Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1861/2021 01.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh Neymətulla qızının iştirakları ilə, İddiaçı Cavabdeh Neymətulla qızına qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6250 manat əsas borcun, 1250 manat faiz borcunun, ödənilmiş 30 manat dövlət rüsumun və ümumilikdə 7530 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı izahat verərək bildirdi ki, o, Şəki rayonu, Bolludərə kəndində yaşamaqla həmin kənddə qeydiyyatdadır. 2014-cü il tarixdə hazırkı iş üzrə Cavabdeh ona zəng edərək, "xxxx"ASC-nin Şəki filialından kredit alaraq, ona verməsini və hər ay kredit borcunu ödəməyi üzərinə götürəcəyini bildirmişdir. Münasibətləri olduğundan 30 iyun 2014-cü il tarixdə Cavabdeh ilə birlikdə banka yaxınlaşaraq kredit müqaviləsi bağlamışdır. Həmin vaxt bankdan 6250 manat məbləğində kredit almış və həmin məbləğin hamısını Şamamaya vermişdir. Şamama da öz növbəsində 6250 manat kredit məbləğindən 1000 manat hissəsini ayıraraq ona vermişdir. O da 1000 manat pulu Şamamadan almışdır. Cavabdeh bir müddət onun götürmüş olduğu kreditdən müəyyən ödənişlər etsə də sonradan ödənişlər etməmiş, bununla da kredit gecikməyə düşmüşdür. Kredit üzrə borcun ödənilməsini Şamamadan tələb etmişdir. Həmçinin cavabdeh 2014-cü ilin avqust ayında kənd icra nümayəndəliyinə gedərək, orada ərizə yazaraq bildirmişdir ki, “İddiaçı adına kredit almışdır və hər ay kredit məbləğini ödəyəcəyini və gələcəkdə heç bir problem olmayacağını bildirmişdir”. Lakin cavabdeh krediti vaxtında ödəmədiyinə görə Şəki rayon məhkəməsinin 02.10.2015-ci il tarixli 2(075)-5487/2015 saylı məhkəmə əmrinə əsasən ondan 5974.48 manat əsas, 1700.23 manat faiz borcunun və 20 manat rüsumun "xxxx"-nun xeyrinə tutulmuşdur. Daha sonra isə, yəni 16 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq onun 5974 (beş min doqquz yüz yetmiş dörd) manat qalıq əsas kredit borcu 16.08.2019-cu il tarixdə 5 (beş) il müddətinə restrukturizasiya olunaraq, borclu ilə bank arasında fərmana uyğun şərtlərlə yeni FR/79740/70/13 saylı müqavilə bağlanmışdır. Bankdan əldə etdiyi sorğuya görə onun hazırda 6051.27 manat borcu vardır. Həmin borcdan 1000 manat çıxılmaqla 5051.27 manatın cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çixarılmasına etiraz etmir. Məhkəmə iclasında Cavabdeh Neymətulla qızı izahat verərək göstərdi ki, 2014-cü ildə maddi imkanı aşağı olduğundan, pula ehtiyacı olduğundan tanışı İddiaçı müraciət edərək, bankdan kredit alaraq ona verməsini xahiş etmiş və banka olan kredit borcunu özünün ödəyəcəyini bildirmişdir. O, iddiaçı ilə birlikdə "xxxx" ASC-nin Şəki filialına getmişlər. İddiaçı bankdan 6250 manat kredit almış və 1000 manatını götürərək qalan hissəsini, yəni 5250 manatı isə ona vermişdir. Daha sonra o, kredit borcundan müəyyən ödənişlər etsə də, maddi vəziyyəti aşağı olduğundan borcunu tam şəkildə ödəyə bilməmişdir. Daha sonra isə Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq İddiaçı 5974 (beş min doqquz yüz yetmiş dörd) manat qalıq əsas kredit borcu 16.08.2019-cu il tarixdə 5 (beş) il müddətinə restrukturizasiya olunaraq, borclu ilə bankla arasında fərmana uyğun şərtlərlə yeni FR/79740/70/13 saylı müqavilə bağlanmışdır. İddiaçıdan pulu aldıqdan sonra o söz verdiyi kimi iddiaçının əvəzindən banka müəyyən ödənişlər etmişdir. Önun ödəmiş olduğu kreditlər əsasən faiz və cərimə borcuna silinmişdir. Bankdan əldə edilən sorğudan məlum olur ki, hazırda iddiaçının banka 6051.27 manat borcu vardır. Hesab edir ki, vaxtilə iddiaçıya qaytardığı 1000 manat pul hazırkı 6051.27 manat borc məbləğidən çıxılmalıdır. O heç vaxt iddiaçıya borcunun olmasını danmamışdır. Bildirmişdir ki, hazırda onun iddiaçıya 5051,27 (beş min əlli bir manat 27 qəpik) manat borcu qalmışdır. İddiaçıya 5051,27 manat borcunun qalmasını qəbul edir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 16 avqust 2019-cu il tarixli, FR/79740/70/13 nömrəli güzəştli kredit müqaviləsindən və "xxxx" ASC tərəfindən verilmiş 05 oktyabr 2021-ci il tarixli, ŞKF: 1988/21 nömrəli arayışdan görünür ki, İddiaçı ilə "Bank of Baku” ASC arasında bağlanmış 30.06.2014-cü il tarixli və LS0163213/14 saylı kredit müqaviləsi üzrə cavabdehə 36 ay müddətnə 6325 (altı min üç yüz iyirmi beş) manat kredit verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq borclu, İddiaçı 5974 (beş min doqquz yüz yetmiş dörd) manat qalıq əsas kredit borcu 16.08.2019-cu il tarixdə 5 (beş) il müddətinə restrukturizasiya olunaraq, borclu ilə bank arasında fərmana uyğun şərtlərlə yeni FR/79740/70/13 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə üzrə borclu İddiaçı tərəfindən banka bu günədək cəmi 84 (səksən dörd) manat pul ödənilmişdir. Borclu İddiaçı hal-hazırda iddiaçı “Bank of Baku" ASC-yə olan qalıq kredit borcu 6051,27 (altı min əlli bir manat iyirmi yeddi qəpik) manat təşkil edir. İşdə olan Cavabdeh Neymətulla qızı tərəfindən və Şəki şəhər İHB-nin Bolludərə kənd icra nümayəndəsi tərəfindən təsdiq edilmiş 12 avqust 2014-cü il tarixli ərizədən görünür ki, o, 2014-cü ilin may ayında “Bank of Baku“ bankından Bolludərə kənd sakini İddiaçı adına kredit almışdır, Pulun məbləği 6250 manatdır. Hər ayda kredit faizini ödəyir, gələcəkdə heç bir problem yaranmayacaq. Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edildi ki, iddiaçı “Bank of Baku" ASC-dən 6250 manat məbləğində kredir almış və həmin pulu cavabdehə vermişdir. Cavabdeh isə həmin puldan 1000 manat iddiaçıya qaytarmış və iddiaçı da həmin məbləği almışdır. Cavabdeh müəyyən müddət iddiaçının əvəzindən kredit üzrə müəyyən ödənişlər etsə də sonradan ödənişlər edə bilməmişdir. Buna görə də Şəki rayon məhkəməsinin 02.10.2015-ci il tarixli 2(075)-5487/2015 saylı məhkəmə əmri ilə iddiaçıdan 5974.48 manat əsas, 1700.23 manat faiz borcunun və 20 manat rüsumun Bank of Bakunun xeyrinə tutulması qərara alınmıpşdır. Lakin Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına uyğun olaraq borclu, İddiaçı 5974 (beş min doqquz yüz yetmiş dörd) manat qalıq əsas kredit borcu 16.08.2019-cu il tarixdə 5 (beş) il müddətinə restrukturizasiya olunaraq, borclu ilə bank arasında fərmana uyğun şərtlərlə yeni FR/79740/70/13 saylı müqavilə bağlanmışdır. Bank of Baku” ASC tərəfindən məhkəməyə təqdim edilmiş 05 oktyabr 2021-ci il tarixli, ŞKF: 1988/21 nömrəli arayışdan məlum olmuşdur ki, İddiaçı hal-hazırda iddiaçı “Bank of Baku" ASC-yə olan qalıq kredit borcu 6051,27 (altı min əlli bir manat iyirmi yeddi qəpik) manat təşkil edir. Göründüyü kimi hal-hazırda iddiaçının banka 6051,27 manat borcu var. Cavabdeh isə vaxtilə cavabdehdən aldığı kredit məbləğindən 1000 manatını iddiaçının özünə qaytardığını əsas gətirərək hazırda iddiaçıya 5051,27 manat borcunun qaldığını qəbul etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Buna görə də onlar arasındakı münasibətlərə borc müqaviləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh Neymətulla qızından cəmi 5051,27 manat borc tutularaq İddiaçı verilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Neymətulla qızından 5051,27 (beş min əlli bir manat 27 qəpik) manat borc tutularaq İddiaçı verilsin. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1861/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1861/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver