Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1745/2023 19.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi X2 iştirakı ilə, Ərizəçi X2 doğum və qohum olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X4 ərizə ilə məhkəməyə müraciət edərək, onun 10 avqust 1964-cü il tarixdə Şəki rayonu, Şirinbulaq kəndində doğulması, atasının X17, anasının isə X18 olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun şəxsiyyətini müəyyən edən heç bir sənədi valideyinləri tərəfindən alınmamışdır. O xx.xx.1964-cü ildə Şəki rayonu, Şirinbulaq kəndində dogulmuşdur. Onun atası X37 oglu, anası isə X18 olmuşdur. Hal-hazırda 59 yaşı var. Şəki rayonu X21 Sovetinin 1963-1965 ci illər 12 nömrəli Təsərrüfat başına kitabının çıxarışına əsasən ailə üzvləri on beş nəfərdən ibarət olmuşdur. Ailələri böyük olduguna görə kiçik yaşlarından ailələrinə çörək qazanmaq ücün kolxozda-sovxozda təsərrüfatla məşgul olmuşdur. Ona görə də 1982-ci ildə Şəki Rayonu Orconikidze adına Taxılcılıq Sovxozunun orta məktəbinni qiyabi təhsil alaraq bitirmişdir. Valideyinəri vəfat edəndən sonra Sovxoz təsərrüfatında o, X4, bacıları X19 və X10 həmin təsərrüfatda qalmışlar. Torpaq İslahatı aparılarkən Azərbaycan Respublikası Aqrarar İslahat Komissiyasının 29 avqust 2000 ci il tarixli 6 saylı qərarı ilə ailə üzvlərinə Şəki rayonu, Şirinbulaq kəndində 3,22 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. O savadsız olduguna görə başa düşməmişdir ki, ona doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi lazım ola bilər. Hazırda ona məxsus torpaq payı sahəsinə sərəncam vermək, vərəsəlik pensiya ilə bağlı ona bu sənədlər lazımdır. Həmin sənədlərlə bağlı aidiyyatı olan bütün idarələrə müraciət etmişdir. Onun doğumu bağlı və şəxsiyyəti ilə bağlı heç bir sənəd yoxdur. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X10 bildirdi ki, ərizəçi X4 onun bacısıdır. Bacısı 1964-cü ildə anadan olmuşdur. Atasının adı Dilənçi, anasının adı isə Cəmilə olmuşdur. Ailədə 11 uşaq olmuşlar. Qardaşlarından dördü vəfat etmişlər. Mülki iş materiallarını araşdırıb, ərizəçi X2 izahatını və şahidin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, X2 tələbi əsaslıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X43 “Şəki Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi X1 ünvanlanmış 13 noyabr 2023-cü il tarixli, PHŞ-18-1-71/2-915/2023 saylı məktubdan görünür ki, 06 oktyabr 2023-cü il tarixdə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X42 511 nömrə ilə daxil olmuş ərizəsinə baxılmışdır. Qüvvədə olan mövcud qanunçuluğa görə “Şəki Rayon Mərkəzi Xəstəxanası” X41 fəaliyyəti nəticəsində yaranmış 1964-cü ilə aid xəstəlik tarixlərinin saxlama müddəti 25 il olduğundan və elmi tarixi əhəmiyyətinin itirdiyindən arxiv qaydası ilə ləğv edilmişdir. Odur ki, onun doğuşu ilə bağlı hər hansı rəsmi sənədin verilməsi mümkün deyildir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublikası X39 Filialının 03 aprel 2023-cü il tarixli arxiv arayışından görünür ki, Şəki rayonu Aydınbulaq kənd ZDS İcraiyyə Komitəsinin 1963-1965-ci illərin Şirinbulaq kəndi üzrə Təsərrüfatbaşına kitabına əsasən X5 təsərrüfatında ailə başçısı olduğu və təsərrüfatında X17, X18 (arvadı), X6 (oğlu), X11 (qızı) X12 (oğlu), X13 (oğlu), X20 (oğlu), Ərizəçi (qızı), X14 (qızı), X10 (qızı), X15 (qızı), X7 (oğlu), X8 (gəlini), X4 (qızı), X16 (nəvəsi) adlı ailə üzvləri qeyd edilmişdir. Şəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli məktubdan görünür ki, bu vaxta qədər M.D.Əhmədovanın şəxsiyyət vəsiqəsi olmamışdır. "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 1.14-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmin Qaydanın 9.7-ci bəndinə əsasən Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Həmin Qaydanın 9.8-ci bəndinə əsasən Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə, Naxcıvan Muxtar Respublikası vətəndaslig vəziyyəti aktlarının arxivinə şəxsən müraciət etmiş səxslərə təkrar şəhadətnamələr ərizənin verildiyi gün təqdim olunur, elektron sorğu əsasında səhadətnamələr isə sorgunun daxil olduğu gün verilir. Odur ki, M.D.Əhmədova şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmədiyi üçün təkrar doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Qeyd edilənlərə əsasən məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Şirinbulaq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 noyabr 2023-cü il tarixli, 118 nömrəli arayışdan görünür ki, X2 Ərizəçi (bacısı) və X10 (bacısı) adlı şəxslərdən ibarət ailə tərkibi vardır. İşdə olan Şəki şəhər İHB-nın Aydınbulaq kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 15 fevral 1983-cü il tarixdə vəfat etmişdir. İşdə olan JN:0009 nömrəli (kod ********) “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 29 avqust 2000-ci il tarixli, 08 nömrəli qərarına əsasən Şəki rayonu, Şirinbulaq kənd sakinləri Ərizəçi, X10 və X2 ümumi birgə mülkiyyətinə cizgidə göstərilən sərhəd daxilində 3.22 hektar torpaq sahəsi verilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi X4 10 avqust 1964-cü il tarixdə Şəki rayonu, Şirinbulaq kəndində anadan olmasına və atasının X17, anasının isə X18 olmasına dair sənədləri başqa qaydada əldə edə bilməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, X2 10 avqust 1964-cü il tarixdə Şəki rayonu, Şirinbulaq kəndində kəndində anadan olması, X5 onun atası, X9 isə onun anası olması hüquqi faktı müəyyən edilməlidir. Ərizəçi X2 dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. X2 10 avqust 1964-cü il tarixdə Şəki rayonu, Şirinbulaq kəndində kəndində anadan olması, X5 onun atası, X9 isə onun anası olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçi X2 özünə aid edilsin. Qətnamədən surəti alındığı gündən 1 (bir) ay müddətində Şəki rayon məhkəməsi vasitəsilə Azəbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №2(075)-1745/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1745/2023
19.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver