Məhkəmə qərarları › İş №2(075)-1858/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1858/2021

04.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1858/2021 04.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 (üç min) kiloqram arpa məhsulunun, arpa məhsulunun verilməsi mümkün olmadıqda onun dəyəri olan 1050 (bir min əlli) manat pul məbləğinin, 30 (otuz) manat dövlət rüsumunun və vəkilə ödədiyi 100 (bir yüz) manatın, cəmi 1180 (bir min bir yüz səksən) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 izahat verərək bildirdi ki, o, Oğuz rayonu, Böyük Söyüdlü kəndində yaşayır. Cavabdeh Şəki rayonu, Qaratorpaq kənd sakini kimi tanıyır. 04 aprel 2020-ci il tarixdə Oğuz rayonu, Böyük Söyüdlü kəndində o, cavabdehlə əvvəlcədən pulunu ödəmək şərtilə 2020-ci ilin arpa biçini mövsümündə hər kiloqramı 0.20 manat olmaqla ona 3000 (üç min) kiloqram arpa satması barədə razılığa gəlmişlər. O, həmin tarixdə 3000 (üç min) kiloqram arpa məhsulunun dəyəri olan 600 (altı yüz) manat və nəqliyyat xərçi kimi 30 (otuz) manat olmaqla cəmi 600 (altı yüz otuz) manat pul məbləğini qarşılıqlı razılaşmaya əsasən Cavabdeh nağd şəkildə ödəmişdir. Cavabdeh 630 manat pul məbləğini nağd şəkildə indidən alaraq arpa biçini mövsümündə 3000 kq arpa məhsulunu evinə gətirərək ona verməyə söz vermişdir. Cavabdeh 3000 (üç min) kiloqram arpa məhsulunun verilmə vaxtı keçməsinə baxmayaraq bu günə kimi ona təhvil verməmişdir. O, dəfələrlə Cavabdeh şəxsən özü müraciət edərək borclu olduğu arpa məhsulunu tələb elsə də, cavabdeh əqd üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, 3000 kq arpa məhsulunu ona verməmişdir. O, dəfələrlə Cavabdeh şəxsən özü müraciət edərək, borclu olduğu arpa məhsulunu tələb elsə də cavabdeh, əqd üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, 3000 kq arpa məhsulunu ona verməmişdir. Hazırda bir kq arpanın qiyməti bazarda ən azı 0.35 manatdır. Bu hesabla 3000 kq arpa məhsulunun dəyəri 1050 (bir min əlli) manatdır. O, iddia sənədlərinin hazırlanması və hüquqi yardım üçün vəkilə 100 (bir yüz) manat pul, həmçinin 30 manat dövlət rüsumu ödəmişdir. İddianın təmin edilməsini məhkmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, 04 aprel 2020-ci il tarixdə iddiaçı ilə əvvəlcədən pulunu almaq şərtilə 2020-ci ilin arpa biçini mövsümündə hər kiloqramı 0.20 manat olmaqla ona 3000 (üç min) kiloqram arpa satması barədə razılığa gəlmişlər. O, həmin tarixdə 3000 (üç min) kiloqram arpa məhsulunun dəyəri olan 600 (altı yüz) manat pul məbləğini qarşılıqlı razılıqlarına əsasən iddiaçıdan nağd şəkildə almışdır. O, iddiaçıdan 600 manat pul məbləğini nağd şəkildə iddiaçıdan alaraq arpa biçini mövsümündə 3000 kq arpa məhsulunu iddiaçıya verməyə söz vermişdir. Lakin söz verdiyi arpa məhsulunu iddiaçıya verə bilməmişdir. O, iddiaçının ona qarşı olan 3000 (üç min) kiloqram arpa məhsulunun, arpa məhsulunun verilməsi mümkün olmadıqda onun dəyəri olan 1050 (bir min əlli) manat pul məbləğinin ondan alınaraq iddiaçıya qaytarılması ilə bağlı iddiasını qəbul etdiyini göstərmiş və bu məzmunda ərizəsini məhkəməyə təqdim etmişdir. Bununla bağlı qətnamə çıxarılmasına etiraz etmir. İşdə olan "xxxx" ASC-nin 16.08.2021-ci il tarixli qəbzindən görünür ki, X3 tərəfindən vəkil X1 100 manat məbləğində pul vəsaiti ödənilmişdir. İşdə olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, İddiaçı ona qarşı qaldırmış olduğu 3000 (üç min) kiloqram arpa məhsulunun, bu mümkün olmadıqda onun dəyəri olan 1050 manat pulun tələb edilməsinə dair iddiasını qəbul etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 3000 (üç min) kiloqram arpa məhsulu, həmin məhsul olmadıqda isə onun dəyəri olan 1050 (bir min əlli) manat pul, 30 (otuz) manat dövlət rüsumu və vəkilə ödənilmiş 100 (bir yüz) manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 (üç min) kiloqram arpa məhsulu, həmin məhsul olmadıqda isə arpanın dəyəri olan 1050 (bir min əlli) manat pul, 30 (otuz) manat dövlət rüsumu və 100 (bir yüz) manat xidmət haqqı alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar