Məhkəmə qərarları › İş №2(075)-2/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2/2020

03.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2/2020 03.07.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi x3, İlk iddia üzrə Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkili) x1 iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı x4 (bundan sonra iddiaçı) cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 (bundan sonra cavabdeh) “müqavilənin müvafiq bəndinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı x7 cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada xeyrinə 15R000005570 saylı kredit razılaşması üzrə 34939,78 ABŞ dolları məbləğində əsas kredit borcu, 6578,88 ABŞ dolları məbləğində faiz borcu və 10754,95 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 52273,61 ABŞ dolları borc, 051R********** saylı kredit razılaşması üzrə 22470,56 ABŞ dolları məbləğində əsas kredit borcu, 4057,19 ABŞ dolları məbləğində faiz borcu və 6646,35 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 33174,10 ABŞ dolları borc olmaqla, ümumilikdə 85447,71 ABŞ dolları borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 manat rüsumun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat rüsumun və 42 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, x11 küçəsində 0,03 hektar torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 78,3 kv.m yaşayış, 90,6 kv.m köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və həmin fərdi yaşayış evinin açıq hərracdan satılması, 85447,71 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı-nə ödənilməsi, tələbin Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində 0.0035 hektar torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 girişli, 31,1 kv.m ümumi, 31,1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasına yönəldilməsi, həmin torpaq sahəsi və qeyri-yaşayış (mağaza) binasının açıq hərracdan satılması, 85447,71 ABŞ dolları borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 manat rüsumun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsum və 21 manat xidmət haqqının həmin əmlakların hərracda satışdan əldə olunmuş vəsait hesabına İddiaçı-nin xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh4 və Cavabdeh1 ümumi qaydada tutulması, Cavabdeh4 məxsus Şəki şəhəri, x11 küçəsində 0,03 hektar torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 78,3 kv.m yaşayış, 90,6 kv.m köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan sonra 1 (bir) ay sonra cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaşayış evindən istifadə hüquqlarının itirilməsi, onların həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmaları, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılması və iddiaçıya təhvil verilməsi, Cavabdeh1 məxsus Şəki şəhəri, M.Ə.Rəsulzadə prospektində ,035 hektar torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən 1 girişli, 31,1 kv.m ümumi, 31,1 kv.m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasına tutma yönəldikdən və satıldıqdan sonra 1 (bir) ay sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh3 həmin torpaq sahəsindən və qeyriyaşayış evindən çıxarılmaları, torpaq sahəsinin və qeyri-yaşayış evinin boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 25 iyul 2016-cı il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. Sonradan İddiaçı “iddia ərizəsinə əlavə” barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada İddiaçı-nin xeyrinə 15R000005570 saylı kredit razılaşması üzrə 34939,78 ABŞ dolları məbləğində kredit borcu, 6578,88 ABŞ dolları məbləğində faiz borcu və 10754,95 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 52273,61 ABŞ dolları məbləğində borcun, 015R********** saylı kredit razılaşması üzrə 23525.61 ABŞ dolları məbləğində kredit borcu, 4718.19 ABŞ dolları məbləğində faiz borcu və 6646,35 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 34890,15 ABŞ dolları məbləğində borc olmaqla, ümumilikdə cəmi 87163 (səksən yeddi min yüz altmış üç) ABŞ dolları 76 (yetmiş altı) sent məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 42 manat xidmət haqqının tutulması; tələbin Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, x11 küçəsində yerləşən 0,03 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və 87163 (səksən yeddi min yüz altmış üç) ABŞ dolları 76 (yetmiş altı) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı-nə ödənilməsi; tələbin Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, x9 prospektində yerləşən 0.0035 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasına yönəldilməsi, həmin torpaq sahəsinin və qeyri-yaşayış (mağaza) binasının açıq hərracdan satılması və 87163 (səksən yeddi min yüz altmış üç) ABŞ dolları 76 (yetmiş altı) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı-nə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh4 və Cavabdeh1 ümumi qaydada tutulması; Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, x11 küçəsində yerləşən 0,03 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsinə, onların həmin torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmalarına, torpaq sahəsinin və fərdi yaşayış evinin boşaldılmaları və İddiaçı-nə təhvil verilməsi; Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, x9 prospektində yerləşən 0.0035 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 və Cavabdeh3 həmin torpaq sahəsindən və qeyri-yaşayış (mağaza) binasından çıxarılmalarına, torpaq sahəsinin və qeyri-yaşayış (mağaza) binasının boşaldılması və İddiaçı-nə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı-nin “iddia ərizəsinə əlavə” barədə ərizəsi MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh4 01 sentyabr 2016-cı il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsində İddiaçı x7 ilə arasında bağlanmış 09 iyun 2014-cü il tarixli, 15L000002912 nömrəli kredit müqaviləsinin müvafiq bəndinin «Bu müqavilə üzrə əsas borc və aylıq faizlər müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə ödənilməlidir» kimi dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh4 01 sentyabr 2016-cı il tarixdə məhkəməyə daxil olmuş qarşılıqlı iddia ərizəsi Azərbaycan Respublikasının MPM-nin 155-ci maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsində tələbi onunla əsaslandırmışdır ki, 09 iyun 2014-cü il tarixdə İddiaçı ilə Cavabdeh4 arasında 15L000002912 saylı kredit xətti müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən 120 ay müddətinə ******* (bir milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit müqaviləsi üzrə Cavabdeh4 İddiaçı ilə bağladığı 09 iyun 2014-cü il tarixli, 15R000005570 saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 75000 (yetmiş beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh4 Mayıs oğlu kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 10 sentyabr 2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 kredit razılaşması üzrə götürdüyü kredit borcundan 40060,22 ABŞ dolları ödəmiş, onun 34939,78 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh4 İddiaçı ilə bağladığı 22 yanvar 2015-ci il tarixli, 015R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh4 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış və kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 22 sentyabr 2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 kredit razılaşması üzrə götürdüyü kredit borcundan 7529,44 ABŞ dolları ödəmiş, onun 22470,56 ABŞ dolları məbləğində əsas kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh4 iddiaçı ilə bağladığı 09 iyun 2014-cü il tarixli, 15M000000645 saylı ipoteka müqaviləsi əsasında Şəki şəhəri, x11 küçəsində yerləşən Cavabdeh4 mülkiyyətində olan 0,03 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehipoteka verən Cavabdeh1 iddiaçı ilə bağladığı 09 iyun 2014-cü il tarixli, 15M000000644 saylı ipoteka müqaviləsi əsasında Şəki şəhəri, x9 prospektində yerləşən Cavabdeh1 mülkiyyətində olan 0.0035 ha torpaq sahəsini və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasını iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşımışdır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Bank tərəfindən müqavilə üzrə üzərinə götürülmüş öhdəliyə əməl edilməsinə baxmayaraq cavabdehlər müqavilə üzrə öhdəliklərinin icrasını təmin etməmişlər. Odur ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı-nin nümayəndəsi x6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, ipoteka predmetlərinin qiymətləndirilmələri ilə bağlı Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi dövlət müəssisəsi olduğundan həmin idarə tərəfindən verilmiş rəy daha əsaslı və qanunidir. Odur ki, məhkəmədən çıxarılaraq yekun məhkəmə qərarı zamanı həmin rəydəki məbləğlərin ipoteka predmetlərinin hərraca çıxarılması zamanı ilkin satış qiyməti kimi müəyyən edilməsini xahiş etdi. Cavabdeh4 İddiaçı-yə qarşı “müqavilənin müvafiq bəndinin dəyişdirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını xahiş edərək bildirdi ki, qarşılıqlı iddia tələbinin heç bir qanuni və hüquqi əsası yoxdur. Bütün bunları nəzərə alaraq məhkəmədən ilk iddianın tam təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İlk iddia üzrə Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkili) x5 iddianı qəbul etməyərək bildirdi ki, məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə razı deyil. Belə ki, Cavabdeh1 mülkiyyətində olan 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binası Cavabdeh3 xəbəri olmadan ipoteka ilə yüklü edilmişdir. Cavabdeh3 heç bir kredit xətti müqaviləsi və ya kredit razılaşmasından xəbəri olmamışdır. Bütün bunları nəzərə alaraq iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 aid hissədə rədd edilməsini xahiş edir. Cavabdeh4 qarşılıqlı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ona İddiaçı ilə bağladığı 09 iyun 2014-cü il tarixli, 15L000002912 saylı kredit xətti müqaviləsinə əsasən ona 120 ay müddətinə ******* ABŞ dolları məbləğində kredit xətti açılmışdır. O, həmin müqaviləni imzalayarkən 1 ABŞ dolları 0,78 manat olmuşdur. Yəni, o, müqavilə öhdəliklərimi yerinə yetirmək üçün müqaviləni imzaladığı vaxt mövcud olan bazar şərtlərini nəzərə almışdır. Həmin şərtlər daxilində borcunu qaytarmaqda heç bir problemi olmamışdır. İndi isə ABŞ dollarının dəyəri birdən-birə 50 faizdən çox qalxsa da daxili bazarda malların və xidmətlərin qiymətləri həmin faiz dərəcəsinə uyğun qalxmamışdır. Rəsmi dövlət orqanları da qiymətlərin qaldırılmaması ilə bağlı dəfələrlə kütləvi informasiya vasitələri ilə xəbərdarlıq etmişlər. Bu müqavilə bağlanarkən, o, milli valyutanın məzənnəsinin bu qədər sürətlə və bir dəfəyə 50 faiz düşəcəyini ağlabatan şəkildə əvvəlcədən görə bilməzdi. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Digər cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin Cavabdeh1 məhkəməyə 03 iyul 2020-ci il tarixdə teleqram göndərərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Odur ki, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan 09 iyun 2014-cü il tarixli, 15L000002912 saylı kredit xətti müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh4 120 ay müddətinə ******* (bir milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Mülki işdə olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 09 iyun 2014-cü il tarixli, 15S000005316 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh4 bank qarşısında 09 iyun 2014-cü il tarixli, 15L000002912 saylı kredit xətti müqaviləsindən irəli gələn bütün öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Mülki işdə olan 09 iyun 2014-cü il tarixli, 15L000002912 saylı kredit xətti müqaviləsi üzrə bağlanmış 10 iyun 2014-cü il tarixli, 15R000005570 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh4 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 75000 (yetmiş beş min) ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki işdə olan 10 iyun 2014-cü il tarixli ödəniş planından görünür ki, Cavabdeh4 götürdüyü 75000 (yetmiş beş min) ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. Mülki işdə olan 09 iyun 2014-cü il tarixli, 15L000002912 saylı kredit xətti müqaviləsi üzrə bağlanmış 22 yanvar 2015-ci il tarixli, 015R********** saylı kredit razılaşmasından görünür ki, Cavabdeh4 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. Mülki işdə olan 22 yanvar 2015-ci il tarixli ödəniş planından görünür ki, Cavabdeh4 götürdüyü 30000 (otuz min) ABŞ dolları krediti ona hesablanmış faizlərlə birlikdə hər ay hissə-hissə ödəməklə 24 ay müddətinə qaytarmalı olmuşdur. Mülki işdə olan 09 iyun 2014-cü il tarixli, 15M000000645 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 borc öhdəliklərinin təmini üçün İddiaçı-yə Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, x11 küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 47058 manat müəyyən edilmişdir. Mülki işdə olan Cavabdeh5, Cavabdeh6 və Cavabdeh2 08 iyun 2014-cü il tarixli ərizələrinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 09 iyun 2014-cü il tarixli, 15L000002912 saylı kredit xətti müqaviləsi və ediləcək bütün əlavələrin təminatını təşkil edən Cavabdeh4 ilə 09 iyun 2014-cü il tarixdə bağlanmış 15M000000645 saylı İpoteka müqaviləsinə ediləcək bütün əlavələrə əsasən Cavabdeh4 məxsus şəhəri, x11 küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinin ipoteka kimi qoyulmasına öz razılıqlarını vermiş, ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda tutduqları fərdi yaşayış evini könüllü boşaltmağı və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdələrinə götürmüşlər. Mülki işdə olan 10 iyun 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı ilə ipotekaqoyan Cavabdeh4 arasında 09 iyun 2014-cü il tarixli, 15M000000645 saylı İpoteka müqaviləsinin şərtlərinə görə İddiaçı-nin xeyrinə Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, x11 küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir. Mülki işdə olan 09 iyun 2014-cü il tarixli, 15M000000644 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh4 borc öhdəliklərinin təmini üçün İddiaçı-yə Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, x9 prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binası ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 25097.60 manat müəyyən edilmişdir. Mülki işdə olan Cavabdeh3 09 iyun 2014-cü il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh4 arasında bağlanmış 09 iyun 2014-cü il tarixli, 15L000002912 saylı kredit xətti müqaviləsi və ediləcək bütün əlavələrin təminatını təşkil edən Cavabdeh1 ilə 09 iyun 2014-cü il tarixdə bağlanmış 15M000000644 saylı İpoteka müqaviləsinə ediləcək bütün əlavələrə əsasən Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, x9 prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasının ipoteka kimi qoyulmasına öz razılığını vermiş, ipoteka qoyulmuş əmlaka qarşı ipoteka alan və yaxud müvəkkil orqan tərəfindən iddia qaldırıldığı halda tutduğu qeyri-yaşayış (mağaza) binasını könüllü boşaltmağı və yuxarıda göstərilən ünvandan qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Mülki işdə olan 10 iyun 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, İddiaçı ilə ipotekaqoyan Cavabdeh1 arasında 09 iyun 2014-cü il tarixli, 15M000000644 saylı İpoteka müqaviləsinin şərtlərinə görə İddiaçı-nin xeyrinə Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, x9 prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binası ipoteka ilə yüklü etmişdir. Mülki işdə olan 31 may 2016-cı il tarixli, 10421 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, Şəki şəhəri, x11 küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh4 izah edilmişdir. Mülki işdə olan 30 iyun 2016-cı il tarixli, 12420 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, Şəki şəhəri, x9 prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasına tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh1 izah edilmişdir. Mülki işdə olan İddiaçı tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə ünvanlanmış 09 iyun 2016-cı il tarixli, 11022 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən, həmin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiq etmə bildirişinin surətindən görünür ki, Cavabdeh4 məxsus Şəki şəhəri, x11 küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqda bildirişin qeydə alınmasına dair İddiaçı-nin ərizəsi DƏDRX-nin 12 saylı Ərazi İdarəsində 12 iyun 2016-cı il tarixdə qeydiyyata alınmış, 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutulmuşdur. Mülki işdə olan İddiaçı tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə ünvanlanmış 08 iyul 2016-cı il tarixli, 13034 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən, həmin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiq etmə bildirişinin surətindən görünür ki, Cavabdeh1 məxsus Şəki şəhəri, x9 prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasına tutmanın yönəldilməsi haqda bildirişin qeydə alınmasına dair İddiaçı-nin ərizəsi DƏDRX-nin 12 saylı Ərazi İdarəsində 11 iyul 2016-cı il tarixdə qeydiyyata alınmış, 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı tutulmuşdur. Mülki işdə olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən 05 mart 2017-ci il tarixdə verilmiş 008/16 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, x11 küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 150000 manat və Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, x9 prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasının hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 17000 manat təşkil edir. Qiymətləndirmənin dəyəri 600 manat təşkil edir. Mülki işdə olan «xxxxxxxxxxxxxxx» MMC tərəfindən 17 noyabr 2017-ci il tarixdə verilmiş Ç-814/2017 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, x11 küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 73000 manat və Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, x9 prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasının hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 40000 manat təşkil edir. Mülki işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 26 yanvar 2018-ci il tarixli, 20461 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh4 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 10 iyun 2014-cü il tarixli, 15R000005570 kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh4 25 iyul 2016-cı il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu 40760.23 ABŞ dolları, 05 aprel 2017-ci il tarixədək (sualda göstərilən tarixinədək) banka olan borcu 41953,11 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən, 25 iyul 2016-cı il tarixə əsas borc üzrə 34355.15 ABŞ dolları, faiz borcu üzrə 6405.08 ABŞ dolları. 05 aprel 2017-ci il tarixə əsas borc üzrə 34355.15 ABŞ dolları, faiz borcu üzrə 7597,97 ABŞ dolları. Cavabdeh4 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və 22 yanvar 2015-ci il tarixli, 015R********** kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh4 25 iyul 2016-cı il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu 28243.80 ABŞ dolları, 05 aprel 2017-ci il tarixədək (sualda göstərilən tarixinədək) banka olan borcu 30795.68 ABŞ dolları məbləğində müəyyən olunur. O cümlədən, 25 iyul 2016cı il tarixə əsas borc üzrə 23525.61 ABŞ dolları, faiz borcu üzrə 4718.19 ABŞ dolları. 05m aprel 2017-ci il tarixə əsas borc üzrə 23525.61 ABŞ dolları, faiz borcu üzrə 7270.07 ABŞ dolları. İş materiallarında olan Cavabdeh4 ilə İddiaçı-nin arasında bağlanmış 10 iyun 2014-cü il tarixli, 15R000005570 və 22 yanvar 2015-ci il tarixli, 015R********** saylı kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla Cavabdeh4 cərimə hesablanmır. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Mülki işdə olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən 04 iyun 2019-cu il tarixdə verilmiş **********04 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, x11 küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 116000 manat və Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, x9 prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasının hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 25000 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 09 oktyabr 2019-cu il tarixli, 22902 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 3M-1/213 saylı notariat işinin 8-ci vərəqəsində olan Cavabdeh3 adından olan “əmlakının ipotekaya qoyulmasına razılıq verilməsi haqqında” ərizədə “İmza:” qrafasındakı imza və həmin imza önündəki “Cavabdeh3R” yazıları Cavabdeh3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş 3M-1/213 saylı notariat işinin 8-ci vərəqəsində olan Cavabdeh3 adından olan “əmlakının ipotekaya qoyulmasına razılıq verilməsi haqqında” ərizədə “İmza:” qrafasındakı imza və həmin imza önündəki “Cavabdeh3R” yazılarında qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən edilmədi. Ekspertiza tədqiqatının dəyəri 122 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 23 yanvar 2020-ci il tarixli, 30901 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 7E-06649 saylı reyestr jurnalının 48-ci vərəqəsində 7592 sıra nömrəsi qarşısında “Cavabdeh3” yazıları önündə “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imza Cavabdeh3 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş 7E-06649 saylı reyestr jurnalının 48-ci vərəqəsində 7592 sıra nömrəsi qarşısında “Cavabdeh3” yazıları önündə “Notariat hərəkətinin aparılmasında iştirak edən şəxslərin imzaları” qrafasındakı imzada qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən edilmədi. Ekspertiza tədqiqatının dəyəri 122 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 iyun 2020-ci il tarixli, 4/261 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 2-ci cildinin 154-cü vərəqəsində İddiaçı ilə Cavabdeh1 adından bağlanmış 015R********** nömrəli kredit müqaviləsi üzrə 22 yanvar 2015-ci il tarixli ödəniş planının aşağı tərəfində “Ödəniş planı ilə tanış oldum və razıyam. İpoteka qoyan Cavabdeh1” yazıları və həmin yazıların qarşısındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş mülki işin 2-ci cildinin 154-cü vərəqəsində İddiaçı ilə Cavabdeh1 adından bağlanmış 015R********** nömrəli kredit müqaviləsi üzrə 22 yanvar 2015-ci il tarixli ödəniş planının aşağı tərəfində “Ödəniş planı ilə tanış oldum və razıyam. İpoteka qoyan Cavabdeh1” yazıları və həmin yazıların qarşısındakı imzada qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən edilmədi. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamalayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxaraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, əsassız olduğundan qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə ilk iddiaya münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Göründüyü kimi Cavabdeh4 kredit müqaviləsi əsasında İddiaçı-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilərlə müəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh4 İddiaçıdən kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı bank tərəfindən cavabdehdən əsas kredit borcları, faiz borcları ilə bərabər cərimənin də ödənilməsi tələb edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Zamin Cavabdeh1 ilə İddiaçı arasında bağlanmış zaminlik müqaviləsi əsasında zamin Cavabdeh1 bank qarşısında Cavabdeh4 ilə birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı-nin cavabdehlərə qarşı hazırkı iddia tələbinin 15R000005570 saylı kredit razılaşması üzrə 10754,95 ABŞ dolları və 015R********** saylı kredit razılaşması üzrə 6646,35 ABŞ dolları məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. «İpoteka haqqında Azərbaycan Respublikası Qanunu»nun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan əmlakların ilkin satış qiyməti ilə bağlı razılıq əldə edilsə də, məhkəmə ipoteka qoyulmuş əmlakların qiymətləndirilməsini sonuncu dəfə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə həvalə etmiş və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi tərəfindən iyun 2019-cu il tarixdə verilmiş **********04 saylı qiymətləndirmə rəyindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, x11 küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti kimi müəyyən edilmiş 116000 manat və Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, x9 prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasının hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti kimi müəyyən edilmiş 25000 manat sonradan tərəflərdən heç biri tərəfindən mübahisələndirilməmişdir. Odur ki, məhkəmə Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, x11 küçəsində yerləşən 0,03 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78,3 m2 yaşayış sahəsi, 90,6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiymətini 116000 manat və Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, x9 prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31,1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasının hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiymətini 25000 manat məbləğində müəyyən edilməklə hərraca çıxarılmasını daha ədalətli, əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Məhkəmə qarşılıqlı iddiaya münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana qarşı» 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Cavabdeh4 İddiaçı x7 ilə arasında bağlanmış 09 iyun 2014-cü il tarixli, 15L000002912 nömrəli kredit müqaviləsinin müvafiq bəndinin «Bu müqavilə üzrə əsas borc və aylıq faizlər müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə ödənilməlidir» kimi dəyişdirilməsini xahiş etməsinə baxmayaraq, Cavabdeh4 tərəfindən müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada İddiaçı-nin xeyrinə 15R000005570 saylı kredit razılaşması üzrə 34939.78 ABŞ dolları məbləğində kredit borcu, 6578.88 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 41818.66 ABŞ dolları məbləğində borc, 015R********** saylı kredit razılaşması üzrə 23525.61 ABŞ dolları məbləğində kredit borcu, 4718.19 ABŞ dolları məbləğində faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 28443.8 ABŞ dolları məbləğində borc olmaqla, ümumilikdə cəmi 70262.46 ABŞ dolları borc (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumları və 42 manat xidmət haqqı tutulmalı, tələb Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, x11 küçəsində yerləşən 0.03 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78.3 m2 yaşayış sahəsi, 90.6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə yönəldilməli, həmin torpaq sahəsi və fərdi yaşayış evinin ilkin satış qiyməti 116000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına cavabdehlərin 70262.46 ABŞ dolları məbləğində borcu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı İddiaçı-yə ödənilməli, tələb Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, x9 prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31.1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasına yönəldilməli, həmin torpaq sahəsi və qeyri-yaşayış (mağaza) binasının ilkin satış qiyməti 25000 manat müəyyən edilməklə açıq hərracdan satılmalı, əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına cavabdehlərin 70262.46 ABŞ dolları məbləğində borcu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı İddiaçı-yə ödənilməli, hərraclardan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh4 və Cavabdeh1 ümumi qaydada tutulmalı, ilk iddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh4 İddiaçı x7 ilə arasında bağlanmış 09 iyun 2014-cü il tarixli, 15L000002912 nömrəli kredit müqaviləsinin müvafiq bəndinin «Bu müqavilə üzrə əsas borc və aylıq faizlər müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə ödənilməlidir» kimi dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddiası əsassız olduğundan təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilməlidir. 600 (altı yüz) manat qiymətləndirmə xərci Cavabdeh4 tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxx»nin hesabına ödənilməlidir. 150 (bir yüz əlli) manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməlidir. 244 (iki yüz qırx dörd) manat ekspertiza xərci Cavabdeh3 tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cımaddələrinə əsasən məhkəmə QƏT ETDİ: İlk iddia qismən təmin edilsin. Cavabdeh4 və Cavabdeh1 müştərək qaydada İddiaçı-nin xeyrinə 15R000005570 saylı kredit razılaşması üzrə 34939.78 ABŞ dolları məbləğində kredit borcu, 6578.88 ABŞ dolları məbləğində faiz borcu və 300 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 41818.66 ABŞ dolları məbləğində borc, 015R********** saylı kredit razılaşması üzrə 23525.61 ABŞ dolları məbləğində kredit borcu, 4718.19 ABŞ dolları məbləğində faiz borcu və 200 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 28443.8 ABŞ dolları məbləğində borcun, ümumilikdə cəmi 70262.46 ABŞ dolları borc (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumları və 42 manat xidmət haqqı tutulsun. Tələb Cavabdeh4 mülkiyyətində olan Şəki şəhəri, x11 küçəsində yerləşən 0.03 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətdə olan 2 mərtəbəli, 3 otaqlı, 78.3 m2 yaşayış sahəsi, 90.6 m2 köməkçi sahədən ibarət 66 saylı fərdi yaşayış evinə yönəldilsin. Həmin torpaq sahəsi və həmin fərdi yaşayış evinin ilkin satış qiyməti 116000 manat müəyyən edilməklə açıq hərracdan satılsın. Həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına cavabdehlərin 70262.46 ABŞ dolları məbləğində borcu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı İddiaçı-yə ödənilsin. Tələb Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, x9 prospektində yerləşən 0.0035 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən mülkiyyətində olan 1 girişli, 31.1 m2 ümumi, 31.1 m2 əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış (mağaza) binasına yönəldilsin. Həmin torpaq sahəsi və qeyri-yaşayış (mağaza) binası ilkin satış qiyməti 25000 manat müəyyən edilməklə açıq hərracdan satılsın. Həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına cavabdehlərin 70262.46 ABŞ dolları məbləğində borcu, həmçinin məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı İddiaçı-yə ödənilsin. Hərraclardan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh4 və Cavabdeh1 ümumi qaydada tutulsun. İlk iddia qalan hissədə təmin edilməsin. Cavabdeh4 İddiaçı x7 ilə arasında bağlanmış 09 iyun 2014-cü il tarixli, 15L000002912 nömrəli kredit müqaviləsinin müvafiq bəndinin «Bu müqavilə üzrə əsas borc və aylıq faizlər müqavilə bağlanan gün qüvvədə olan məzənnəyə uyğun Azərbaycan manatı ilə ödənilməlidir» kimi dəyişdirilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçının özünə aid edilsin. 600 (altı yüz) manat qiymətləndirmə xərci Cavabdeh4 tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxx»nin hesabına ödənilsin. 150 (bir yüz əlli) manat ekspertiza xərci Cavabdeh1 tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. 244 (iki yüz qırx dörd) manat ekspertiza xərci Cavabdeh3 tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE********************, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar