Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-1968/2021 07.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı və İddiaçı2 nümayəndəsi Səlimzadə Saniyət Rəhman qızının, həmçinin İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “maneələrin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, F.X.Xosyki, 43 saylı evə istifadə hüquqlarına yönələn maneələrin aradan qaldırılması, onların həmin evə köçürülmələrinin təmin edilməsi, evin sənədləşməsi ilə bağlı aidiyyəti qurumların əməkdaşlarının xidməti vəzifələrinin yerinə yetirilməsinə yönələn maneələrin aradan qaldırılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq cavabdehlərdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiа ərizəsi 10 sentyabr 2021-ci il tаrixdə məhkəmənin icrааtınа qəbul edilmiş, məhkəmə hаzırlıq və baxış iclasları keçirilmiş, növbəti məhkəmə baxış iclası bu günə, yəni 07 dekabr 2021-ci il tаrixə sааt 11:00-a təxirə salınmışdır. Məhkəmə iclası zamanı iddiaçı həmçinin İddiaçı2 nümayəndəsi İddiaçı1 iddianı müdafiə edərək göstərmişdir ki, o, İddiaçı1 İddiaçı2 ilə 1982-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həmin vaxtdan ərinin ata baba yurdu olan Şəki şəhəri F.X.Xoyski küçəsindəki evlərinə gəlin köçmüşdür. O və həmin ünvanda doğulan 4 övladı həmin evə pasport qeydiyyatına düşməklə 2004-cü ilədək qeyd edilən mübahisəli evdə yaşamışlar. Belə ki, 2004-cü ildə hazırkı qeydiyyatda olduqları mübahisə predmeti olan evi ailəlikcə tərk edərək Bakı şəhərinə getmişlər. 2 oğlan və 2 qız övladları vardır. Uşaqlarının hamısı ailəlidirlər. Bakı şəhərinə getdikdən sonra təxminən 10 il müddətində kirayələrdə yaşamışlar. Lakin sonradan ünvan 2 ünvanında 2 otaq, mətbəx və aynabənddən ibarət ev inşa etdirərək təxminən 2014-cü ildən həmin ünvanda yaşamağa başlamışlar. Həyat yoldaşı Kənan xəstədir, uşaqları isə kirayələrdə yaşayırlar. Göstərmişdir ki, Cavabdeh əri Kənanın qardaşı oğludur. Cavabdeh onları qeyd edilən mübahisəli evə qoymur və həmin evdə yaşamağa imkan vermir. Həmçinin o, evin sənədləşməsi ilə bağlı onlara maneələr yaradır. Beləki, evin müəyyən hissəsi ərinin adına rəsmiləşdirilməsi üçün Notariusa və Reyestr Xidmətinə müraciət etmişlər. DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin əməkdaşları evə baxış keçirmək və ölçmə işləri aparmaq istədikdə cavabdeh qapını açmır və inzibati orqanın işinə maneə yaradır. DƏDRX- nin 12 saylı Şəki Ərazi İdarəsi Şəki ŞRPŞ-yə 08.09.2021-ci il tarixli müraciət ünvanlayaraq əməkdaşlarına maneələr yaradıldığını bildirmiş və köməklik olunmasını xahiş etmişdir. Şəki ŞRPŞ-nin əməkdaşları həmin ünvana gəlsələr də cavabdeh öz qanunsuz əməllərini davam etdirmiş və qapını açmamışdır. Həmçinin məhkəmə iclasında ona ünvanlanan suallara cavabında bildirmişdir ki, 2007-ci ildə onlarla Cavabdeh arasında qeyd edilən evlə bağlı mübahisə yaranmışdır. Belə ki, o məhkəmədə Cavabdeh qarşı iddia qaldıraraq ünvan 5 ünvanda yerləşən yaşayış evinin 29,58 kv.metr sahəsi olan bir otağından X3 ailəliklə çıxarılması və özünün və ailə üzvlərinin həmin evdə yaşamaqla istifadə hüquqlqrının bərpası və evin 29,58 kv metr sahəsi olan bir otağına köçürülmələrini məhkəmədən xahiş etmişdir. Lakin Şəki Rayon Məhkəməsinin 10.04.2007-ci il tarixli 2- 222/2007 saylı qətnaməsi ilə onun ünvan 5 ünvanda yerləşən yaşayış evinin 29,58 kv.metr sahəsi olan bir otağından Cavabdeh ailəliklə çıxarılması və özünün və ailə üzvlərinin həmin evdə yaşamaqla istifadə hüquqlqrının bərpası və evin 29,58 kv.metr sahəsi olan bir otağına köçürülmələri tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamədən narazı qalmış və apellyasiya şikayəti vermişdir. Lakin X6 02 oktyabr 2007-ci il tarixli 2(107)22(08-7)2007 saylı qətnaməsi ilə onun Şəki Rayon Məhkəməsinin 10.04.2007-ci il tarixli, 2-222/2007 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 10.04.2007-ci il tarixli 2-222/2007 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd eilən məhkəmə qətnamələrinin məzmununda göstərilmişdir ki, güya biz həmin evdə olan miras payımıza uyğun olaraq Cavabdeh 1000 dollar pul almışıq. Əslində isə onlar miras payı müqabilində cavabdehdən hər hansı pul məbləğləri almamışlar. Həmin qəbzləri Cavabdeh onlara məcburi olaraq yazdırmışdır. Belə ki, Namiq başlarının üstündə duraraq qəbzləri onlara fiziki və psixi zor tətbiq edərək yazdımışdır. Cavabdeh uzun müddətdir onların orada yaşamaqlarına ciddi şəkildə maneələr yaratmaqla onları öz, evlərindən çıxarıb və onların qanunla qorunan istifadə hüquqlarınıda həyata keçirməyə mane olur. X4 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmaqla həm də qazidir. Suqovuşan istiqamətində gedən döyüşlərdə xəsarət almışdır. Onlar hazırda cavabdehin qanunsuz əməllərinə görə öz evlərinə girə bilmir və digər konstitusion hüquqlarından istifadə edə bilmirlər. Bildirmişdir ki, Şəki Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli, 2(075)-1456/2021 saylı qətnaməsi ilə Şəki şəhərində vəfat etmiş X1 İddiaçı2 babası olması hüquqi faktı müəyyən edildikdən sonra həmin evdən əri Kənanın payının müəyyən edilməsi məqsədilə DƏDRX-nin 12 saylı ərazi İdarəsinə müraciət etmişlər. Reyestrin əməkdaşları sözü gedən evə baxaraq ölçü işləri aparmaq istəmişlər. Lakin cavabdeh evin sənədləşməsi ilə bağlı aidiyyəti qurumların əməkdaşlarının xidməti vəzifələrinin yerinə yetirilməsinə maneə olmuş, evin qapısını onlara açmamışdır. Buna görə də Notariat ofisində onlara vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi qeyri-mümkün olmuşdur. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı2 nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında İddiaçı1 izahatına oxşar olan eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı1 hazırda ona qarşı eyni predmet barədə və eyni əsaslarla qaldırdığı iddiası hələ 14 il bundan əvvəl Şəki rayon məhkəməsində baxılaraq hakim Ə.Nurməmmədovun sədrliyi ilə çıxarılmış 10 aprel 2007-ci il tarixli qətnamə ilə rədd edilmişdir. İddiaçı1 həmin qətnamədən verdiyi apellyasiya şikayəti Şəki Apellyasiya Məhkəməsinin K.Rəhimovun sədrliyi ilə çıxarılmış 02 oktyabr 2007-ci il tarixli qətnaməsilə rədd edilərək sözügedən qətnamə qüvvədə saxlanılmışdır. 1989-cu ildə Mingəçevir şəhərində dövlət tərəfindən dördotaqlı mənzillə təmin edilən Səlimzadələr ailəsi həmin mənzili 1994-cü ildə özəlləşdirdikdən sonra, Səlimzadə X2 şəhərinin pasport qeydiyyatından çıxaraq Şəki şəhəri F.X.Xoyski küçəsindəki 43 saylı evin pasport qeydiyyatına düşməsi üçün heç bir əsası olmadığı halda məhz qanunsuz yolla qeydiyyata düşmüşdür. Daha sonra Səlimzadələr ailəsinin digər üzvləri biri-birinin ardınca Mingəçevir şəhərinin qeydiyyatından çıxaraq qanunsuz yolla Şəki şəhəri, F.X.Xoyski küçəsindəki 43 saylı evin pasport qeydiyyatına düşmüşlər və evin bir hissəsini zəbt etmişdilər. Bu səbəblə Səlimzadələrlə onların arasında mübahisə 10 ildən artıq davam etmiş, nəhayət öz aralarındakı razılaşmaya əsasən onlar 1940-cı ildə vəfat etmiş babası Əbdürəhim Hacısəlim oğlundan Kənana və bacısı Şərqiyyəyə çatası miras paylarını ona satdıqları haqda və bir daha ona qarşı heç bir tələb irəli sürməyəcəkləri, həmçinin məhkəməyə müraciət etməyəcəkləri haqda notarial qaydada təsdiqlənmiş ərizələrini ona təqdim edərək, müqabilində isə ondan 1000 ( bir min ) ABŞ dolları məbləğində pulu alaraq 18 avqust 2004-cü il tarixdə sözügedən evi tərk etmişlər. Bildirmişdir ki, Səlimzadələr evi tərk edərkən ən son momentdə ondan daha 250000 (iki yüz əlli min) manat həmin vaxtın pulu ilə tələb edərək almışlar ki, bəs taxta darvazanı dəmir darvaza ilə əvəz ediblər və bu səbəblə darvazanı da ona ayrıca satmışlar. Bundan sonra onlar həmin evdə Səlimzadələrin artıq heç bir əşyalarının qalmaması haqda Akt bağlamışlar və İddiaçı2 həmin akta imzasını ataraq və ondan pulları alaraq “halallığını ver” deyərək ona əlini uzatmışdır. O, İddiaçı2 əlini sıxıb “halal xoşun olsun! ” demişdir. Kənan əlini silkələyib “sən də bu evin xeyirini görəsən! ” demişdir. Bundan sonra onlar evi tərk etmişlər. Hazırda artıq 18-ci ildir ki, sözügedən ev onun və beş nəfərlik ailə üzvlərinin idarəçiliyindədir. Bütün bunlardan sonra ər-arvad Səlimzadələrin istər 2007-ci ildə ona və sözügedən evə qarşı hər hansısa iddia irəli sürmələri heç bir çərçivəyə sığmayan və qanunvericiliklə uzlaşmayan hal idisə, indi, aradan 17 il keçdikdən sonra ümumiyyətlə adı yoxdur. Məhkəmədən iddiaçının ərizəsinin qəbulundan imtina edilməsini xahiş etmişdir. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “Şəki şəhəri, F.X.Xosyki, 43 saylı evə istifadə hüquqlarına yönələn maneələrin aradan qaldırılması, onların həmin evə köçürülmələrinin təmin edilməsi, evin sənədləşməsi ilə bağlı aidiyyəti qurumların əməkdaşlarının xidməti vəzifələrinin yerinə yetirilməsinə yönələn maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsinin onların “Şəki şəhəri, F.X.Xosyki, 43 saylı evə istifadə hüquqlarına yönələn maneələrin aradan qaldırılması, onların həmin evə köçürülmələrinin təmin edilməsi” hissəsi üzrə işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. İşdə olan Şəki Rayon Məhkəməsinin 17.08.2021-ci il tarixli, 2(075)-1456/2021 saylı qətnaməsindən görünür ki, 1940-cı ildə Şəki şəhərində vəfat etmiş X1 İddiaçı2 babası olması hüquqi faktı müəyyən edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 10.04.2007-ci il tarixli, 2-222/2007 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 ünvan 6 ünvanda yerləşən yaşayış evinin 29,58 kv.metr sahəsi olan bir otağından X3 ailəliklə çıxarılması, özünün və ailə üzvlərinin həmin evdə yaşamaqla istifadə hüquqlqrının bərpası və evin 29,58 kv metr sahəsi olan bir otağına köçürülmələri tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan X6 02 oktyabr 2007-ci il tarixli, 2(107)22(08-7) 2007 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı1 Şəki Rayon Məhkəməsinin 10.04.2007-ci il tarixli, 2-222/2007 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 10.04.2007-ci il tarixli 2-222/2007 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi hazırki iddia tələbinin “Şəki şəhəri, F.X.Xosyki, 43 saylı evə istifadə hüquqlarına yönələn maneələrin aradan qaldırılması, onların həmin evə köçürülmələrinin təmin edilməsi” hissəsi üzrə iddiaçılar İddiaçı2 və İddiaçı1 bundan əvvəl yəni, 2007-ci ildə də eyni eyni predmet barəsində, eyni əsaslar üzrə və eyni tərəfə qarşı məhkəmədə iddia tələbi irəli sürmüşlər. İddiaçıların həmin vaxt qaldırmış olduqları iddia hazırkı iddianın “Şəki şəhəri, F.X.Xosyki, 43 saylı evə istifadə hüquqlarına yönələn maneələrin aradan qaldırılması, onların həmin evə köçürülmələrinin təmin edilməsi” hissəsi ilə eyniyyəti təşkil edir və tələbləri Şəki Rayon Məhkəməsinin 10.04.2007-ci il tarixli, 2-222/2007 saylı qətnaməsi qətnaməsi ilə təmin edilməmiş, həmin qətnamə apellyasiya qaydasında mübahisələndirilsə də sonda dəyişdirilmədən saxlanılmış, qanuni qüvvəsini almışdır. Göründüyü kimi hazırkı iddia tələbi tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə artıq mübahisələndirilmiş və bununla bağlı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddianın onların “Şəki şəhəri, F.X.Xosyki, 43 saylı evə istifadə hüquqlarına yönələn maneələrin aradan qaldırılması, onların həmin evə köçürülmələrinin təmin edilməsi” hissəsi üzrə işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.2, 263-264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddiasının “onların “Şəki şəhəri, F.X.Xosyki, 43 saylı evə istifadə hüquqlarına yönələn maneələrin aradan qaldırılması, onların həmin evə köçürülmələrinin təmin edilməsi” hissəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov.
Məhkəmə qərarları › İş №2(075)-1968/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-1968/2021
07.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver