Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2021/2022 20.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı və Cavabdeh Yəhya oğlunun iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X6 1700 manat, X1 1450 manat, X8 900 manat, Cavabdeh 1850 manat, Gülxar Əliyevadan 1550 manat, X2 900 manat və X3 19350 manat pulun alınıb ona verilməsi və dövlət rüsumu kimi ödədiyi 174 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X6 2 ton buğdanın və ya 2 ton buğdanın bugünkü bazar qiyməti ilə hər tonu 650 manat omaqla cəmi dəyəri olan 1300 manatın, cavabdeh X1 3 ton arpanın və ya 3 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 1500 manatın, cavabdeh X8 2 ton arpanın və ya 2 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 1000 manatın, Cavabdeh 4 ton arpanın və ya 4 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 2000 manatın, cavabdeh Gülxar Əliyevadan 3,5 ton arpanın və ya 3,5 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 1750 manatın, cavabdeh X2 2 ton arpanın və ya 2 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 1000 manatın, cavabdeh X3 21 ton buğdanın və ya 21 ton buğdanın bukünkü bazar qiyməti ilə hər tonu 650 manat olmaqla cəmi dəyəri olan 13650 manatın, cavabdeh X3 15 ton arpanın və ya 15 ton arpanın bukünkü bazar qiyməti ilə hər tonu 500 manat olmaqla cəmi dəyəri olan 7500 manatın alınıb ona verilməsi və dövlət rüsumu kimi ödədiyim 174 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödthilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(075)-1159/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər X7, X9, X4, X10, Cavabdeh Sahib oğluna, X5 və Əliyeva Gülxana qarşı pul tələbinə dair iddia ərizəsi hər bir cavabdehə münasibətdə ayrıca icraata ayrılmış və Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə hazırkı mülki işə 2(075)-2021/2022 nömrəsi verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, kənd təsərrüfatı malları və taxıl tədarükü ilə məşqul olur. Cavabdeh 2020-ci ilin əvvələrində ondan 4 ton arpa üçün 640 manat pul almmışdır. Bunun müqabilində həmin ilin biçin vaxtı, yəni iyul-avqust aylarında o, 4 ton arpanı və yaxud 4 ton arpanın dəyərini qaytarmalı idi. Borcunu vaxtında qaytara bilmədiyi üçün cavabdeh özü 5 ton arpa qaytaracağına dair öhdəlik götürmüşdür. Keçən müddət ərzində Cavabdeh ona 2 ton arpanın dəyəri kimi ümumilikdə 860 manat qaytarmışdır. Vaxtında qaytara bilmədiyi üçün cavabdehin ödəməli olduğu 1 ton arpadan da imtina edir, istəmir. Hal-hazırda Yaqubun ona 2 ton arpa və yaxud, 2 ton arpanın bu günkü dəyəri 1000 manat borcu vardır. Belə ki, hazırda arpanın bir tonu 500 manatdır. Cavbdeh ondan arpanın pulunu aldıqdan sonra onun bir hissəsini Sahibə verməsindən və Sahibin 1 ton arpanı ona qaytarmasına dair onların ikisinin razılaşmasından məlumatı olmayıb. O, pulu Cavabdeh verib və bunun müqabilində Yaqub ona 4 ton arpa və ya dəyərini qaytarmağı öhdəsinə götürüb. 2 ton arpanın dəyərini qaytardığına görə hazırda 2 ton arpanı və ya dəyərini cavabdehdən tələb edir. Lakin birlidirdi ki, cavabdehin ona pul ödədiyi vaxt, həmin dövrün məzənnəsi ilə 860 manat 2 ton arpadan cüzi çox etdiyini, həmçinin cavabdehin yaxın vaxtlarda atasının dünyasını dəyişdiyini nəzərə alaraq, cavabdehdən 1,5 ton arpanı və ya 1,5 ton arpanın dəyərini tələb edir. Odur ki, məhkəmədən iddianın qeyd etdiyi həcimdə təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddianı qismən qəbul edir. Həqiqətən də, iddiaçıdan 4 ton arpa və ya dəyərini 2020-ci ilin biçin vaxtı qaytarmaq şərti ilə 640 manat almışdır. Bununla bağlı yazılı qəbz də vermişdir. Lakin aldığı 640 manat pulun 160 manatını iddiaçının qohumu olan X10 vermişdir. Sahiblə belə razılaşmışlar ki, onun iddiaçıya olan 4 ton arpa borcunun 1 tonunu Sahib qaytarsın. Lakin Sahiblə arasında olan razılaşmadan iddiaçının xəbəri olmamışdır. Bundan başqa, bu müddət ərzində, o, iddiaçıya artıq 2 ton arpanın əvəzi olaraq 860 manat qaytarmışdır. Belə ki, vaxtları dəqiq yadında olmasa da ayrı-ayrı vaxtlarda arpa təxminən 36 qəpik olanda 400 manat və 460 manat olmaqla ümumilikdə 860 manatı iddiaçıya qaytarmışdır. 860 manatı 2 tonun əvəzi kimi razılaşsalarda, həmin məbləğin 2 tondan artıq etdiyini nəzərə alınmasını xahiş edir. 1 tonu da Sahib qaytarmalı olduğunu nəzərə alanda onun iddiaçıya 1 tonnan az arpa borcu qalmışdır. Maddi imkanının aşağı olmasını nəzərə alaraq bu günnən sonra iddiaçıya az-az ödəmək şərti ilə 200-300 manat qaytara bilər. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Şəki şəhər İcra Hakimiyyəti Başçısının Turan İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh həqiqətən Şəki rayonu Turan qəsəbəsində qeydiyyatdadır və həmin qəsəbədə yaşayır. Cavabdeh tərəfindən yazılmış qəbzdən görünür ki, o, İddiaçı götürdüyü arpanın əvəzinə 2021-ci ilin iyun ayında 5 ton arpa qaytarmağı, biçin zamanı taxıl olmayacağı təqdirdə həmin günün satış məzənnəsinə uyğun olaraq kompensasiya ödəməyi öz üzərinə götürmüşdür. "xxxx" ASC tərəfindən verilmiş 27 iyul 2022-ci il tarixli, 35 nömrəli məktubundan görünür ki, 2020-ci ildə və 2021-ci ilin sentyabr, oktyabr və noyabr ayları ərzində arpanın orta bazar qiyməti 35-40 qəpik, buğdanın orta bazar qiyməti isə 50 qəpik təşkil etmişdir. "xxxx" ASC tərəfindən verilmiş 24 iyun 2022-ci il tarixli, 19 nömrəli məktubundan görünür ki, 24 iyun 2022-ci il tarixə bazarda 1 kiloqram buğda 65 qəpik, 1 kiloqram arpa isə 50 qəpik təşkil etmişdir. 06 yanvar 2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəki şəhər-rayon Poliş Şöbəsində izahatı alınan zaman Cavabdeh, İddiaçı 1700 manat məbləğində borcu olduğunu etiraf etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh 2021-ci ilin əvvəllərində qaytarmaq şərti ilə 640 manat pul vermiş və pulun müqabilində cavabdeh, 2021-ci ilin taxıl biçini vaxtında (iyul-avqust aylarında) iddiaçıya 4-5 ton arpa və ya dəyərini qaytaracağı ilə bağlı öhdəlik götürmüşdür. Pulu aldıqdan sonra iddiaçıya məlumat vermədən pulun 160 manatını cavabdeh, iddiaçının qohumu Sahib Həsənova vermiş və onların ikisinin arasında olan razılaşmaya əsasən X17 Yaqubovun borcundan iddiaçıya 1 ton arpa qaytarmağı Cavabdeh qarşısında öhdəlik götürmüşdür. Bundan sonrakı müddətdə cavabdeh 2 ton arpanın qarşılığında iddiaçıya 860 manat pul qaytarmış, qalan 2 ton arpanı və ya 2 ton arpanın bu günə bazar dəyəri olan 1000 manat məbləğində pulu qaytarmamışdır. Lakin iddiaçı məhkəmə iclasında cavabdehdən 1,5 ton arpanı və ya 1,5 ton arpanın dəyərini tələb etdiyini bildirdi. Cavabdeh isə iddianı qismən qəbul etməklə maddi imkanın aşağı olmasını nəzərə alınması və 200-300 manat borcun az-az qaytarmasını təmin olunmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının tələbi də məhz öhdəlik hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması - öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Məhz iddiaçı iddia ərizəsində göstərilmiş pulun cavabdeh tərəfindən ödənilməli olmasını sübut etməlidir. İddiaçı tərəfindən də iddia tələbini təsdiq edən kifayət qədər mötəbər sübutlar məhkəməyə təqdim edilmişdir. Mübahisənin həlli ilə əlaqədar olaraq yuxarıda göstərilən qanunvericilik müddəalarını rəhbər tutmaqla məhkəmə ilk növbədə iddiaçının öz tələbini əsaslandıran bütün faktları və halları məhkəməyə bildirməsini yoxlamışdır. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının mübahisənin faktiki halları ilə bağlı bildirdiklərinə, onların təsdiqi kimi təqdim etdiyi sübutlara və nəhayət tələbinin hüquqi əsası kimi istinad etdiyi qanunvericilik müddəalarına əsasən iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı mülki iş üzrə tərəflər arasında etibarlı borc müqaviləsinin bağlanması, borc alana razılaşdırılmış borcun verilməsi və verilmiş borcun qaytarılma vaxtının çatması kimi şərtlərin mövcud olub-olmaması yoxlanılmalıdır. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan müəyyən məbləğdə pulu almış, bunun müqabilində həmin ilin biçin vaxtı 4 ton arpanı və ya dəyərini qaytarmaq öhdəliyini bu günə kimi tam icra etməmişdir. Qeyd olunan 860 manat pulun iddiaçı tərəfindən cavabdehə verilməsi halı məhkəmə prosesi zamanı cavabdeh tərəfindən mübahisələndirilməmiş, cavabdeh tərəfin mübahisələndirdiyi hal yalnız 1 ton arpanın Sahib tərəfindən ödənilməli olduğu, qalan 1 ton arpanın qaytarılması ilə bağlı borcun olmadığı olmuşdur. Tərəflərin razılığı əsasında cavabdehin qaytardığı 860 manat pul borcun 2 ton arpanın dəyəri kimi hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında öz öhdəliyini tam yerinə yetirmədiyindən vurduğu zərər üçün iddiaçı qarşısında məsuliyyət daşıyır, iddiaçı isə ona vurulmuş real zərəri tələb etməyə hüququ olan və borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Cavabdeh, iddiaçıdan aldığı borcun 160 manatını iddiaçının qohumu olan X10 verdiyini, bunun müqabilində Sahib Həsənovun iddiaçıya 1 ton arpa verməli olduğunu qeyd etsə də, buna dair məhkəməyə hər hansı əsaslı sübut təqdim etməmişdir. Ümumiyyətlə məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan borc aldığı pulu iddiaçı ilə razılaşdırılmadan digər üçüncü şəxsə verməsi onu həmin borcu qaytarmaq öhdəliyindən azad etmir. Ona görə də, məhkəmə cavabdehin iddiaçıya olan borcundan 1 ton arpanın Sahib Həsənov tərəfindən qaytarılmalı olduğuna dair bildirdiklərini də əsaslı hesab etmir. Bundan başqa məhkəmə iclasında İddiaçı, cavabdeh tərəfindən ona verilməli olan 2 ton arpa və ya dəyəri olan 1000 manat məbləğində puldan cavabdehə 500 kiloqram arpa və ya dəyəri olan 250 manat məbləğində güzəşt edərək, yekun olaraq Cavabdeh 1,5 ton arpa və ya dəyəri olan 750 manat məbləğində pulun alınaraq ona verilməsini xahiş etmişdir. Odur ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh iddiaçının tələb etdiyi həcmdə, yəni 1,5 ton arpa, olmadıqda 1,5 ton arpanın ümumi dəyəri olan 750 manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi, hazırkı iddia tələbi üzrə borcun qaytarılmasını sübut etmə yükü cavabdehin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 16 manatı cavabdehə, 24 manatı isə iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1,5 ton arpa, olmadıqda 1,5 ton arpanın ümumi dəyəri olan 750 manat pul və iş üzrə ödənilmiş dövlət rüsumunun 16 manatı alınaraq İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 24 manatı iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-2021/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2021/2022
20.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver