək zəbt etdikləri torpaq sahəsindən çıxmaq istəmirlər. Onlar məcburi köçkün olduqları üçün hesab edirlər ki, istədikləri torpaq sahəsini tuta bilərlər. Cavabehlər onun icarəyə götürdüyü torpaq sahəsini zəbt edərək, orada əkin-biçin işləri aparırlar. Göstərmişdir ki, qeyd edilən torpaq sahəsi ona icarə verilərkən həmin ərazi təxmini ölçülərək ona verilmişdir. Göstərmişdir ki, artıq qeyd edilən 14 ha torpaq sahəsini 2 ilə yaxın dövrdə icarəyə götürməsinə, həmçinin hər il icarə haqqı ödəməsinə baxmayaraq hələ həmin torpaqdan istifadə edə bilməmiş və edə bilmir. Çünki cavabdehlər ona maneçilik yaratmış və hazırda da yaradırlar. Belə ki, qeyd edilən ərazi Bələdiyyənin örüş torpaqları olsa da cavabdehlər həmin ərazidə arpa və yonca əkməklə həmin torpaq sahəsindən qeyi-qanuni istifadə edirlər. İddianın təmin edləməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstərmişdir ki, o, Ağdərəlidir. 1997-ci ildə Şəki rayonu, Cəfərabad kəndinə məcburi köçkün düşmüşlər, ailəsi ilə bərabər halhazırda da orada yaşayırlar. Göstərmişdir ki, əsas dolanışıqları mal-qaradandır. Şəki rayonu, Cəfərabad kəndində 7 hektar torpaq sahəsi 14 ildir ki, onun istifadəsindədir. Həmin torpaq sahəsi 2009-cu il tarixdən onun istifadəsində olmaqla, o həmin ərazini daşlardan, kəsəkdən, qurunt sularından və qamışdan təmizləmişdir. Belə ki, texnika vasitəsi ilə həmin ərazidə kanal qazdıraraq oranı qurunt sularından təmizləmişdir. Həmin 7 ha torpaq sahəsinin 3 ha sahəsində 3 ildir ki arpa əkir, digər 4 hektarı isə əkinə yararsızdır, orada yalnız heyvanlarını otarır. Hazırda da oraya arpa əkmişdir. Həmçinin həmin torpağın 80 sot hissəsində isə Aqil yonca əkmişdir. O, bununla bağlı hər il bələdiyyəyə vergi ödəyir. Belə ki, qeyd edilən ərazini sücuqdan və qurunt sularından təmizləyəndən sonra Cəfərabad icra nümayəndəsi Yaqub müəllim, bələdiyyə sədri Sübhan müəllim və bəzi kənd camaatı oraya gəlmişdir. Müzakirələrdən və camaat dağılışıb gedəndən sonra Sübhan ona “əgər vergi ödəyərsə həmin ərazini onun istifadəsində saxlaya biləcəyini” bildirmişdir. O isə həmin ərazi ilə bağlı müqavilə bağlamaq istədiyini ona dedikdə, Sübhan ona demişdir ki, məcburi köçkünlərlə müqavilə bağlamağa icazə verilmir. Həmin gündən icarə pulunu ödəməklə qeyd edilən ərazidən həm örüş, həm də kənd təssərrüfatı məhsullarının (arpa-buğda) istehsalı ilə məşğul olmuş, hazırda da olur. Onun faktiki istifadəsində olan qeyd edilən torpaq sahəsinin iddiaçının icarəsində olan torpaq sahəsinə aid olmasını bilmir. İddiaçını qeyd edilən ərazidə görmüş, onunla söhbət etmişlər. Ona izah etmişlər ki, həmin ərazini 14 ildir ki, faktiki istifadə edirlər. İddianı qəbul etmədiyini göstərmiş və iddianın təmin edlməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh2 və maraqlı şəxs Cəfərabad Bələdiyyəsinin məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh2 əvvəlki məhkəmə iclaslarında iştirak edərək Cavabdeh1 izahatına oxşar olan eyni məzmunlu izahat vermişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və maraqlı şəxs Cəfərabad Bələdiyyəsinə qarşı “torpaq sahəsindən cavabdehlərin çıxarılması” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 24 sentyabr 2020-ci il tarixli, **********35 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Cəfərabad kəndi ərazisində ümumi sahəsi 14 ha olan torpaq sahəsi X5 tərəfidən 4 il müddətinə (03.09.2020-ci il – 03.09.2024-cü il) İddiaçı icarəyə verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 11 yanvar 2018-ci il tarixli torpaq sahəsinin faktiki vəziyyətini əks etdirən müayinə aktından görünür ki, Şəki rayonu, Cəfərabad kəndi ərazisində yerləşən 14 ha torpaq sahəsi 140000 kv.metr örüş sahəsindən, 1.30% humus miqdarından, 200 qrunt suyundan, 61 bonitet balından ibarətdir və normativ qiyməti 9300,20 AZN təşkil edir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş “Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzi” tərəfindən verilmiş 22 yanvar 2018-ci il tarixli, 1519 nömrəli normativ qiymət barədə arayışdan görünür ki, Şəki rayonu, Cəfərabad kəndində yerləşən ümumi sahəsi 14 ha olan torpaq sahəsi Cəfərabad Bələdiyyəsinin kənd təsərrüfatı təyinatlı torpaqlarına aid 61 bal İİ keyfiyyət qrupuna daxildir və normativ qiyməti 9300,20 manatdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 17 saylı Şəki Ərazi Şöbəsi tərəfindən verilmiş 30 yanvar 2018-ci il tarixli, 112 nömrəli rəydən görünür ki, müsabiqə və hərraca çıxarılması yolu ilə və ya biləvasitə mülkiyyətə, istifadəyə, icarəyə verilməsi nəzərdə tutulan 140000.0 kv.m (14.0 ha) torpaq sahəsi Şəki rayon (şəhər), Cəfərabad bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, kənd təsərrüfati təyinatlı kateqiriyalı torpaqlara aid olub, uqodiyası örüşdür və icarə predmetidir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 21 fevral 2018-ci il tarixli, RX seriyalı, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Cəfərabad kəndi ərazisində ümumi sahəsi 14 ha olan torpaq sahəsi Şəki rayonu, Cəfərabad kənd Bələdiyyəsinin adına daşınmaz əmlakın dövlət reystrində 137 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 08 noyabr 2018-ci il tarixli, AM seriyalı, 007098 nömrəli şəhadətnamədən görünür ki, Şəki rayonu, Cəfərabad kəndi ərazisində 140000 kv.metr torpaq sahəsi 282 (iki yüz səksən iki) manat məbləğə hərracla X1, 15 il müddətinə icarəyə verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş Şəki rayonu, Cəfərabad kənd Bələdiyyəsinin 13 noyabr 2018-ci il tarixli, 24 saylı protokolundan görünür ki, 08 noyabr 2018-ci il tarixli hərracda qalib gələn AM seriyalı, 007098 saylı şəhadətnamə təqdim edən X5 ilə notarial qaydada 15 (on beş) il müddətinə 14 ha torpaq sahəsi üçün illik icarə haqqı 282 manat olmaqla icarə müqaviləsi bağlanılması qərara alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 22 noyabr 2018-ci il tarixli icarə müqaviləsindən görünür ki, Şəki rayonu, Cəfərabad kənd Bələdiyyəsi tərəfindən X3 15 il müddətinə 22.11.2018-ci il tarixdən 22.11.2033-cü il tarixədək Şəki rayonu, Cəfərabad kəndi ərazisində 14 ha torpaq sahəsi icarəyə verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 21 yanvar 2020-ci il tarixli, **********35 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki rayonu, Cəfərabad kəndi ərazisində ümumi sahəsi 14 ha olan torpaq sahəsi 15 il müddətinə (22.11.2018-ci il - 22.11.2033-cü il) X3 icarəyə verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 03 sentyabr 2020-ci il tarixli subiçarə müqaviləsindən görünür ki, Şəki rayonu Cəfərabad kəndi ərazisində ümumi sahəsi 14 ha olan torpaq sahəsi X5 tərəfidən İddiaçı 03.09.2020ci il tarixdən 03.09.2024-cü il tarixədək icarəyə verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 08 sentyabr 2020-ci il tarixli, AA seriyalı, 535756 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, İddiaçı Şəki rayonu, Cəfərabad kəndində, Cəfərabad kənd Bələdiyyəsi tərəfindən 14 ha **********35 reyestr nömrəli torpaq sahəsi verilmişdir. İşdə olan Şəki rayonu, Cəfərabad kənd nümayəndəliyi tərəfindən verilmiş, 25 noyabr 2020-ci il tarixli, 36 saylı arayışdan görünür ki, Şəki şəhər sakini İddiaçı subicarəsinə verilmiş Cəfərabad bələdiyyəsinin mülkiyyətində olan 14 ha öürş torpaq sahəsi həmin ərazinin yaxınlığında sabiq mal fermasında qeyri qanuni məskunlaşan Cavabdeh1 tərəfindən zəbt edilərək istifadə olunur. İddiaçı müraciəti əsasında Cavabdeh1 dəfələrlə etdikləri yazılı və şifahi xəbərdaqlıra baxmayaraq bu günədək Cavabdeh1 həmin torpaq sahəsindən çıxmır və vətəndaşların istifadə etməyinə imkan vermir. İşdə olan Şəki rayonu, Cəfərabad kənd nümayəndəliyi tərəfindən verilmiş 09 mart 2021-ci il tarixli, 09 saylı arayışdan görünür ki, İddiaçı Şəki rayonu, Cəfərabad kənd ərazisində 14 ha subicarəyə götürdüyü torpaq sahəsinin icarə haqqı əvvəlki icarədar Sabina Əzizbəyli tərəfindən 2020-ci il tarixə kimi ödənilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 03 mart 2022-ci il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, məhkəmə predmeti olan torpaq sahəsinin döngə nöqtələri naturada GPS aləti vasitəsilə ölçülərək koordinatları tərəflərindən götürülmüşdür. Şəki Rayon Məhkəməsinin icraatında olan İddiaçı iddiasında göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, sahəsi və sənəd üzrə olan torpaq sahəsi tərtib edilən yerquruluşu planında göstərilmişdir. İddiaçı bildirdiyinə görə həmin torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Tikinti-texniki ekspertizasının 05 may 2022-ci il tarixli, 10/1776 nömrəli rəyindən görünür ki, Məhkəmə Ekspertiza Mərkəzinə 19.04.2022-ci il tarixdə daxil olmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyinə əsasən məhkəmə predmeti olan torpaq sahəsinin döngə nöqtələri naturada GPS aləti vasitəsilə ölçülərək koordinatları tərəflərindən götürülmüşdür. Şəki Rayon Məhkəməsinin icraatında olan İddiaçı iddiasında göstərilən torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, sahəsi və sənəd üzrə olan torpaq sahəsi tərtib edilən yerquruluşu planında göstərilmişdir. İddiaçı bildirdiyinə görə həmin torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə edilir. Məhkəmə iclasında iddiaçıların, cavabdelərin izahatları ilə müəyyən olundu ki, Şəki rayonu, Cəfərabad kənd Bələdiyyəsinin 13 noyabr 2018-ci il tarixli iclasında X3 Şəki rayonu, Cəfərabad kənd ərazisində 14 ha torpaq sahəsinin 15 il müddətinə (22.11.2018-ci il tarixdən 22.11.2033-cü il tarixədək) icarəyə verilmişdir. X5 ona verilmiş 14 ha torpaq sahəsini 03 sentyabr 2020-ci il tarixli subiçarə müqaviləsinə əsasən İddiaçı 03.09.2020-ci il tarixdən 03.09.2024-cü il tarixədək icarəyə vermişdir. Lakin müəyyən olunmuşdur ki, İddiaçı subicarəsinə verilmiş Cəfərabad bələdiyyəsinin mülkiyyətində olan 14 ha örüş torpaq sahəsi həmin ərazinin yaxınlığında sabiq mal fermasında qeyri qanuni məskunlaşan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilərək istifadə olunur. Cavabdeh1 və Cavabdeh2 dəfələrlə edilmiş yazılı və şifahi xəbərdaqlıra baxmayaraq bu günədək cavabdehlər həmin torpaq sahəsindən çıxmamış və İddiaçı qanuni icarəsində olan torpaq sahəsindən istifadə etməyinə imkan verməmişlər. İddiaçı iddiını müdafiə etmiş, cavabdehlər isə iddianı qəbul etmədiyini göstərmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X4 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Həmin maddəyə əsasən cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcələsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. MM-nin 700.1-ci maddəsinə görə icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə görə torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. MM-nin 706.2-ci maddəsinə əsasən torpaqlar torpaq qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə və ya torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə icarəyə verilə bilər. 706.3-cü maddəsinə görə isə torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər. Göründüyü kimi Şəki rayonu, Cəfərabad kənd Bələdiyyəsinin 13 noyabr 2018-ci il tarixli iclasında X3 Şəki rayonu, Cəfərabad kənd ərazisində 14 ha torpaq sahəsinin 15 il müddətinə (22.11.2018-ci il tarixdən 22.11.2033-cü il tarixədək) icarəyə verilmşdir. X5 ona verilmiş 14 ha torpaq sahəsini 03 sentyabr 2020-ci il tarixli subiçarə müqaviləsinə əsasən İddiaçı 03.09.2020-ci il tarixdən 03.09.2024-cü il tarixədək icarəyə vermişdir. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 24 sentyabr 2020-ci il tarixli, **********35 reyestr nömrəli çıxarış üzrə Şəki rayonu, Cəfərabad kəndi ərazisində ümumi sahəsi 14 ha olan torpaq sahəsi X5 tərəfidən 4 il müddətinə (03.09.2020-ci il – 03.09.2024-cü il) İddiaçı icarəyə verilmişdir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, 24 sentyabr 2020-ci il tarixli, **********35 reyestr nömrəli çıxarış üzrə iddiaçılara verilmiş 14 ha torpaq sahəsi hal-hazırda cavabdehlər tərəfindən istifadə edilir. Yəni iddiaçı qeyd edilən icarəsində olan 14 ha torpaq sahəsindən istifadə edə bilmir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı qanuni icarəsində olan torpaq sahəsindən cavabdehlərin çıxarılmasını tələb etməkdə haqlıdır. Bütün yuxarıda şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 24 sentyabr 2020-ci il tarixli, **********35 reyestr nömrəli çıxarışla İddiaçı Şəki rayonunun Cəfərabad kəndində subicarəyə verilmiş 14 ha torpaq sahəsindən çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçılar tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu tələb edilmədiyindən onların özlərinə aid edilməlidir. İddia təmin edildiyindən iş üzrə olan 50 manat ekspertiza xərci Cavabdeh1 və Cavabdeh2 alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X2, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 24 sentyabr 2020-ci il tarixli, **********35 reyestr nömrəli çıxarışla İddiaçı Şəki rayonunun Cəfərabad kəndində icarəsinə verilmiş 14 ha torpaq sahəsindən çıxarılsınlar. İddia ərizəsi üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. İş üzrə 50 manat ekspertiza xərci Cavabdeh1 və Cavabdeh2 alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X2, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-17/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-17/2022
06.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver