Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1800/2021 01.10.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh, Müstəqil tələb irəli sürməyən İİİ şəxs X2 iştirakları ilə, İddiaçı Cavabdeh və müstəqil tələb irəli sürməyən İİİ şəxs X3 qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh razılaşma şərtlərinə uyğun olaraq 9000 (doqquz min) ABŞ dolları (15300 AZN) məbləğində pulun, ödənilmiş 30 manat dövlət rüsumunun, həmçinin pulun ödənilməsinin gecikdirilməsinə görə inflyasiya və Azərbaycan Respublikası Mərkəzi Bankının illik uçot dərəcəsinə uyğun olaraq 1530 manat cərimə (borca görə faiz əlavəsi) olmaqla cəmi 16860 manat (on altı min altı min səkkiz yüz altmış manat) məbləğində pulun ona birdəfəlik qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmidir ki, Cavabdeh onun keçmiş qaynıdır. Bildirmişdir ki, əsasən Fusiya Federasiyanda yaşamaqla sahibkarlıq və bizneslə məşğuldur. Bakı şəhərində də bir sıra əmlakları vardır. Cavabdehin bacısı, yəni keçmiş həyat yoldaşı Şahid ilə təxminən 22 il ailəli olmuş və həmin nikahdan 2 övladları olmuşdur. Uzun müddət Cavabdehlə (cavabdeh) çox yaxşı münasibətləri olmuşdur. Lakin qaynanası həmişə onların ailəsinə müdaxilə etmişdir. Göstərmişdir ki, təxminən 2018-ci ilin yay aylarında Azərbaycana gəlmiş, digər qohum-əqrəbalar kimi yoldaşı Cavabdehlə də görüşmüşdür. Görüşlərinin birində Aydın ona demişdir ki, lizinqə texnika (kombayn və traktor) götürmək istəyir. Bunun üçün də ilkin ödənişlər etmək lazımdır. Buna görə də ondan borca 9000 ABŞ dolları pul istəmişdir. Cavabdehin bu xahişini qəbul etmiş və demişdir ki, Moskvaya gedib oradan göndərəcəkdir. Aydınla verəcəyi 9000 ABŞ dollarını 2 il ərzində, yəni 2020-ci ilin iyul ayında qaytarmasına dair aralarında razılaşma olmuşdur. Cavabdeh də onunla razılaşmışdır. Belə də etmiş, 2018-ci ilin iyul ayında Moskva şəhərinə qayıtmiş və 26.07.2018-ci ildə cavabdehə “Zolotoya Korona” vasitəsilə 5000 ABŞ dolları pul göndərmişdir. 5000 ABŞ dolları pul göndərən zaman Aydına mesaj yazaraq bildirmişdir ki, rusiya vətəndaşı bir gündə ölkə xaricinə yalnız 5000 dollar göndərə bilər. Buna görə də pulun yarısını sonra göndərə biləcəkdir. 29.07.2018-ci il də “Zolotoya Korona” vasitəsilə Aydına yenə də 4000 ABŞ dolları pul göndərmişdir. Bununla da o razılaşdıqları kimi 9000 ABŞ dollarını Aydına göndərmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, keçmiş həyat yoldaşı Lalə ilə münasibətləri 2019-cu ilin aprel ayında pisləşmiş, 2019-cu ilin noyabr ayında isə aralarında olan nikahları pozulmuşdur. Lalə ilə aralarında olan nikahları pozulduqdan sonra onlar barışmaq belə istəmişlər. Hətta Lalə ilə birlikdə Moskvaya da getmişlər. Lakin qaynanasının müdaxiləsi səbəbi ilə barışmaları baş tutmamışdır. Qeyd etmişdir ki, Lalə ilə münasibətləri korlansa da ilk vaxtlar Aydınla münasibətləri olmuşdur. Barışmaq istəməsi, həmçinin Aydına borcu 2 il müddətinə verdiyi səbəbdən pulu Aydından vaxtından əvvəl istəməmişdir. Lakin sonradan Lalə ilə aralarında barışıq olmadığından, həmçinin borc verdiyi müddət də bitdiyindən borc məbləğinin cavabdehdən qaytarmasını bir neçə dəfə xahiş etmişdir. Lakin həmin tarixdən artıq bir neçə müddət keçməyinə baxmayaraq cavabdeh hələ də həmin borcu ona qaytarmamışdır. Cavabdeh həmin məbləği ona qaytarmaqdan imtina edir və hər dəfə bir bəhanələr gətirir. Bundan başqa Aydının məhkəmə iclasında söylədiklərinə münasibətdə bildirmişdir ki, o, qaynanasından heç vaxt borc pul almamışdır. Belə ki, qaynanası Tamamın 73 yaşı var, pensiyaçıdır. Buna görə də onun Tamamdan borc alması belə inandırıcı deyil. Bildirmişdir ki, cavabdehin bacısı ilə ailə münasibətinin korlanması nəticəsində 07 noyabr 2019-cu il tarixdə rəsmi olaraq ayrılmış, həmçinin həm Moskvada həm də Bakıda olan bütün əmlakları məhkəmə qaydasında bölünmüşdür. Hazırda münasibətlər tam kəsilməsə də, normal ünsiyyət etmirlər və bu hal qaynına da təsirsiz ötüşməmişdir. Yoldaşından ayrılandan sonra cavabdeh onunla münasibətləri korlamış və ona qarşı qərəzli davranmağa başlamışdır. Artıq onda əsaslı şübhələr vardır ki, cavabdeh onun pulunu qaytarmaq istəmir. Odur ki, cavabdehdən borcun məhkəmə qaydasında alınmasını istəyir. Qeyd etmişdir ki, Lalənin hazırda onunla münasibət yoxdur, buna görə də onun şahid kimi vermiş olduğu ifadəsini qərəzli hesab edir. Qaynanası Tamam da onunla qərəzlidir. Göstərmişdir ki, Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini qəbul etmir. O iddia müddətini ötürməmişdir. Hesab edir ki, iddiası əsaslıdır. Cavabdeh borcunu ona vaxtında qaytarmadığından pulun ödənilməsinin gecikdirilməsinə görə inflyasiya dərəcəsi də ondan tutulmalıdır. Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, iddiaçı onun bacısının keçmiş əri olmuşdur. Onlar uzun müddət birgə yaşamış və 2 uşaqları olmuşdur. İddiaçı ilə bacısı Lalə arasında münasibətlər korlandığından onlar 2019-cu ilin noyabr ayında boşanmışlar. Onlar arasındakı əmlaklar da məhkəmə qaydasında bölünmüşdür. İddiaçı əsasən Rusiya Federasiyasında yaşamaqla orada bizneslə məşğul olmuşdur. Son dövrlərdə iddiaçının maddi durumu pisləşmiş və buna görə də Moskvada bir sıra şəxslərdən borc alaraq borc müqaviləsi bağlamışdır. Həmçinin həmin dövrlərdə iddiaçıya pul lazım olduğundan onun anasından, yəni qaynanası T.Nağıyevdən borc pul istəmişdir. Buna görə də anası T.Nağıyev 2017-ci ilin yay aylarında İddiaçı 9000 ABŞ dolları borc pul vermişdir. Həmin pul məbləğini o, özü şəxsən Bakı şəhərində iddiaçının evində ailəsinin yəni, arvadı Lalə və uşaqlarının yanında iddiaçıya vermişdir. 2018-ci ildə iddiaçı onlara gələndə anası ehtiyacı olduğu üçün borc verdiyi 9000 dolların ona geri qaytarmasını iddiaçıdan xahiş etmişdir. İddiaçı da ona demişdir ki, Moskvaya gedib köçürmə yolu ilə 9000 ABŞ dollarını köçürmə yolu ilə ona qaytaracaqdır. Beləliklə də iddiaçı Moskvaya gedərək anasına borclu olduğu məbləği köçürmə yolu ilə onun adına göndərmişdir. O da həmin 9000 ABŞ dollarını özü almış və anasına vermişdir. Belə ki, iddiaçı 26.07.2018-ci ildə “Zolotoya Korona” vasitəsilə onun adına 5000 ABŞ dolları pul göndərmişdir. 5000 ABŞ dolları pul göndərən zaman mesaj yazaraq bildirmişdir ki, rusiya vətəndaşı olduğu üçün bir gündə ölkə xaricinə yalnız 5000 dollar göndərə bilər. Buna görə də pulun 4000 dolların 29.07.2018-ci il də “Zolotoya Korona” vasitəsilə yenə də onun adına göndərmişdir. Göstərmişdir ki, həmin pul məbləği onun kombayn alması üçün iddiaçıdan istənilməmiş, həmin pul iddiaçının anasına, yəni X3 olan borcun qaytarılması üçün göndərilmişdir. Belə ki, iddiaçı 2017-ci ildə onun anası X1 borc istəmiş və o, anasının borc olaraq verdiyi 9000 ABŞ dolları məbləğində pulu İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evdə təqdim etmişdir. İddiaçının dedikləri yalandır. Belə ki, iddiaçı guya aralarında bağlanmış şifahi borc müqaviləsinin bağlanması tarixini 29.07.2018-ci il olduğunu göstərmişdir. Lakin pul köçürməsinin bir hissəsi 26.07.2018-ci il tarixdə, digər hissəsi isə 29.07.2018-ci il tarixdə olmuşdur. Bundan başqa iddiaçının qeyd etdiyi sözdə 2 illik müqavilənin tarixiylə (29.07.2018), iddiaçının pul tələbinə dair iddia ərizəsinin icraata götürülmə tarixi (12.08.2021) arasındakı müddət üç ili keçmişdir. Beləliklə də iddiaçı tərəfindən hazırkı tələb üzrə iddia müddəti ötürülmüşdür. Məhkəməyə təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizəsini nəzərə alaraq iddia müddətinin tətbiq edilməklə iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində cəlb edilmiş X4 izahat verərək göstərdi ki, uzun illər müəllimə işləmiş, 73 yaşı var, pensiyaçıdır. Göstərmişdir ki, o, iddiaçının sabiq qaynanası, cavabdehin isə anasıdır. Bildirmişdir ki, Elşənlə Lalə 22 il ailəli olublar. Əvvəllər münasibətləri yaxşı olmuş, lakin son dövrlərdə münasibətləri korlandığında Lalə ilə Elşən 2019-cu ilin noyabr ayında boşanmışlar. Elşənin biznes fəaliyyəti Moskva şəhərində olmuş, lakin təxminən 2017-ci illərdə maddi vəziyyəti pisləşmişdir. 2017-ci ilin yay aylarında qızı Lalə ondan 9000 ABŞ dolları məbləğində borc istəmişdir. Daha sonra isə Elşən onlara qanaq gəldikə o, Elşənə Lalənin ondan 9000 ABŞ dolları məbləğində borc istəməsini bildirmiş və həmin pulu Laləyə verməsini və həmin borcu qaytara bilib-bilməyəcəyini soruşmuşdur. Elşən isə ona pulu verməsini və həmin borcu Moskva şəhərində gedəndə oradan göndərəcəyini bildirmişdir. Daha sonra o, həmin 9000 dollar pulu Elşənə verməsi üçün Aydına vermiş, Aydın da həmin pulu Bakı şəhərində yerləşən qaldığı evdə Elşənə vermişdir. Bundan təxminən 1 il sonra onlar lizinq yolu ilə texnika (kombayn və traktor) almaq istəmiş, bunun üçün isə həmin texnikanın dəyərinin 40 faizini ilkin olaraq ödəməli olmuşlar. Buna görə də Elşən yenə onlara qonaq gələndə o Elşənə texnika almaq üçün pul lazım olduğunu və borcunu qaytarmasını xahiş etmişdir. Elşən də əvvəl dediyi kimi Moskva şəhərindən ona həmin 9000 ABŞ dolları məbləğində pul vəsaitini 2 dəfəyə göndərmişdir. Elşən həmin pulu köçürmə yolu ilə Rusiyadan Aydına göndərmiş, Aydın da pulu alaraq gətirib ona vermişdir. Aydın Elşənlə onun arasında yalnız vasitəçi olmuşdur. Bildirmişdir ki, öyrənmişdir ki, Elşən bu prosesi əlində saxta sübut olması üçün etmişdir. Belə ki, sonradan ona məlum olmuşdur ki, Elşən ondan borc pul istəyəndə onun özündə 200 000 ABŞ dolları olmuşdur. Hesab edir ki, iddia əsassızdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, o, iddiaçının sabiq həyat yoldaşıdır. Onlar birgə nikahda olduqları dövrdə Elşən Bakı şəhərində 2 ev almış və həmin evləri otel kimi istifadə etmək üçün mebelə təchiz etməyə pul lazım olmuş və bunun üçün onlarda lazımi pul vəsaiti olmamışdır. Elşən dəfələrlə ona bunun üçün anasından borc istəməsini demiş və özü istəyəcəyi təqdirdə anasının borc verməyəcəyini bildirmişdir. Elşən bu barədə dəfələrlə ona desə də o, anasından borc istəmək istəməmişdir. Nəhayət 2017-ci ilin yay aylarında anasından borc pul istəmiş, anası isə Aydın vasitəsi ilə Elşənə onların yaşadığı Bakı şəhəri, Nobel prospekti, mənzil 15-də onun iştirakı ilə Elşənə 9000 ABŞ dolları borc vermişdir. Həmin pul dollar əskinazları ilə verilib. Həmin vaxt ailə üzvləri də onun yanında olmuşdur. 1 il keçdikdən sonra isə anasının özünə pul lazım oluğu üçün anası həmin pulu Elşəndən geri istəmişdir. Anası yaşlı olduğundan, kənddə yaşadığından, Elşən həmin pulu 2 dəfəyə Moskva şəhərindən qardaşı Aydının adına göndərmişdir. 2019-cu ilin noyabr ayında isə onlar rəsmi olaraq ayrılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, iddiaçının qızıdır. Evlərində pulla bağlı söhbətləri eşitmişdir. Lakin atasının kimdənsə onun iştirakı ilə borc pul almasını görməmiş və şahidi olmamışdır. İşdə olan, həmçinin məhkəmə iclasında cavabdeh tərəfindən təsdiq edilərək qəbul edilmiş pul köçürmələri barədə məlumatdan görünür ki, İddiaçı 26.07.2018-ci il tarixdə ********* nömrəli köçürmə ilə 5000 ABŞ dolları, 29.07.2018-ci il tarixdə ********* nömrəli köçürmə ilə 4000 ABŞ dolları məbləğində pulu Cavabdeh adına göndərmişdir. İşdə olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 07.11.2019-cu il tarixli, 2(011)- 5689/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı Şahid ilə cavabdeh İddiaçı arasında 12.10.1999-cu ildə bağlanmış 3007 nömrəli nikahın pozulması qət edilmişdir. İşdə olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21.08.2019-cu il tarixli, 2(011)- 7109/2019 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, M.İbrahimov küçəsi 18/49 saylı evin, 22 saylı mənzilində Şahid payının 1/2 hissə müəyyən edilməsi, qalan 1/2 hissəsi isə İddiaçı (Lyatıfov Elshan) Qinyət oğlunun payı hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Mirzə İbrahimov küçəsi 18/49 saylı evin, 24 saylı mənzilində Şahid payı 1/2 hissə müəyyən edilməsi, qalan 1/2 hissəsi isə İddiaçı (Lyatıfov Elshan) Qinyət oğlunun payı hesab edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 193a/17 ünvanında yerləşən mənzildə Şahid payı 1/2 hissə müəyyən edilməsi, qalan 1/2 hissəsi isə İddiaçı (Lyatıfov Elshan) Qinyət oğlunun payı hesab edilməsi, “Lexus RX350 minik" markalı ** SN *** dövlət qeydiyyat nişanlı avtomobildə Şahid payı 1/2 hissə müəyyən edilməsi, qalan 1/2 hissəsi isə İddiaçı (Lyatıfov Elshan) Qinyət oğlunun payı hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, 1212-ci məhəllə, Nobel prospekti, 15 saylı evin, 86 saylı mənzilində İddiaçı (Lyatıfov Elshan) Qinyət oğlunun payı 2/3 hissə müəyyən edilməsi, qalan 1/3 hissəsi isə Şahid payı hesab edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində istifadədə olan 0.0759 ha torpaq sahəsində yerləşən 147 nömrəli, 4 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində yerləşən 42.52 kv.m ümumi, 29.52 kv.m yaşayış sahəsindən ibarət 2 saylı 2 nömrəli mənzildə İddiaçı (Lyatıfov Elshan) Qinyət oğlunun payı 1/2 hissə müəyyən edilməsi, qalan 1/2 hissəsi isə Şahid payı hesab edilməsi, Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində yertəşən 2 mərtəbəli, ümumi sahasi 163,6 kv.m olan ticarət təyinatlı qeyriyaşayış binasında İddiaçı (Lyatıfov Elshan) Qinyət oğlunun payı 1/2 hissə müəyyən edilməsi, qalan 1/2 hissəsi isə Şahid payı hesab edilməsi, Şəki şəhəri, İzzət Həmidov küçəsində yerləşən sahəsi 0.045 ha olan həyətyanı torpaq sahəsində İddiaçı (Lyatıfov Elshan) Qinyət oğlunun payı 1/2 hissə müəyyən edilməsi, qalan 1/2 hissəsi isə Şahid payı hesab edilməsi qət edilmişdir. İşdə olan İddiaçı ilə Şahid arasında bağlanmış 24 oktyabr 2019-cu il tarixli barışıq sazişinin təsdiq edilmiş surətindən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21.08.2019-cu il tarixli, 2(011)-7109/2019 saylı qətnaməsi üzrə məhkəmə mübahisəsinə dair işin icraatına xitam verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh yeznı-qayın olmuşlar. Cavabdeh 2018-ci ilin yay aylarında iddiaçıdan 9000 ABŞ dolları pul istəmiş, iddiaçı da aralarında olan razılaşmaya əsasən Moskva şəhərindən 26.07.2018-ci ildə cavabdehə “Zolotoya Korona” vasitəsilə 5000 ABŞ dolları, 29.07.2018-ci il də “Zolotoya Korona” vasitəsilə cavabdehə 4000 ABŞ dolları olmaqla, cəmi 9000 ABŞ dolları pul göndərmişdir. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddia müddətinin ötürüldüyünü bildirərək, iddia müddətinin tətbiq edilməsi ilə iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatını, şahidlərin ifadəsini dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia qismən təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs ( borclu ) başqa şəxsin ( kreditorun ) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilir ki, cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. Qeyd edilən Plenum qərarında məhkəmə belə qərara gəlmişdir ki, kredit münasibətlərindən yaranan münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Qeyd edilən Plenum qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilməsi müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı iddia tələbi üzrə iddia müddətini ötürməmişdir. Belə ki, iddiaçı cəmi 9000 ABŞ dolları pul vəsaitini 29.07.2018-ci il tarixdə cavadehə göndərmiş və cavabdeh də həmin pul məbləğini almışdır. Cavabdehin fikrinə görə iddiaçı həmin pul məbləğini 29.07.2021-ci il tarixinədək tələb etməli idi. İddia ərizəsi 12.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İddiaçı bildirmişdir ki, o, həmin pul məbləğini 2 il müddətinə cavabdehə vermişdir. Belə olan halda iddiaçının vermiş olduğu borc məbləğini 29.07.2020-ci il tarixindən etibarən tələb etmək hüququ yaranır ki, bunun da son tarixi 29.07.2023-cü il olmalıdır. Lakin iddiaçı ilə cavabdehin bacısı, eyni zamanda onun özü ilə münasibətlərinin pozulması 2019-cu ilin aprel və ya nikahlarının pozulduğu 2019-cu ili noyabr 7 hesab etsək həmin andan yenə də iddiaçı borc məbləğini tələb hüququnu ötürməmiş olacaqdır. Belə ki, ən azından tərəflər arasında münasibətlərin korlanması 2019-cu ilin aprel ayı kimi götürsək Mülki Məcəllənin 377.1-ci maddəsinin tələbləri baxımından iddia müddətinin axımı iddiaçının öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan yəni 2019-cu ilin aprel ayından pozulduğunu bilmiş və müddətin axımı da həmin andan hesablanmalıdır. Belə olan halda iddiaçının tələb etmə müddəti 2022-ci ilin aprel ayı olacaqdır. Ümumiyyətlə həm yazılı müqavilə, həm də şifahi formada kredit və ya borc verildikdə həmin borc müəyyən zaman kəsiyi müəyyən edilməklə verilir. İddiaçı cavabdehə cəmi 9000 ABŞ dollarını 29.07.2018-ci il tarixdə vermişdir. Cavabdeh də iddia müddətinin axımının məhz 29.07.2018-ci ildən hesablanmaqla müddət tətbiq edilməsini xahiş etmişdir. İddiaçının iddia ərizəsi isə 12.08.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Buna görə də məhkəmə iddia müddətinin axımını iddiaçının cavabdehə borc verdiyi 29.07.2018-ci il tarixindən deyil, ən azından öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtdan yəni 2019-cu ilin aprel ayından və ya cavabehin bacısı ilə nikahları pozulduğu 07.11.2021-ci il tarixdən hesablanmasını ədalətli hesab etmişdir. Cavabdeh iddiaçının iddiasını qəbul etməsə də (hansı ki, o bunu dolayı yolla qəbul edir) iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim etmişdir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən iddia müddəti o zaman tətbiq edlə bilər ki, iddia cavabdeh tərəfindən mübahisəsiz olaraq qəbul olunsun. Lakin cavabdeh həm iddianı birbaşa olaraq qəbul etmir, həm də iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə təqdim edir. Bu o anlama gəlir ki, cavabdeh iddiaçıdan 9000 ABŞ dolları almasını qəbul edir. Bundan başqa cavabdeh Aydın məhkəmə iclasında ondan lizinqə texnika götürmək istəməsi ilə bağlı borc almamasını qeyd etsə də müstəqil tələb irəli sürməyən İİİ şəxs qismində cəlb edilərək izahatı alınmış cavabdehin anası T.Nağıyev məhkəmə iclasında bildirmişdir ki, Elşənə vermiş olduğu 9000 ABŞ dolları pulu 1 il sonra onlar lizinq yolu ilə texnika (kombayn və traktor) almaq istədiyindən, bunun üçün isə həmin texnikanın dəyərinin 40 faizini ilkin olaraq ödəməli olduqlarından, Elşəndən texnika almaq üçün pul lazım olduğunu və borcunu qaytarmasını xahiş etmişdir. Məhkəmə bütün bunları cavabdehin iddiaçıdan borc almasını təsdiqləyən sübut kimi qəbul etmişdir. Məhkəmə həmçinin Şahid hazırda iddiaçı ilə qərəzli mövqedə olmasını əsas götürərək onun ifadəsini mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə iddia tələbinin 1530 manat cərimə hissəsinə münasibət bildirərək hesab edir ki, bununla bağlı hər hansı razılaşma olmadığından, iddiaçının pulu geri tələb etmə müddətindən elə də uzun müddət keçmədiyindən, həmçinin iddiaçı tərəfindən məhkəməyə buna dair hər hansı sübut təqdim edilmədiyindən iddia həmin hissədə qanuni və ədalətli əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 9000 (doqquz min) ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 9000 (doqquz min) ABŞ dolları məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1800/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1800/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver