Məhkəmə qərarları › İş №2(075)-1845/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1845/2021

18.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1845/2021 18.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2018-ci il tarixli 170RGTK70C746AA müqaviləsi üzrə 15447,75 manat borc məbləğinin əmək haqqından tutulmuş 3493 manat məbləğində pulun, hər ay əmək haqqından hissə-hissə tutulacaq 11954,75 manat qalıq borc məbləğinin və dövlət rüsumu kimi ödənilmiş 30 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, oğlu İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2018-ci il tarixli 170RGTK 700746AA saylı kredit müqaviləsi üzrə zamin durmuşdur. Cavabdeh ilkin vaxtlar kredit müqaviləsi üzrə müəyyən ödənişlər etsə də sonradan ödənişlərini vaxtında etmədiyindən oğlu İddiaçı əmək haqqı kartından bankın xeyrinə müəyyən məbləğdə pullar tutulmuşdur. Lakin sonradan "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Şəki Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli, 2(075)- 209/2020 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2018-ci il tarixli 170RGTK 700746AA saylı kredit müqaviləsi üzrə 14143,92 manat əsas borc və 1303,83 manat faiz borcu olmaqla, cəmi 15447,75 manat borcun və 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmiş, qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsi tərəfindən tələb iddiaçının əmək haqqının 50 faizinə yönəldilmiş və hər ay əmək haqqından müəyyən ödənişlər edilmişdir. Bildirmişdir ki, göründüyü kimi kredit müqaviləsi üzrə İddiaçı əmək haqqından həm icra sənədi həm də icra sənədindən əvvəl bankın xeyrinə pul tutulmuşdur. Özlərinin hesablamalarına görə bu günədək iddiaçının əmək haqqından 3493 manat pul tutulmuşdur. Dəfələrlə iddiaçı əmək haqqından tutulmuş pulların qaytarılması üçün cavabdehə müraciət etsə də, nəticəsi olmamışdır. Bu səbəbdən də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında əlavə olaraq bildirmişdir ki, cavabdehlər Cavabdeh "xxxx" ASC-nə olan borcunu tamamilə ödəməsini məhkəmə iclasında öyrənmişdir. Qeyd edilən icra sənədi üzrə "xxxx" ASC-nə olan borc İddiaçı tərəfindən ödənilməmişdir. Güman edir ki, bunu cavabdeh ödəmişdir. Bildirmişdir ki, iddianın “hər ay əmək haqqından hissə-hissə tutulacaq 11954,75 manat qalıq borc məbləğinin” tələb edilməsi hissəsində müdafiə etmir. O, iddialarını öz hesablamalarına görə ödənilmiş 3493 manat hissəsində müdafiə edir. Həmçinin göstərmişdir ki, işləri məhkəmədə olarkən Cavabdeh iddiaçıya hissə-hissə olmaqla cəmi 305 manat ödəniş etmişdir. Buna görə də qətnamə çıxarılarkən bunun nəzərə alınmasını və qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehməhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli, 2(075)- 209/2020 saylı qətnaməsindən və icra vərəqəsindən görünür ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2018-ci il tarixli, 170RGTK7007464AA saylı kredit müqaviləsi üzrə 14143,92 manat əsas borc və 1303,83 manat faiz borcu olmaqla, cəmi 15447,75 manat borc və 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq "xxxx"ASC-nin hesabına ödənilməsi qət edilmiş və qətnamə 16 mart 2020-ci il tarixdə icraya yönəldilmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 18 oktyabr 2021-ci il tarixli məktubdan görünür ki, zamin İddiaçı Şəki rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli, 2(075)- 209/2020 saylı icra sənədi üzrə 1128 manat ödəniş etmişdir. İşdə olan "xxxx" ASC tərəfindən verilmiş 05 noyabr 2021-ci il tarixli məktubdan görünür ki, "Kapital Bank ASC" ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2018-ci il tarixli, 170RGTK7007464AA nömrəli kredit müqaviləsi üzrə borclu Cavabdeh zamin olmuş X1 əmək haqqı kartından 1717.81 AZN ( bir min yeddi yüz on yeddi manat, 81 qəpik) vəsait tutulmuşdur. İşdə olan "xxxx" ASC tərəfindən Şəki rayon İcra və Probasiya şöbəsinin rəisinə ünvanlanmış 26.08.2021-ci il tarixli məktubda göstərilmişdir ki, Şəki rayon məhkəməsinin 13.02.2020-ci il tarixli, 2(075)- 209/2020 saylı icra sənədinə əsasən borclular Cavabdeh və İddiaçı "Kapital Bank ASC"-nin xeyrinə ümumilikdə 15447,75 manat kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması qeyd edilmiş və icra sənədi icra edilməsi üçün Şəki rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Bildirilmişdir ki, Şəki rayon məhkəməsinin 13.02.2020-ci il tarixli, 2(075)- 209/2020 saylı icra sənədi üzrə borc tam ödənilmişdir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2018-ci il tarixli 170RGTK 700746AA saylı kredit müqaviləsi üzrə zamin olmuşdur. İddiaçı zamin olduğu üçün onun əmək haqqı kartından icra sənədi üzrə 1128 manat, həmçinin məhkəmə qətnaməsi və icra olmadan bank tərəfindən müstəqil olaraq 1717.81 AZN olmaqla cəmi 2845.81 manat vəsait tutulmuşdur. Həmçinin iddiaçının nümayəndəsi məhkəmə iclasında göstərmişdir ki, işləri məhkəmədə olarkən Cavabdeh iddiaçıya hissə-hissə olmaqla iddiaçıya cəmi 305 manat ödəniş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı 3493 manat hissəsində qismən müdafiə etmişdir. Cavabdeh isə məhkəmə iclasılarında iştirak etməyərək, iddiaya hər hansı münasibət bildirməmişdir. İddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə hesab edir ki, iddia qismən təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs ( borclu ) başqa şəxsin ( kreditorun ) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 474.2-ci maddəsinə əsasən zamin kreditorun tələbini ödəyənədək bu barədə borclunu xəbərdar etməyə, zaminə qarşı iddia irəli sürüldükdə isə borclunu işdə iştiraka cəlb etməyə borcludur. Həmin Məcəllənin 474.3-cü maddəsinə əsasən Zamin bu Məcəllənin 474.2-ci maddəsində göstərilən vəzifələri yerinə yetirmədikdə borclu zaminin reqres tələbinə qarşı kreditora qarşı olan etirazlarını irəli sürə bilər. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Görünüdüyü kimi Şəki Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli, 2(075)- 209/2020 saylı qətnaməsi ilə "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 17 oktyabr 2018-ci il tarixli, 170RGTK7007464AA saylı kredit müqaviləsi üzrə 14143,92 manat əsas borc və 1303,83 manat faiz borcu olmaqla, cəmi 15447,75 manat borc və 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada tutularaq "xxxx"ASC-nin hesabına ödənilməsi qət edilmiş və qətnamə 16 mart 2020-ci il tarixdə icraya yönəldilmişdir. Nəticədə İddiaçı 17 oktyabr 2018-ci il tarixli, 170RGTK7007464AA saylı kredit müqaviləsi üzrə cəmi 2845,81 manat məbləğində ödəniş edilməsi müəyyən edilmişdir. Buna görə də qanunvericiliyin müddəalarına görə zamin olan iddiaçının əsas borclu olan cavabdehdən kreditora ödənilmiş məbləği tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə iclasında cavabdehin iddiaçıya 305 manat geri ödəniş etməsi müəyyənn edilmişdir. Belə olduğu halda məhkəmə hesab edir ki, 2540.81 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Göründüyü kimi İddiaçı Cavabdeh "xxxx" ASC qarşısındakı kredit müqaviləsindən irəli gələn öhdəliyinə görə ona zamin durmuş və cavabdehlə birgə məsuliyyət daşımışdır. Cavabdeh bank qarşısındakı öhdəliyini lazımınca yerinə yetirməmiş və bununla bağlı onun borcu yaranmışdır. Cavabdeh zamini tərəfindən ödənilmiş pulları idiaçıya geri ödəməmişdir. Buna görə də məhkəmə 2540.81 manat pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılmasını ədalətli və qanuni hesab edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 17 oktyabr 2018-ci il tarixli, 170RGTK7007464AA nömrəli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən kreditora ödənilmiş və hazırda ödənilməmiş qalan 2540.81 manat pul vəsaiti və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq İddiaçı ödənilməli, əsassız olduğundan iddia qalan hissədə isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 17 oktyabr 2018-ci il tarixli, 170RGTK7007464AA nömrəli kredit müqaviləsinə əsasən İddiaçı tərəfindən kreditora ödənilmiş pul vəsaitinin ödənilməmiş qalan 2540.81 (iki min beş yüz qırx manat, 81 qəpik) və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar