Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1810/2021 30.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi və onun nümayəndəsi (vəkili) X5, Maraqlı şəxs nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “doğum akt qeydində düzəliş edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəyə müraciət edərək, onun vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında (akt kitabında) adının düzgün olmamasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xаhiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ona 02 mart 1958-ci il tarixdə Cəlilkənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 71 saylı doğum akt qeydində adının “Ənvər” əvəzinə “Qənbər” kimi düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən tələbini müdafiə edərək göstərdi ki, o, xx xxxxxxxx 1957-ci ildə Şərur rayonu, Mahmud kəndində kəndində anadan olmuşdur. 02 mart 1958-ci ildə bu barədə Şərur rayonu Cəlilkənd lƏD-si üzrə nümayəndəliyində 71 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Həmin vaxt ona doğum haqqında şəhadətnamə verilsə də o, həmin şəhadətnaməni naməlum şəraitdə itirmişdir. İtirdiyi doğum haqqında şəhadətnamədə onun adı texniki səhv olaraq Qənbər əvəzinə “Ənvər” kimi ilk öncə qeyd olunsa da, sonradan üzəri xətlənərək üstündən Qənbər kimi qeyd edilmişdir. O, doğum haqqında şəhadətnamənin təkrar surətinin alınması ilə bağlı Şərur rayonu qeydiyyat şöbəsinə müraciət etdikdə ona doğum haqqında akt qeydində adınının "Ənvər” kimi qeyd edildiyi bildirilmişdir. Buna görə də ona təkrar şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən də o, vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəlişin edilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs 06.08.2021-ci il tarixli 05/Q-2754/15 nömrəli məktubu ilə ona bildirilmişdir ki, doğum haqqında akt qeydində adı “Ənvər”, təqdim etdi xarici pasportunda və "Vətəndaşliq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində mövcud olan nikah və övladlarınının doğum haqqında akt qeydlərində adı “Qənbər” kimi yazılmışdır. Məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, əslən qədim Azərbaycan torpağı olan Ermənistanın Dərələyəz mahalının Ələyəz kəndindəndir. Ailədə Gülənbər, Ənvər, özü, Süsənbər və Ziyanfər olmaqla 5 qardaş-bacı olmuşlar. Bütün qardaş-bacıları Dərələyəz mahalında doğulsalar da o, Naxçıvanın Şərur (Noraşen) rayonunda anadan olmuşdur. Ənvər, Gülənbər və Süsənbərin doğum şəhadətnamələri erməni dilində olmuşdur. Təsadüfi deyil ki, Ənvər, Gülənbər və Süsənbər sonradan təkrar doğum şəhadətnaməsi almışlar. Lakin Zyənfərin doğum şəhadətnaməsi hələ də erməni dilindədir. Bunun səbəbi həmin vaxt valideyinlərinin Şərur rayonunda fermada işləmələri olmuşdur. Qeyd etmişdir ki, özündən böyük qardaşının adı Quliyev Ənvər Cəbrayıl oğludur. Ənvər 18.09.1954-cü ildə anadan olmuşdur. Doğum akt qeydində onun adı da Ənvər kimi qeyd edilib. Lakin bu absurddur. Çünki eyni ailədə iki qardaşa eyni ad qoyula bilməz. Həmçinin göstərmişdir ki, o şəxsiyyət vəsiqəsində də adı Qənbər olmuş, nikaha girərkən də Qənbər adı ilə nikaha girmişdir. Uşaqlarının atası qrafasında da Qənbər kimi qeyd edilmişdir. Bundan başqa uzun müddət Şəki rayonunun Şəki kəndində yaşamış və 5 il həmin kəndin icra nümayəndəsi işləmişdir. Göstərilənlərə əsasən doğum haqqında akt qeydində ad qrafasına düzəliş edilməsi mümkün olmamışdır. Buna görə də ona bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bunları nəzərə alıb ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi (vəkili) X7 da Ərizəçi ilə eyni izahat verərək ərizənin təmin erdilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X6 bildirmişdir ki, vətəndaş ərizəçi doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin Maraqlı şəxs 06.08.2021-ci il tarixli 05/Q-2754/15 nömrəli məktubu ilə ona bildirilmişdir ki, doğum haqqında akt qeydində adı “Ənvər”, təqdim etdi xarici pasportunda və "Vətəndaşliq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində mövcud olan nikah və övladlarınının doğum haqqında akt qeydlərində adı “Qənbər” kimi yazılmışdır. Buna görə də ona təkrar doğum şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Onun Ərizəçi 02 mart 1958-ci il tarixdə Cəlilkənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 71 saylı doğum akt qeydində adının “Ənvər” əvəzinə “Qənbər” kimi düzəliş edilməsi tələbinə dair ərizəsinin təmin edilməsinə etirazı yoxdur. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərdi ki, o ərizəçinin qardaşıdır. Onlar ailədə 2 qardaş və 3 bacıdırlar. Gülənbər böyük bacılıarıdır, sonra o, Qənbər, Süsənbər və Ziyənfər olmuşlar. O, Gülənbər, Süsənbər və Ziyənfər Dərəyəz kəndində, Qənbər isə Şərur rayonunda anadan olmuşdur. Qış vaxtı isə onlar Dərəyəzdən Şərura köç etmişlər. Lakin onların savadsızlığından Qənbərin adı Ənvər kimi qeyd edilmişdir. Lakin qardaşının əsl adı Qənbərdir. Həmçinin qardaşının nikah haqqında şəhadətnamədə və uşaqlarının doğum haqqında şəhadətnamələrində adı Qənbər kimi qeyd edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 da şahid X10 ifadəsinə oxşar olan eyni məzmunlü ifadə vermişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan 1733 nömrəli doğum haqqında arayışdan görünür ki, X17 xx xxxxxxxx 1957-ci ildə Şərur rayon Məhmud kəndində anadan olmuşdur. Bu barədə 02.03.1958-ci il tarixdə Cəlilkənd İƏD-si üzrə nümayəndəliyində 71 saylı doğum haqqında akt qeydi tərtib olunmuşdur. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 71 nömrəli doğum akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxxxx 1957-ci ildə Şərur rayon Məhmud kəndində anadan olmuş X8 atası: X18, anası: X13r. İşdə olan İV-SL 283406 seriya nömrəli doğum haqqında şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, 18 sentyabr 1954-cü il təvəllüdlü X8 atası X18, anası isə X13r. İşdə olan İV-SL 282513 seriya nömrəli doğum haqqında şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, 25 may 1960-cı il təvəllüdlü X2 atası X18, anası: X13r. İşdə olan İV-SL 283403 seriya nömrəli doğum haqqında şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, 02 mart 1952-ci il təvəllüdlü X3 atası X18, anası: X13r. İşdə olan İ-ZJ ******* seriya nömrəli doğum haqqında şəhadətnaməsinin tərcümə edilərək təsdiq edilmiş surətindən görünür ki, 17 fevral 1963-cü il təvəllüdlü X4 atası X18, anası: X13r. İşdə olan 05/Q-855/70 seriya nömrəli nikah haqqında arayışdan görünür ki, Ərizəçi və X14 nikahı haqqında Şəki şəhər İHB-nın Suçma kənd İƏD-si üzrə nümayəndəliyində 08 fevral 1980-ci il tarixdə 03 nömrəli aktın qeydi tərtib olunmuşdur. Nikahdan sonra arvada Quliyeva soyadı verilmişdir. İşdə olan AZ-İ 776558 seriya nömrəli doğum haqqında şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, 07 fevral 1987-ci il təvəllüdlü X15 atası Ərizəçi, anası isə X19r. İşdə olan AZ-İ 498861 seriya nömrəli doğum haqqında şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, 08 iyul 1987-ci il təvəllüdlü X11 atası Ərizəçi, anası isə X19r. İşdə olan İİ-JQ 339829 seriya nömrəli nikah haqqında şəhadətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ilə X25 arasında 08 fevral 1980-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 3 nömrə ilə qeyd edilmişdir. Nikahdan sonra arvada Quliyeva soyadı verilmişdir. İşdə olan Şəki ŞİHB-nın Şəki kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli, 393 nömrəli arayışdan görünür ki, 1968-ci il tarixdən 2001-ci il tarixədək Şəki rayonu, Şəki kəndində yaşamış Ərizəçi hal-hazırda Şəki rayonu, Şəki kəndində yaşayır. İşdə olan Şəki ŞİHB-nın Şəki kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 iyul 2021-ci il tarixli, 394 nömrəli arayışdan görünür ki, Şəki rayon eydiyyat şöbəsinin 12 iyul 2021-ci il tarixli, 1236 saylı arayışda qeyd olunmuş xx.xx.1957-ci il tarixli doğulmuş X17 yox, Ərizəçidur. İşdə olan Şəki ŞİHB-nın Şəki kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 aprel 2021-ci il tarixli, 499 nömrəli arayışdan görünür ki, Ərizəçi həqiqətən 1983-cü il tarixdən 1987-ci il tarixədək Şəki rayonu, Şəki kənd XDS icraiyyə komitəsinin sədri vəzifəsində çalışmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin 339.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 340-cı maddəsinə görə ərizədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydlərin düzgün olmamasının nədən ibarət olması, nə vaxt və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan hansı orqanın edilmiş qeydi düzəltməkdən imtina etməsi göstərilməlidir. Həmin Məcəllənin 341-ci maddəsinə görə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydin düzgün olmamasını müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydin düzəldilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək Ərizəçi 02 mart 1958-ci il tarixdə Cəlilkənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 71 saylı doğum akt qeydində onun adı “Ənvər” əvəzinə “Qənbər” kimi düzəliş edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi rüsumu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. xx xxxxxxxx 1957-ci ildə Şərur rayonu, Mahmud kəndində anadan Ərizəçi 02 mart 1958-ci il tarixdə Cəlilkənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 71 saylı doğum akt qeydində onun adı “Ənvər” əvəzinə “Qənbər” kimi düzəliş edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1810/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1810/2021
30.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver