Məhkəmə qərarları › İş №2(075)-1878/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-1878/2024

24.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-1878/2024 24.09.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum və qohum olma faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi; İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, özünün xx.xx.1959-cu ildə Şəki rayonu, Oraban kəndində doğulması, atası X4, anası X9 olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun şəxsiyyətini müəyyən edən nə doğum şəhadətnaməsi nə də şəxsiyyət vəsiqəsi yoxdur. Valideyinləri tərəfindən alınmayıb. O xx.xx.1959-cu ildə Şəki rayonu Oraban kəndində doğulmuşdur. Onlar 4 bacı 3 qardaş olmuşlar. Onlar iş yerləri olmadıgına görə Rusiyanın müxtəlif şəhərlərində yaşamışlar. Atası X10 oglu anası isə X9 olub. 65 yaşı var. Kiçik yaşlarından ailəyə çörək qazanmaq üçün kolxozda, sovxozda təsərrüfatla məşğul olmuş, ona görə də, heç bir təhsil almamışdır. xx.xx.1987-ci ildə Şəki rayonu Baş Küngüt kənd sakini X3 ilə nigahlarını Şəki şəhər İHB-nin Baş Küngüt İƏDÜ Nümayəndəliyində qeyd etdirməklə ailə qurmuş, onunla birgə nigah dövründə 5 övladı olub. 1978-1980 ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. Ailə qurduqdan sonra Baş Küngüt kəndinə köçüb yaşadığına görə torpaq islahatı aparılarkən həmin kənddə AR Aqrar İslahat Komissiyasının 29 may 1998-ci il tarixli 46 saylı qərarı ilə 7 nəfər ailə üzvünə torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə 3,06 ha torpaq, pay sahəsi verilmişdir. Savadsız olduğuna görə başa düşməmişdir ki, ona doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi lazım ola bilər. Hazırda ona məxsus torpaq payı sahəsinə sərəncam vermək, vərəsəlik pensiya ilə baglı bu sənədlər lazımdır. Həmin sənədlərlə bağlı aidiyyatı olan bütün idarələrə müraciət etmişdir. Bildirilir ki, onun doğumu ilə bağlı və şəxsiyyəti ilə bağlı heç bir sənəd yoxdur. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında izahat verən Ərizəçi ərizədə göstərilən tələbi müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid kimi dindirilən X14 bildirdi ki, Ərizəçi onun qonşusudur. Qurbanəli kişinin onun atası olduğunu bilir. Onun atası rəhmətə getmişdir. İşin halları İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş: Şəki Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional ASAN Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən X2 ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda göstərilmişdir ki, Ərizəçi şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmədiyi üçün onun özünə, sizin adınıza notariat qaydasında təsdiq olunmuş etibarnaməsi olmadığına görə sizə onun təkrar doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Azərbaycan Respublikası Səfərbərlik və hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-43-55/2-193- 2024 nömrəli məktubdan görünür ki, X7 xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair JN-0004 seriyalı KOD 40408018 nömrəli Dövlət Aktından görünür ki, Aqrar İslahat Komissiyasının 29 may 1998ci il tarixli 46 saylı qərarı ilə X7 torpaq mülkiyyətçisi olmaqla digər 6 nəfər ailə üzvünə torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə 3,06 ha torpaq, pay sahəsi verilmişdir. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Baş Küngüt kəndindəki nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X7 1989- 2001-ci il tarixdə Şəki şəhəri Baş Küngüt kəndində qeydiyyatsız, müvəqqəti yaşamışdır. Şəki şəhər İHB-nın Baş Küngüt kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli AZ-İ 053065 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə X5 xx.xx.1987-ci il tarixdə nikahlarını bağlamaqla ailə həyatı qurmuşlar. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 312-ci maddəsinə görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda qeyd edilənlərdən Ərizəçi xx.xx.1959-cu il tarixdə Şəki rayonu, Oraban kəndində anadan olması və X1 onun atası, X6 isə onun anası olması öz təsdiqini tapır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi xx.xx.1959-cu il tarixdə Şəki rayonu, Oraban kəndində anadan olması və X1 onun atası, X6 onun anası olması hüquqi faktı müəyyən edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1959-cu il tarixdə Şəki rayonu, Oraban kəndində anadan olması və X1 onun atası, X6 onun anası olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən surəti alındığı gündən 1 (bir) ay müddətində Şəki rayon məhkəməsi vasitəsilə Azəbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar