Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2019/2022 20.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X5 1700 manat, X1 1450 manat, X7 900 manat, X8 1850 manat, Gülxar Əliyevadan 1550 manat, X2 900 manat və X3 19350 manat pulun alınıb ona verilməsi və dövlət rüsumu kimi ödədiyi 174 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X5 2 ton buğdanın və ya 2 ton buğdanın bugünkü bazar qiyməti ilə hər tonu 650 manat omaqla cəmi dəyəri olan 1300 manatın, cavabdeh X1 3 ton arpanın və ya 3 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 1500 manatın, cavabdeh X7 2 ton arpanın və ya 2 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 1000 manatın, cavabdeh X8 4 ton arpanın və ya 4 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 2000 manatın, cavabdeh Gülxar Əliyevadan 3,5 ton arpanın və ya 3,5 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 1750 manatın, cavabdeh X2 2 ton arpanın və ya 2 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 1000 manatın, cavabdeh X3 21 ton buğdanın və ya 21 ton buğdanın bukünkü bazar qiyməti ilə hər tonu 650 manat olmaqla cəmi dəyəri olan 13650 manatın, cavabdeh X3 15 ton arpanın və ya 15 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 7500 manatın alınıb ona verilməsi və dövlət rüsumu kimi ödədiyim 174 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödthilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1159/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər X6, X9, Cavabdeh, X10, X11, X4 və Əliyeva Gülxana qarşı pul tələbinə dair iddia ərizəsi hər bir cavabdehə münasibətdə ayrıca icraata ayrılmış və Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə hazırkı mülki işə 2(075)-2019/2022 nömrəsi verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, kənd təsərrüfatı malları və taxıl tədarükü ilə məşqul olur. Cavabdeh 2020-ci ilin əvvələrində ondan 5 ton arpa üçün 800 manat pul almmışdır. Bunun müqabilində həmin ilin biçin vaxtı, yəni iyul-avqust aylarında o, 5 ton arpanı və yaxud 5 ton arpanın dəyərini qaytarmalı idi. Keçən müddət ərzində Cavabdeh ona 2 ton arpanın dəyəri kimi 800 manat qaytarmışdır. Hal-hazırda Nurəddinin ona 3 ton arpa və yaxud, 3 ton arpanın bu günkü dəyəri 1500 manat borcu vardır. Belə ki, hazırda arpanın bir tonu 500 manatdır. 2 ton arpanın dəyərini qaytardığına görə hazırda cavabdehdən 3 ton arpanı və ya dəyərini cavabdehdən tələb edir. Ona görə də, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Turan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh həqiqətən Şəki rayonu Turan qəsəbəsində qeydiyyatdadır və həmin qəsəbədə yaşayır. Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, o, İddiaçı götürdüyü arpanın əvəzinə 2020-ci ilin iyun ayında 5 ton arpa qaytarmağı, biçin zamanı taxıl olmayacağı təqdirdə həmin günün satış məzənnəsinə uyğun olaraq kompensasiya ödəməyi öz üzərinə götürmüşdür. "xxxx" ASC tərəfindən verilmiş 27 iyul 2022-ci il tarixli, 35 nömrəli məktubundan görünür ki, 2020-ci ildə və 2021-ci ilin sentyabr, oktyabr və noyabr ayları ərzində arpanın orta bazar qiyməti 35-40 qəpik, buğdanın orta bazar qiyməti isə 50 qəpik təşkil etmişdir. "xxxx" ASC tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli, 19 nömrəli məktubundan görünür ki, 24 iyun 2022-ci il tarixə bazarda 1 kiloqram buğda 65 qəpik, 1 kiloqram arpa isə 50 qəpik təşkil etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 2020-ci ilin əvvəllərində qaytarmaq şərti ilə 800 manat pul vermiş və pulun müqabilində cavabdeh, 2020-ci ilin taxıl biçini vaxtında (iyul-avqust aylarında) iddiaçıya 5 ton arpa və ya dəyərini qaytaracağı ilə bağlı öhdəlik götürmüşdür. Pulu aldıqdan sonra cavabdeh 2 ton arpanın qarşılığında iddiaçıya 800 manat pul qaytarmış, qalan 3 ton arpanı və ya 3 ton arpanın bu günə bazar dəyəri olan 1500 manat məbləğində pulu qaytarmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhz iddiaçı iddia ərizəsində göstərilmiş pulun cavabdeh tərəfindən ödənilməli olmasını sübut etməlidir. İddiaçı tərəfindən də iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olub-olmaması yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan müəyyən məbləğdə pulu almış, bunun müqabilində həmin ilin biçin vaxtı 5 ton arpanı və ya dəyərini qaytarmaq öhdəliyini bu günə kimi tam icra etməmişdir. Qeyd olunan 800 manat pulun iddiaçı tərəfindən cavabdehə verilməsi halı məhkəmə prosesi zamanı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Tərəflərin razılığı əsasında cavabdehin qaytardığı 800 manat pul borcun 2 ton arpanın dəyəri kimi hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini tam yerinə yetirmədiyindən vurduğu zərər üçün iddiaçı qarşısında məsuliyyət daşıyır, iddiaçı isə ona vurulmuş real zərəri tələb etməyə hüququ olan və borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Odur ki, iddia tələbi təmin edilməli, Cavabdeh 3 ton arpa, olmadıqda 3 ton arpanın ümumi dəyəri olan 1500 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə borcun qaytarılmasını sübut etmə yükü cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 3 ton arpa, olmadıqda 3 ton arpanın ümumi dəyəri olan 1500 manat pul və iş üzrə ödənilmiş 35 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-2019/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2019/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver