Məhkəmə qərarları › İş №2(075)-1782/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1782/2020

08.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1782/2020 08.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 40,69 (qırx ABŞ dolları altmış doqquz sent) ABŞ dolları, faiz borcu üzrə 56,60 ABŞ dolları olmaqla, cəmi 97,29 (doxsan yeddi ABŞ dolları iyirmi sent) ABŞ dolları borcun, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh X1 qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı xxxx“ ASC-nin “Şəki" filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxxxx 2015ci il tarixli Bank kartlarının alınması və onlardan istiladə edilməsinə dair müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Tərəflər arasında bağlanmış Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqavilənin 4.1ci bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi aldığı kartı, onun istifadə etmə müddət ərzində Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq ödəniş sistemlərinin qaydalarına, bu müqavilənin şərtlərinin məzmununa. Bankın müəyyən etdiyi və edəcəyi qaydalara əsasən istifadə etməyi öhdəsinə götürür. Filialın müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabını (********************) xx xxxxxxx 2015-ci il tarixdə 50 ABŞ dolları mədaxil etmiş, 21) oktyabr 2015-ci il tarixdə hesabından məxaric etmiş, sistemdə baş vermiş texniki xəta səbəbli xx xxxxxxx 2015-ci il tarixdə aparılmış məxaric əməliyyatı plastik kartda öz əksini tapmamış, bu haldan istifadə edən cavabdeh xx xxxxxxx 2015-ci il tarixdə online şəkildə ödəniş etməklə 40,69 ABŞ dolları vəsaitin təkrar olaraq (əməliyyatın təsviri: BAL1KES1R PARA GRLP-20151020-949- 100.0- BALİKFSİR4127..6522-6011-RD002462-TUR-) hesabdan məxaric edilməsinə nail olmuşdur. Bank tərəfindən bu hal müəyyən edildikdən cavabdeh tərəfindən edilmiş homin əməliyyata düzəliş edilmiş, nəticədə sonuncunun kart hesabında 40,69 ABŞ dolları mənfi qalıq formalaşdırılmışdır. Beləliklə cavabdeh özünə aid olmayan 40,69 ABŞ dolları vəsaiti mənimsəməklə əsassız olaraq varlanmışdır. Həmin vəsaitə xx xxxxxx 2015-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək ümumilikdə 56,60 ABŞ dolları faiz hesablanmışdır. Bankın "Şəki" filialı tərəfindən təqdim edilmiş xx xxxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh Banka əsas borc üzrə 40,69 (qırx ABŞ dolları altmış doqquz sent) ABŞ dolları, faiz borcu üzrə 56,60 ABŞ dolları olmaqla, cəmi 97,29 (doxsan yeddi ABŞ dolları iyirmi sent) ABŞ dolları borcu mövcuddur. Qeyd oluna əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üyün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Buna görə də hazırda kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Azərbaycan Respublikası MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə əsas borc üzrə 40,69 (qırx ABŞ dolları altmış doqquz sent) ABŞ dolları, faiz borcu üzrə 56,60 ABŞ dolları olmaqla, cəmi 97,29 (doxsan yeddi ABŞ dolları iyirmi sent) ABŞ dolları borc, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat xidmət haqqı tutulmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu Cavabdeh tutularaq «xxxx» ASC-yə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə əsas borc üzrə 40,69 ABŞ dolları, faiz borcu üzrə 56,60 ABŞ dolları olmaqla, cəmi 97,29 ABŞ dolları borc, ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar