Məhkəmə qərarları › İş №2(075)-1813/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1813/2021

24.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1813/2021 24.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, Cavabdeh4, əvvəlki məhkəmə iclaslarında iştirak etmiş ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, cavabdehlər Cavabdeh1, Əhmədova (Bəhramlı) Gülnar Tehmur qızının və onun etibarnamə üzrə nümayəndəsi X13 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Əhmədova (Bəhramlı) Gülnar Tehmur qızına qarşı “yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair” ilkin iddia ərizəsi, Cavabdeh2 İddiaçı qarşı “mənzilə köçürmə, istifadə hüququnun tanınması və mənzildən istifadəyə maneənin cavabdehə və qeyrilərinə qadağan edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 yetkinlik yaşına çatmayan övladı X19 ilə birlikdə ünvan 1 ünvanında istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilkin iddia üzrə İddiaçı ona və azyaşlı qızına münasibətdə iddianın rədd edilməsi, onun azyaşlı qızı ilə qeydiyyatda olduqları Şəki şəhəri, M.F.Axundov küçəsi, dalan 11-də yerləşən 8 nömrəli evə istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri, evdən istifadəsinə maneələrin cavabdeh İddiaçı və qeyrilərinə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, 1998-ci ildə X6 ilə faktiki nikaha daxil olaraq ailə qurmuş, ailə qurduqdan sonra Şəki şəhəri, X30 prospekti, dalan 11, mənzil 8 ünvanına gəlin köçərək həmin ünvanda yaşayıb birgə təsərrüfat aparmışlar. Həsənbala ilə faktiki ailə qurarkən o, ailəli olmuşdur. Onların faktiki nikahlarından 05.06.2000-ci il tarixdə X9 anadan olmuşdur. 17 yanvar 2005-ci ildə X6 ilə nikahlarını rəsmiləşdirmişlər. Yaşadığı Şəki şəhəri, X30 prospekti, dalan 11, mənzil 8 vərəsəlik qaydasında digər vərəsələrin paylarından həyat yoldaşı Həsənbalanın xeyrinə imtinası əsasında 2008-ci ildə Həsənbalanın tam mülkiyyətinə keçmişdir. 17 fevral 2009-cu il tarixli müqaviləyə əsasən həmin evi X6 ona bağışlamış, 20.02.2009-cu il tarixdə ona həmin evə dair dövlət reyetrindən çıxarış verilmişdir. X6 xəstəliyi ilə əlaqədar 16.04.2019-cu il tarixdə vəfat etmişdir. Onlar ailə qurub birgə yaşadıqları dövrdə X3 birinci nikahdan olan övladları atalarına heç bir köməklik göstərməmişlər və onunla maraqlanmamışlar. Birgə yaşadıqları dövrdə yaşadıqları evdə öz hesablarına təmir işləri aparıb yaşayış səraitlərini yaxşılaşdırmışlar. Onların birgə naikhdan olan övladları X9 44 günlük Vətən müharibəsində Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olmuş və o Şəki şəhəri, X30 prospekti, dalan 11, mənzil 8 ünvanında tək yaşamağa məcbur olmuşdur. Şəki şəhəri, X30 prospekti, ev 11/8 həyət evidir və o, həmin evdə tək yaşaya bilmir. Ona görə də həmin evi satıb bina evi almaq istəyir. Lakin sonradan ona həmin evdə cavabdehlər X7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 yetkinlik yaşına çatmayan övladı X12 qeydiyyatda olmaları məlum olmuşdur. O, cavabdehlər X10, Cavabdeh1 və Cavabdeh3 ümumiyyətlə tanımamışdır. Digər cavabdehlər Cavabdeh4 və Cavabdeh2 həyat yoldaşının birinci nikahdan olan övladları, X19 isə Kəmalənin övladıdır. O, mübahisəli evdə gəlin köçəndə Kəmalə və Əliəlbər həmin evdə yaşamamışlar. 1999-cu ildə eşidəndə ki, ataları ailə qurub gəlib 1 ilə kimi həmin evdə yaşamışlar. O, Həsəbala ilə nikaha girəndə Həsənbala evli olmuş, birinci arvadı və uşaqları Rusiya Federasiyasında yaşamışlar. Yoldaşının birinci arvadı da təxminən 2 il onlarla birlikdə mübahisəli evdə yaşamışdır. 1999-cu ildən sonra Kəmalə və Əliəkbər Bakıda və Sumqayıtda yaşamışlar. O vaxtdan sonra nə Kəmalə, nə də Əliəkbər qeyd edilən ünvanda yaşamamışlar. Onlar təxminən 1999-cu ildən etibarən onlar evi tərk edərək getmişlər. Belə ki, Ələkbər işi ilə əlaqədar Sumqayıta getmiş, orada işləmiş və hal-hazırda evi də olmaqla ailəlikcə Sumqayıtda yaşayırlar. Kəmalə isə hazırda Bakı şəhərində yaşayır. Kəmalə iki dəfə ailəli olub. Onlar həmin vaxtdan sonra ancaq ataları rəhmətə getdikdə yas mərasimində iştirak etmək üçün sözügedən evə gəlmişlər. Oğlu Toğrul şəhid olanda Cavabdeh4 onun yasında iştirak etmiş, Cavabdeh2 isə gəlməmişdir. Digər cavabdehlər X14, Cavabdeh1, Cavabdeh3 ilə heç bir əlaqələri olmamış, ümumiyyətlə onlar mübahisəli evdə yaşamamışlar. Cavabdehlərə mənzilindən qeydiyyatdan çıxmalarını bildirsə də, onlar qeydiyyatdan çıxmamışlar. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, yuxarıda qeyd etdiklərinin nəzərə alınaraq Cavabdeh2 tərəfindən ona qarşı qaldırılmış qarşılıqlı iddia tələbinin rədd olunması və tərəfindən verilmiş ilkin iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 Abdurəşid oğlu məhkəmə iclasında izahat verərək göstərmişdir ki, o ünvan 5 ünvanında qeydiyyatdadır. İddiaçı şəhid anası kimi tanıyır. İddiaçı mülkiyyətində olan Şəki şəhəri, M.F.Axundov prospekti 11/8 ünvanında qeydiyyatda olmasını məhkəmə iclasında öyrənmişdir. Buna görə İddiaçı ona qarşı Şəki şəhəri, M.F.Axundov prospekti 11/8 ünvanında yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiasını qəbul edir. Onun həmin ünvandan istifadə hüququnun itirilmiş hesab edilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Həmçinin bundan sonrakı məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh Əhmədova (Bəhramlı) Gülnar Tehmur qızının etibarnamə üzrə nümayəndəsi X23 məhkəmə iclasında izahat verərək göstərmişdir ki, övladı Əhmədova (Bəhramlı) Gülnar Tehmur qızı faktiki olaraq Şəki şəhəri, M.F.Axundov prospekti 11/8 ünvanında qeydiyyatda olduğunu yeni öyrənir. Düşünür ki, bu texniki olaraq səhv yazılmışdır. İddiaçı şəhid anası kimi tanıyır. Qızı Cavabdeh5 (Əhmədovanın) İddiaçı mülkiyyətində olan Şəki şəhəri, M.F.Axundov prospekti 11/8 ünvanında qeydiyyatda olmasını məhkəmə iclasında öyrənmişdir. Buna görə İddiaçı övladı Əhmədova (Bəhramlı) Gülnar Tehmur qızına qarşı Şəki şəhəri, M.F.Axundov prospekti 11/8 ünvanında yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiasını qəbul edir. Gülnarın həmin ünvandan istifadə hüququnun itirilmiş hesab edilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Həmçinin bundan sonrakı məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh3 01 oktyabr 2021-ci il tarixdə elektron poçt ünvanı vasitəsi ilə məhkəməyə məxsus elektron poçt ünvanına ərizə göndərərək MH seriyalı, ******* nömrəli çıxarışa əsasən İddiaçı Şəki şəhəri, X30 prospekti, dalan 11-də mülkiyyətində olan 8 nömrəli fərdi yaşayış evinə onun istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddiasını qəbul etdiyini, İddiaçı tanıdığını, onun mülkiyyətində olan evdə qeydiyyatda olmadığını və qanuna müvafiq qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh4 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, 1967-ci ildə Şəki şəhərində mübahisəli evdə anadan olmuş və həmin evdə yaşamışdır. Şəkidə oxumuşdur. Ailədə Elnura, Tamella, Namiq, Nadir, Zümrüd, Kəmalə və İlhamə olmaqla səkkiz uşaq olmuşlar. O, 1993-cü ildə ailə quraraq həmin evdə iki il ailəsi ilə birlikdə yaşamışdır. Evdə söz-söhbət yarandığı üçün, həmçinin işinə görə təxminən 1995-ci ildə evdən çıxıb Sumqayıt şəhərinə getmişdir. Hal-hazırda Sumqayıt şəhərində yaşayır və orada usta işləyir. Özünün evi yoxdur. Lakin 1996-cı ildə yoldaşı X5 atası onlara ev alıb vermışdır. Birgə nikahdan 29 yaşlarında 1 uşaqları var. 1995-ci ildən Sumqayıtda yoldaşının adına olan evdə yaşayırlar. Dəqiq bilir ki, Sumqayıtdakı ev 4 otaqlı olmaqla yoldaşı Könülün adınadır. Çünki, evin bütün kommunal ödənişləri Könülün adına gəlir. Yoldaşı ilə boşanmamışlar, hazırda bir yerdə yaşayırlar. Hər il 2-3 dəfə gəlib atasını və Əntiqə Nağıyevanı yoxlamışdır. Lakin gələndə atası evində yox, qaynanasıgildə qalmışdır. Ümumiyyətlə atası vəfat edəndən sonra mübahisəli evdə qalmamışdır. Göstərmişdir ki, 2014-cü ildə Şəki şəhəri Ə.Məmmədov küçəsində 0.06 ha torpaq sahəsi qeydə almışdır. Lakin həmin torpaq sahəsində hər hansı daşınmaz əmlak inşa etdirməmişdir. Göstərmişdir ki, bu günə kimi mübahisəli evdə qeydiyyatdadır. Qeydiyyatdan çıxmaq istəmir. Əntiqənin niyə belə iddia qaldırmasının səbəbini anlamır. Onsuz da Əntiqəyə bildirmişdir ki, ev balaca şəhid olan qardaşı Toğrulundur. Qeydiyyatdan ona görə çıxmaq istəmir ki, Əntiqə ata evini satmasın. Bu səbəbdən o, İddiaçı iddiasının təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, 1976-ci ildə Şəki şəhərində mübahisəli evdə anadan olmuş və həmin evdə yaşamışdır. 2002-ci ilə qədər qeyd olunan ünvanda yaşamışlar. 2002-ci ildə işləmək üçün Bakı şəhərinə getmişdir. Bakıda müvəqqəti kirayədə yaşamışdır. Bakıya gedərkən onun nikahdan kənar X26 adlı bir uşağı olmuşdur. Həmin uşağın hazırda 23 yaşı var. Bakıya getdikdən sonra 2004-cü ildə X24 adlı şəxslə rəsmi nikaha girmişdir. Birgə nikahdan X19 adlı övladları anadan olmuşdur. Sevdanın hazırda 17 yaşı vardır. Artıq 8 ildir ki Samirlə olan nikahları pozmulmuşdur. Samirlə 6-7 il bir yerdə yaçamış və sonra boşanmışlar. 2002-ci ildən Bakıda kirayələrdə yaşamışdır. Şəki şəhərinə atası evinə gələndə atasının ikinci arvadı İddiaçı onu evə qoymamışdır. Buna görə də ya qonşularında, ya rəfiqəsigildə ya da qardaşının qaynatasıgildə qalmışdır. Axırıcı dəfə qeyd edilən ünvanda anası vəfat edən zaman 2010-cu ildə bir neçə gün qalmışdır. Bir də atası vəfat edəndə, yəni 2019-cu ildə mübahisəli evdə bir gecə qalmışdır. Ondan başqa o evdə qalmamışdır. O, yuxarıda qeyd olunanların nəzərə alınaraq ilkin iddia üzrə İddiaçı ona və azyaşlı qızına münasibətdə iddianın rədd edilməsi, onun azyaşlı qızı ilə qeydiyyatda olduqları Şəki şəhəri, M.F.Axundov küçəsi, dalan 11-də yerləşən 8 nömrəli evə istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri, evdən istifadəsinə maneələrin cavabdeh İddiaçı və qeyrilərinə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nğmrəli arayışdan görünür ki, ünvan 1 ünvanında İddiaçı, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X19, Cavabdeh4, X14 qeydiyyatdadırlar. İş materiallarında olan 17 fevral 2009-cu il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X2 şəhəri, M.F.Axundov prospekti, dalan 11, ev 8 ünvanında 0,035 ha torpaq sahəsində yerləşən 37.31 kv.metr yaşayış sahəsi, 91.11 kv.metr köməkçi sahəsi, 128.42 kv.metr ümumi sahəsi, iki yaşayış otağından ibarət yaşayış evini həyat yoldaşı İddiaçı bağışlamışdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********03-10301 reyestr nömrəli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, Şəki şəhəri, X30 prospekti, dalan 11-də mülkiyyətin olan 0.0341 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37.31 kv.m yaşayış, 91.11 kv.m köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində 20.02.2009-cu ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İ seriyalı, 143200 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, X8 ilə X17 17 yanvar 2005-ci ildə 03 nömrəli nikah qeydi ilə nikahlarını rəsmiləşdirmişlər. Ərə Nağıyev, arvada Nağıyeva soyadı verilmişdir. İş materiallarında olan İ-AZ seriyalı, 177840 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, X9 19 iyul 2000-ci ildə Şəki şəhərində anadan olmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı, 138353 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, X9 13 oktyabr 2020-ci ildə Tərtər-Ağdərə istiqamətində gedən düyüşlərdə hərbi əməliyyat nəticəsində digər növ partlayıcı və ya qəlpə törədən zədələr səbəbindən vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 06.01.2021-ci ildə 19 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 010559 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, X6 16 aprel 2019-cu ildə 12 barmaq bağırsağın CR İİ səbəbindən vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 19.04.2019-cu ildə 247 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 03 avqust 2021-ci il tarixli, 7741 nömrəli məktubundan görünür ki, İddiaçı məxsus ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evinin hazırki ünvanı Şəki şəhəri, X30 prospekti, dalan 11, ev 8-dir. İş materiallarında olan Şəki şəhər İHB-nın “Dəmirçibulağı” məhəllə nümayəndəliyinin 03 avqust 2021-ci il tarixli, 80 nömrəli arayışından görünür ki, Şəki şəhəri, X30 prospekti, dalan 11, ev 8-də yerləşən ev xüsusi mülkiyyət həqiqətən vətəndaş İddiaçı məxsusdur. Həmin evdə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X19, Cavabdeh4, X14 qeydiyyatdadırlar və uzun müddətdir ki, bu ünvanda yaşamırlar. İş materiallarında olan Azərbaycan Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyi tərəfindən verilmiş 019600 nömrəli vəsiqədən görünür ki, İddiaçı 21 yanvar 2021-ci il tarixdə müddətsiz şəhid ailəsi statusu verilmişdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 20.02.2009-cu il tarixdə tərtib edilmiş 360 inventar nömrəli, **********03-10301 reyestr nömrəli fərdi yaşayış evinin plan və sxemindən görünür ki, İddiaçı adına qeydiyyata alınmış Şəki şəhəri, X30 prospekti, dalan 11, ev 8-də 0.0341 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı ev 237.31 kv.m yaşayış, 91.11 kv.m köməkçi sahədən ibarətdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********03-10301 reyestr nömrəli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş sürətindən görünür ki, Şəki şəhəri, X30 prospekti, dalan 11-də mülkiyyətin olan 0.0341 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37.31 kv.m yaşayış, 91.11 kv.m köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində 11.02.2009-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 03.02.2009-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhər Ərazi İdarəsinin 02.02.2009-cu il tarixli 222 nömrəli arayışı və MH seriyalı, ******* nömrəli çıxarışına əsasən 37.31 kv.metr yaşayış sahəsi, 91.11 kv.metr köməkçi sahəsi, 128.42 kv.metr ümumi sahəsi, iki yaşayış otağından ibarət Şəki şəhəri, X30 prospekti, dalan 11, 8 nömrəli evin 2/3 hissəsi X1 əsasında verilmişdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********03-10301 reyestr nömrəli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş sürətindən görünür ki, Şəki şəhəri, X30 prospekti, dalan 11-də mülkiyyətin olan 0.0341 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37.31 kv.m yaşayış, 91.11 kv.m köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Məleykə Hacıabbas qızının 1/3 hissə, Əlinağı Həsən oğlunun 1/3 hissə X3 1/3 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində 26.11.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 05.11.2008-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhər Ərazi İdarəsinin 27.10.2008-ci il tarixli 2565 nömrəli arayışı və MH seriyalı, ******* nömrəli çıxarışına əsasən 0.035 ha torpaq sahəsində yerləşən 37.31 kv.metr yaşayış sahəsi, 91.11 kv.metr köməkçi sahəsi, 128.42 kv.metr ümumi sahəsi, iki yaşayış otağından ibarət Şəki şəhəri, X30 prospekti, dalan 11, 8 nömrəli evin 1/3 hissəsi X1 əsasında verilmişdir. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş **********03-10301 reyestr nömrəli, MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş sürətindən görünür ki, Şəki şəhəri, X30 prospekti, dalan 11-də mülkiyyətin olan 0.0341 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 37.31 kv.m yaşayış, 91.11 kv.m köməkçi sahədən ibarət 8 nömrəli fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə Məleykə Hacıabbas qızının, Əlinağı Həsən oğlunun, X3 adlarına daşınmaz əmlakın dövlət reyestrində 10 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində 20.10.2008-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Şəki şəhər İHB-nın 1 nömrəli Sahə inzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 sentyabr 2021-ci il tarixli, 160 nömrəli arayışdan görünür ki, Məcidov X20 şəhəri, M.F.Axundov küçəsi, 118 saylı evdə qeydiyyatda olmaqla yaşayır. İş materiallarında olan 01 mart 2006-cı il tarixli, 155 nömrəli “doğum haqqında akt qeydi”nin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X19 03.07.2004-cu ildə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqlnda akt qeydləri kitabında 01 mart 2006-cı ildə 155 № ilə qeyd edilmişdir. Atası qrafasında X25, anası qrafasında Cavabdeh2 Nəsənbala qızı göstərilmişdir. İş materiallarında olan 25 aprel 1993-cü il tarixli 73 saylı nikah qeydindən görünür ki, Cavabdeh4 ilə Nağıyeva (Səfərova) Könül Fəxrəddin qızı arasında nikah bağlanmışdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Əİ-dən daxil olmuş 26.11.2021-ci il tarixli cavab məktubundan görünür ki, 2 saylı Sumqayıt Əİ-də X5 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək işə əlavə edilmiş RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Şəki şəhəri Ə.Məmmədov küçəsində Cavabdeh4 adına 0.06 ha torpaq sahəsi qeydə alınmışdır. Məhkəmə iclasında iddiaçının, qarşılıqlı iddiaçının və cavabdehlərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, iddiaçının həyat yoldaşı X2 şəhəri, M.F.Axundov prospekti, dalan 11, ev 8 ünvanında yerləşən evini 17 fevral 2009-cu il tarixdə həyat yoldaşı İddiaçı bağışlamışdır. İddiaçı bağışlamanı qəbul etdikdən sonra MH seriyalı, ******* nömrəli çıxarışla Şəki şəhəri, X30 prospekti, dalan 11-də olan əmlakı 20.02.2009-cu ildə ********** nömrə ilə öz adına qeydiyyata aldırtmışdır. İddiaçı məhkəməyə müraciət edərək iş üzrə cavabdehlərin mülkiyyətində olan evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsini xahiş etmişdir. Cavabdehlərdən X14, Cavabdeh1 və Cavabdeh3 iddianı qəbul edərək göstərmişlər ki, onlar ünvan 8 ünvanında heç vaxt yaşamamışlar. Buna görə də onların qeyd edilən ünvan üzrə istifadə hüquqlarının itirilməsi barəd qətnamə çıxarılmasına etiraz etməmişlər. Lakin digər cavabdehlər Cavabdeh4 və Cavabdeh2 isə iddianı qəbul etməmişlər. Məhkəmə cavabdehlər X14, Cavabdeh1 və Cavabdeh3 münasibətdə qanunvericiliyin iddianın etiraf edilməsi barədə müddəalarının tətbiq edilməsi qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Lakin məhkəmə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 münasibətdə aşağıdakı normaların tətbiq edilməsini zəruri hesab etmişdir. Göründüyü kimi iddiaçı ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh2 arasındakı mübahisəli hüquq münasibətləri 2000-ci ilin sentyabr ayının 1-dək yaranmışdır. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair» 27.05.2008-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məjəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Məhkəmə iclasında araşdırılmış sübutlarla ünvan 1 ünvanında yerləşən evin İddiaçı mülkiyyətində olması, cavabdehlərin mübahisəli evdə pasport qeydiyyatına olmaları, cavabdehlər X14, Cavabdeh1 və Cavabdeh3 həmin evdə heç yaşamamaları, həmçinin cavabdehlərdən Cavabdeh4 həmin evi başqa ünvanda yaşamaq üçün 1995-ci ildən etibarən birdəfəlik tərk etdiyi və Cavabdeh2 da həmin evi 2002-ci ildən etibarən başqa ünvanda yaşamaq üçün tərk etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək eləcədə yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Əhmədova (Bəhramlı) Gülnar Tehmur qızının ünvan 1 ünvanında yerləşən evdən istifadə hüquqları qalmamışdır. Məhkəmə X15 münasibətdə hesab edir ki, qanunvericiliyin müddəalarına görə yetkinlik yaşına çatmayanların yaşayış yeri valideyinlərinin yaşayış yeri hesab edildiyindən onun yaşayış yeri valideyni Cavabdeh2 yaşayış yeri hesab edilməlidir. Qeyd olunalara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Yuxarıda qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə qeyd edir ki, yaşayış yeri üzrə qeydiyyat yaşayış sahəsinə hər hansı hüquq, o cümlədən istifadə hüququ yaratmır. Belə ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinin 2-ci hissəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyat yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri üzrə qeydiyyatı yaşayış sahəsinə istifadə hüququ və ya yaşayış sahəsinə digər hüquq əmələ gətirdiyini iddia edən şəxs bu halın hansı qaninvericilik aktında nəzərdə tutulduğunu göstərməlidir. Yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün hüquqi fakt mövcud olmalıdır, hansi ki, qanunvericilik bu hüququn əmələ gəlməsini həmin faktla əlaqələndirmişdir. Hazırkı işin halları baxımından məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlərin mübahisəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsini qeyd etsədə, iddianın əsasından da görünür ki, o, əslində cavabdehlərin evdən qeydiyyatdan çıxarılmalarını təmin etmək üçün mənzilə istifadə hüququnun olmamasının müəyyən edilməsi barədə tələb irəli sürmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasınrn Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiası rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə qeyd edir ki, bu qəbildən olan iddialara baxılarkən iddianın hansı hüququnun müdafiəsi üçün və hansı məqsədlə müraciət etdiyi nəzərə alınmalıdır. İddiaçı tələbini cavabdehlərin onun mənzilində qeydiyyatda qalmasını öz şəxsi mülkiyyəti üzərində sahiblik, istifadə yə sərəncam hüquqlarının tam həyata keçirə bilməməsi, bununla da hüququnun pozulması ilə əlaqələndirmişdir. İddiaçının məqsədi cavabdehlərin qeydiyyatdan çıxarılmasına nail olmaqdır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunu 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Bu baxımdan cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxması üçün əsas verir. Bu cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanun göstərişinin işdə iştirak edən şəxslərə və həmin dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Əhmədova (Bəhramlı) Gülnar Tehmur qızı iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməli, Cavabdeh2 isə qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Ödənilmiş dövlət rüsumları iddiaçı və qarşılıqlı iddiaçının özlərinə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İlk iddia təmin edilsin. Cavabdehlər X7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X12 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra, cavabdehlər X7, Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 və X12 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsas hesab edilir. Cavabdeh2 İddiaçı qarşı ilkin iddianın ona və azyaşlı qızına münasibətdə rədd edilməsi, onun azyaşlı qızı ilə birlikdə qeydiyyatda olduqları Şəki şəhəri, M.F.Axundov küçəsi, dalan 11də yerləşən 8 nömrəli evə istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri, evdən istifadəsinə maneələrin cavabdeh İddiaçı və qeyrilərinə qadağan edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu xərci onun özünə aid edilsin. Cavabdeh2 iddia ərizəsi ilə bağlı dövlətə ödədiyi 10 manat məbləğində rüsumu xərci onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar