Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1707/2021 07.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «borc» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ödədiyi 1500 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1530 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, İddiaçı onun qızıdır. Cavabdeh isə onun keçmiş qudasıdır. İddiaçı Orucova (Ramazanova) Aygün Nəzir qızı cavabdehin oğlu X4 ilə ailəli olmuş, 2016-cı ilin dekabr ayından faktiki olaraq ayrılmış, 2017-ci ildə məhkəmə qaydasında rəsmi boşanmışlar. İddiaçı Elşad Ramazanov ilə ailəli olarkən keçmiş qayınatası – hazırkı iş üzrə Cavabdeh 12 yanvar 2015-ci il tarixdə "xxxx" ASC-nin Şəki filialından illik 25% olmaqla 36 ay müddətinə ödənilmək şərti ilə 1200 manat kredit götürmüş və bu barədə 170GTUM150120008 saylı kredit müqaviləsi bağlanmışdır. Eyni zamanda həmin tarixdə öhdəliyin təminatı olaraq iddiaçı Orucova (Ramazanova) Aygün Nəzir qızı ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh bir müddət krediti ödəsə də, sonradan kreditor qarşısında öhdəliklərini icra etmədiyi üçün "xxxx" ASC tutmanı iddiaçının maaşına yönəltmiş, iddiaçının maaşından tutmalar hesabına borc bağlanmışdır. İddiaçı müəllim işləyir və tutulan həmin vəsait onun maddi çətinliklərlə üzləşməyinə səbəb olmuşdur. Bundan başqa iddiaçının himayəsində azyaşlı övladı var və ailənin maddi ehtiyaclarını (ərzaq, kommunal xərclər və s.) o qarşılayır. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, həqiqətən də onunla "xxxx" ASC ilə arasında bağlanmış kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə, illik 25% olmaqla 1200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən o, həmin krediti faizləri ilə birlikdə hər ay hissə-hissə ödəməli olmuşdur. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Orucova (Ramazanova) Aygün Nəzir qızı ilə zaminlik müqaviləsi bağlanmışdır. Krediti götürmə səbəbi oğlunun və qızının müalicəsi üçün pul lazım olması olmuşdur. O, bankdan götürdüyü puldan 800 manat ödəmişdir. İddiaçı 2018-ci ilədək onlarla yaşamış, ailə onun pensiyasından dolanmış, yeyib-içmişdir. Əlavə olaraq 25 avqust 2021-ci il tarixdə göndərdiyi etirazı müdafiə edərək bildirdi ki, onun 73 yaşı var və pensiyaçıdır. İddiaçı oğlu ilə boşanmamışdan əvvəl banklardan alınmış krediti öz ailəsinin ehtiyacları üçün xərcləmişdir. 2015-ci ilin yanvar ayında alınmış və ailəyə xərclənmiş pulu 6 il 7 ay sonra sonra ondan nə səbəbə və nə əsasa istəməsi ona məlum deyil. Boşandıqdan sonra onun bütün istədikləri tərəflərindən verilmişdir. Belə ki, iddiaçı oğlundan boşandıqdan sonra 2019-cu ildən sonra belə 1 il onlarla yaşamış, maddi imkanı olmadığından tərəfindən ona daim maddi köməkliklər edilmişdir. 2017-ci ildən hazıradək onun heç bir bank qarşısında öhdəliyi olmamışdır. Deməli onda o da iddiaçıya etdiyi maddi köməklikləri, ona xərclədiyi pulları geri istəməlidir. Ailə bir bütün olaraq birlikdə yaşanıldığında hər bir fərdin ailəyə gətirdiyi qazanc bərabər xərclənməklə ailənin ehtiyaclarına sərf edilir. Ailə o vaxt ailə olur ki, hərə bir tərəfə yox, hamı bir tərəfə hərəkət edərək ailənin birliyi və bütünlüyünü qoruyur. Bundan başqa iddiaçı tələb etmək üçün 3 illik iddia müddətini də ötürmüşdür. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Orucova (Ramazanova) Aygün Nəzir qızı arasında bağlanmış 12 yanvar 2015-ci il tarixli, Z-170GTUM150120008 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Orucova (Ramazanova) Aygün Nəzir qızı Cavabdeh bank qarşısında 12 yanvar 2015-ci il tarixli, 170GTUM150120008 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 21 sentyabr 2021-ci il tarixli, 162 nömrəli məktubundan görünür ki, Cavabdeh adına olan 170GTUM150120008 referans nömrəli kreditə X1 ******************** hesab nömrəli əmək haqqı kartından ümumilikdə 858.61 AZN (səkkiz yüz əlli səkkiz manat 0.61 qəpik) tutulma olmuşdur. X1 ******************** saylı kart hesabından sonuncu dəfə 22.04.2019-cu il tarixində 0.17 qəpik tutulma olmuşdur. Kreditə son ödəniş “E-MANAT" Terminalı vasitəsi ilə 23.04.2019-cu il tarixində 12 AZN (on iki manat) olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh "xxxx" ASC tərəfindən Orucova (Ramazanova) Aygün Nəzir qızının zaminliyi ilə kredit və zaminlik müqavilələrinə əsasən kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh ona verilmiş krediti və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə edilmiş qrafik üzrə ödəməli olmuşdur. Eyni zamanda "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə Orucova (Ramazanova) Aygün Nəzir qızı ilə "xxxx" ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. "xxxx" ASC kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirərək Cavabdeh kredit versə də, Cavabdeh həmin kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməmiş, banka olan kredit borcunu tam şəkildə ödəməmişdir. Mövcud borc məbləğindən 858.61 manat müəllim işləyən Orucova (Ramazanova) Aygün Nəzir qızının əmək haqqından hər ay tutmalar hesabına icra edilmişdir. İşin bu halları iddiaçının nümayəndəsinin və cavabdehin izahatları ilə yanaşı işdə olan sənədlərlə tam təsdiq edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Göründüyü kimi Cavabdeh "xxxx" ASC-yə ödəməli olduğu kredit borcundan 858.61 manat öhdəliyi onun zamini olmuş iş üzrə İddiaçı əmək haqqından tutulma yolu ilə ödənilmişdir. Beləliklə də, "xxxx" ASC-nin öhdəlik üzrə hüquqları kreditorun tələbini ödədiyi həcmdə Cavabdeh öhdəliyi icra etmiş zamini olan İddiaçı keçmişdir. Buna görə də İddiaçı Cavabdeh 858.61 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə iddia tələbinin qalan, yəni 641.39 manat hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı tərəfindən həmin miqdarda əmək haqqından və ya digər qaydada tutmalarla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə əsaslı deyildir. Məhkəmə Cavabdeh 12 avqust 2021-ci il tarixli iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, Azərbаycаn Respublikаsının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. "xxxx" ASC ilə Cavabdeh arasında 12 yanvar 2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinin müddəti 36 ay müəyyən edilmiş, tərəflər öhdəliklərin icrası müddətini isə borcun tam ödənilməsi ilə şərtləndirmişlər. Kredit müqaviləsi üzrə sonuncu ödəniş 23 aprel 2019-cu il tarixdə icra edilmişdir. Odur ki, hazırkı tələb üzrə iddia müddəti 23 aprel 2022-ci il tarixdə bitir. İddiaçı Şəki Rayon Məhkəməsinə 30 iyul 2021-ci ildə, yəni müqavilə üzrə sonuncu ödənişin edildiyi vaxtdan qanunla nəzərdə tutulmuş 3 illik müddəti ötürmədən məhkəməyə müraciət etməklə iddia müddətini ötürməmişdir. Bundan başqa məhkəmə Cavabdeh tərəflərin 2018-ci ilədək birlikdə yaşayaraq təsərrüfat aparması və borcun ailənin tələbatlarına xərcləndiyi barədə fikirlərinə münasibətdə qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1944/2017 saylı, 19 sentyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, tərəflər 2016-cı ilin dekabr ayının 16dan faktiki olaraq ayrılmışlar. Bunun əksini sübut edən fakt cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, cavabdeh məhkəmə iclasında verdiyi izahatında alınmış kreditin oğlunun və qızının müalicəsinə xərcləndiyini bildirmişdir. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin qeyd etdikləri ziddiyətli fikirlər formal mülahizələrdən ibarət olmaqla məqsədli şəkildə iddianın təmin edilməməsinə yönəldilmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 858.61 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 888.61 manat pul alınaraq İddiaçı ödənilməli, əsassız olduğundan iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Posessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 858.61 manat borc və 30 manat dövlət rüsumu olmaqla, cəmi 888.61 manat pul alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-1707/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1707/2021
07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver