Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2020/2022 20.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X7 1700 manat, X1 1450 manat, Cavabdeh 900 manat, X11 1850 manat, Gülxan Əliyevadan 1550 manat, X2 900 manat və X4 19350 manat pulun alınıb ona verilməsi və dövlət rüsumu kimi ödədiyi 174 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 2 ton buğdanın və ya 2 ton buğdanın bugünkü bazar qiyməti ilə hər tonu 650 manat omaqla cəmi dəyəri olan 1300 manatın, cavabdeh X1 3 ton arpanın və ya 3 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 1500 manatın, Cavabdeh 2 ton arpanın və ya 2 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 1000 manatın, cavabdeh X11 4 ton arpanın və ya 4 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 2000 manatın, cavabdeh Gülxan Əliyevadan 3,5 ton arpanın və ya 3,5 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 1750 manatın, cavabdeh X2 2 ton arpanın və ya 2 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 1000 manatın, cavabdeh X4 21 ton buğdanın və ya 21 ton buğdanın bukünkü bazar qiyməti ilə hər tonu 650 manat olmaqla cəmi dəyəri olan 13650 manatın, cavabdeh X4 15 ton arpanın və ya 15 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 7500 manatın alınıb ona verilməsi və dövlət rüsumu kimi ödədiyim 174 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödthilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1159/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər X8, X13, X5, Cavabdeh, X15, X6 və Əliyeva Gülxana qarşı pul tələbinə dair iddia ərizəsi hər bir cavabdehə münasibətdə ayrıca icraata ayrılmış və Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə hazırkı mülki işə 2(075)-2020/2022 nömrəsi verilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o kənd təsərrüfatı və taxıl tədarükü ilə məşğuldur. Cavabdehlər ilə əvvəllər heç bır tanışlığı olmamış, hamısını qohumu olan Cavabdeh vasitəsi ilə tanımışdır. Cavabdeh X16 ondan 4 ton buğda üçün qabaqcadan pul götürmüş və 2020-cı ilin iyun ayında 4 ton buğdanı qaytaracağına, əgər biçin zamanı onun buğdası olmasa o, ona bu günün satış məzənnəsinə uyğun pul kompensasiyası ödəməyi öz üzərinə götürmüşdür. Beləliklə, Samir Məmmədovun ona buğdanı qaytarmadığına görə 4 ton x 600=2400 manat pul borcu yaranmış və 2400 manatdan, 700 manatını ona qaytarmış, yerdə qalan 1700 manatı isə bugünədək qaytarmamışdır. Bundan sonra, cavabdeh X9 ondan 5 ton arpa üçün qabaqcadan pul götürmüş və 2020-ci ilin iyun ayında 5 ton arpa qaytaracağına, əgər biçin zamanı onun arpası olmasa o, bu günün satış məzənnəsinə uyğun pul kompensasiyası ödəməyi öz üzərinə götürmüşdür. X3 arpanı qaytarmadığına görə 5 ton x 450=2250 manat borcu yaranmış və 2250 manatdan 800 manatını ona qaytarmış, yerdə qalan 1450 manatı isa bugünədək qaytarmamışdır. Bundan sonra, Cavabdeh oğlu ondan 2 ton arpa üçün pul götürmüş və 2020-cı ilin iyun ayında 2 ton arpa qaytaracağına, əgər biçin zamanı onun arpası olmasa o bu günün satış məzənnəsinə uyğun pul kompensasiyası ödəməyi öz üzərinə götürmüşdür. Beləliklə Cavabdeh ona arpa qaytarmadığına görə 2 ton x 450=900 manat borcu yaranmış və bugünədək qaytarmamışdır. Bundan sonra, cavabdeh X19 ondan 5 ton arpa üçün pul götürmüş və 2020-ci ilin iyun ayında 5 ton arpa qaytaracağına, əgər biçin zamanı onun arpası olmasa o, bu günün satış məzənnəsinə uyğun pul kompensasiyası ödəməyi öz üzərinə götürmüşdür. Beləliklə Y.Yaqubovun ona arpanı qaytarmadığına görə 5 ton x 450=2250 manat borcu yaranmış və 2250 manatdan 400 manatını ona qaytarmış, yerdə qalan 1850 manatı isə bugünədək qaytarmamışdır. Bundan sonra, cavabdehlər Gülxar Əliyeva və onun oğlu Dilqəm Əliyev birlikdə ondan 6 ton arpa almaq üçün pul götürmüş və 2020-ci ilirs iyun ayında 6 ton arpa qaytaracağına, əgər biçin zamanı onun arpası olmasa, bu günün satış məzənnəsinə uyğun pul kompensasiyası ödəməyi öz üzərinə götürmüşdür. Beləliklə onlar ona arpanı qaytarmadığına görə 6 ton x 450=2700 manat borcu yaranmış və 2700 manatdan 1150 manatını ona qaytarmış, yerdə qalan 1550 manatı isə bugünədək qaytarmamışdır. Bundan sonra, cavabdeh X12 ondan 2 ton arpa almaq üçün pul götürmüş və 2020-ci ilin iyun ayında 2 ton arpa qaytaracağına, əgər biçin zamanı onun arpası olmasa o, bu günün satış məzənnəsinə uyğun pul kompensasiyası ödəməyi öz üzərinə götürmüşdür. Beləliklə. A.Süleymanovun ona arpanı qaytarmadığına görə 2 ton x 450=900 manat borcu bugünədək qaytarmamışdır. Bundan sonra, cavabdeh X14 ondan 21 ton buğda 15 ton arpa üçün isə pul götürmüş və 2020-ci ilin iyun ayında qaytaracağını, əgər biçin zamanı onun buğdası və arpası olmasa o, bu günün satış məzənnəsinə uyğun pul kompensasiyası ödəməyi öz üzərinə götürmüşdür. Beləliklə. C. Cəbiyevin ona arpanı qaytarmadığına görə 21 ton (buğda) x 600=12600 manat və 15 ton (arpa) x 450=6750 borcu olmaqla,cəmi 19350 manat borcu yaranmış və bugünədək qaytarmamışdır. Cavabdehlər ona bu barədə öz razılıqları ilə qəbz təqdim elmişlər və bu da sübut növü kimi məhkəmədə qəbul olunmalıdır. Odur ki, cavabdehlərin ona küllü miqdarda borcu yaranmışdır və onlar borclarını qaytarmadıqları üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, kənd təsərrüfatı malları və taxıl tədarükü ilə məşqul olur. Cavabdeh onun qohumudur. Cavabdeh 2020-ci ilin fevral ayında əvvələrində ondan 2 ton arpa üçün pul almışdır. Qohum olduğun üçün bununla bağlı heç bir sənəd tələb etməmişdir. Bunun müqabilində həmin ilin iyun ayında o, 2 ton arpanı qaytarmalı idi. Keçən müddət ərzində Cavabdeh ona borclu olduğu arpanı və ya dəyərini qaytarmamışdır. Hal-hazırda Sahibin ona 2 ton arpa və yaxud, 2 ton arpanın bu günkü dəyəri 1000 manat borcu vardır. Belə ki, hazırda arpanın bir tonu 500 manatdır. Ona görə də, iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Turan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 fevral 2022-ci il tarixli, 108 nömrəli arayışdan görünür ki, Cavabdeh həqiqətən Şəki rayonu Turan qəsəbəsində qeydiyyatdadır və həmin qəsəbədə yaşayır. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 27 iyul 2022-ci il tarixli, 35 nömrəli məktubundan görünür ki, 2020-ci ildə və 2021-ci ilin sentyabr, oktyabr və noyabr ayları ərzində arpanın orta bazar qiyməti 35-40 qəpik, buğdanın orta bazar qiyməti isə 50 qəpik təşkil etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli, 19 nömrəli məktubundan görünür ki, 24 iyun 2022-ci il tarixə bazarda 1 kiloqram buğda 0,65 manat, 1 kiloqram arpa isə 0,50 manat təşkil etmişdir. İş materiallarına əlavə edilmiş 06 yanvar 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, material üzrə izahatı alınmış Cavabdeh bildirmişdir ki, İddiaçı onun qohumudur. Əvvəllər İddiaçı bir neçə dəfə pul almış və qaytarmışdır. Hazırda onun İddiaçı borcu yoxdur. Barəsində edilmiş şikayət yalandır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllsiənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə görə, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Qanunvericilik aktının qeyd olunan normalarının tələbinə görə, hazırki mülki iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olubolmaması yoxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən isə məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Göründüyü kimi, qаnunverici məhkəmənin üzərinə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırıb, onlаrdаn istifаdə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirаzlаrının əsаsı kimi istinаd etdikləri hаllаrı məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İddia ərizəsində və məhkəmə iclaslarında İddiaçı Cavabdeh ona 2 ton arpa və ya 2 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 1000 manat borcu olduğunu və cavabdehin həmin borcu qaytarmadığını bildirmişdir. İddiaçı qeyd edilən borc pulun cavabdehə verməsinə dair məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Belə olan halda, iddiaçının cavabdehə borc verdiyini sübutetmə yükü iddiaçının üzərinə düşür. İddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki prosessual qanunvericilikdən gələn tələblərin tətbiqi baxımından görünür ki, iddiaçı cavabdehin borclu olduğunu kifayətedici aydınlıqla sübut edə bilməmişdir. Belə ki, iddiasını təsdiq etmək üçün iddiaçının istinad etdiyi hallar iddianı təsdiqləyən zəruri sübut olmamaqla, onun iddiasının əsaslılığına dair şübhələr yaratmış, iddiaçı isə yaranmış şübhələrin aradan qaldırılması üçün hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Həmçinin iş materiallarında olan 06 yanvar 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarla da müəyyən olunur ki, Cavabdeh polis şöbəsində izahatı alınarkən də iddiaçıya borcunun olmadığını ona bəyan etmişdir. Buna görə, məhkəmə iddia tələbini əsassız hesab edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı cavabdehin ona borclu olduğunu kifayətedici aydınlıqla sübut edə bilməmiş, irəli sürdüyü həmin iddialarla bağlı hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Beləliklə, hazırkı mübahisədə iddiaçının hüquqlarının pozulmuş olduğu müəyyən edilməmişdir. Buna görə, iddia tələbi əsassız olduğu üçün təmin edilə bilməz. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbin təmin edilmədiyindən, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh 2 ton arpa, olmadıqda 2 ton arpanın ümumi dəyəri olan 1000 manat pulun alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-2020/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2020/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver