Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1888/2020 16.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən hakim İmanov Cahid Fehruz oğlu, Ərizəçi “əmək fəaliyyəti ilə məşğul olma faktının” müəyyən edilməsinə dair ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1980-1982-ci illərdə Şəki Təsərrüfatlararası tikinti idarəsində çilingər, 1983-1995-1997-ci illərdə Şəki rayonu Fəhlə kəndli birliyində qaynaqçı vəzifəsində işləməsi hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsi rəhbər tutularaq iddia ərizəsinin qəbul olunmasından imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materialına əlavə edilmiş Baş Layısqı bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 58 nömrəli arayışdan görünür ki, Şəki rayonu Baş Layısqı kənd sakini X1 həqiqətən 1982-1997-ci illərdə Respublika Dövlət Arxivinin Şəki filialının verdiyi xx xxxx 2019-cu il 815 nömrəli arxiv sənədinə əsasən Şəki rayonu “Fəhlə-kəndli birliyi” kolxozunda qaynaqçı işində çalışmışdır. İş materialına əlavə edilmiş ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X1 1983-cü ildən 1995-ci ilədək “Fəhlə-kəndli birliyi” kolxozunda çalışmışdır. İş materialına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli Arxiv arayışının surətindən görünür ki, Şəki rayonu Baş Layısqı kənd fəhlə kəndli birliyi kolxozunun kolxozçuların əməyin ödənişi üzrə hesablaşma kitablarına əsasən Ərizəçi kolxozda işləyən zaman əmək haqqısı və günləri qeyd edilmişdir. Göründüyü kimi Ərizəçi Şəki rayonu Baş Layısqı kənd fəhlə kəndli birliyi kolxozun işləməsi faktı məlumdur və ərizəçiyə buna dair arxiv arayışı, əmək kitabçası və müvafiq arayış verilmişdir. Bundan başqa Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 13.1-ci bəndində göstərilmişdir ki, nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 13.2-ci bəndində göstərilmişdir ki, əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Göründüyü kimi Ərizəçi Şəki rayonu Baş Layısqı kənd fəhlə kəndli birliyi kolxozun işləməsi faktı məlumdur və ərizəçinin həmin kolxozda işləməsini təsdiq edən arxiv arayışı, əmək kitabçası və müvafiq arayışı vardır. Həmçinin DSMF-nun X3 üzrə Mərkəzi Filialının xx.xx.2020-ci il tarixli məktubu ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün ərizəçidən müvafiq sənədlərin tam təqdim edilməsi tələb etməklə ona pensiya təyin edilməsindən imtina edilmişdir. Buna görə də məhkəmə Ərizəçi tövsiyyə edir ki, onun 1980-1982-ci illərdə Şəki Təsərrüfatlararası tikinti idarəsində çilingər, 1983-1995-1997-ci illərdə Şəki rayonu Fəhlə kəndli birliyində qaynaqçı vəzifəsində işləməsi ilə əlaqədar güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi tələbi ilə Şəki rayon məhkəməsinə deyil, müvafiq tələb üzrə iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Belə olan halda iddiaçı yaşayış yeri üzrə hazırkı ərizəyə baxılması ilə bağlı Şəki İnzibati Məhkəməsinə müraciət etməlidir. Bu səbəbdən də Ərizəçi hazırkı tələbinə Şəki rayon məhkəməsində baxılması yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153.2.1, 263.1, 264, 266-269-cu maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi 1980-1982-ci illərdə Şəki Təsərrüfatlararası tikinti idarəsində çilingər, 1983- 1995-1997-ci illərdə Şəki rayonu Fəhlə kəndli birliyində qaynaqçı vəzifəsində işləməsi hüquqi faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbulundan imtina olunsun. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-1888/2020
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1888/2020
16.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver