Məhkəmə qərarları › İş №2(075)-218/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-218/2021

09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-218/2021 09.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Cavabdeh qarşı məhkəməyə müraciət edərək, Cavabdeh 4700 (dörd min yeddi yüz) manat pulun, 30 (otuz) manat dövlət rüsumunun və 0.40 manat dövlət rüsumunun ödənilməsi üçün ödənilmiş xidmət haqqının cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı tələbin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh 4200 manat pulun, 30 manat dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, o, Şəki şəhərində yaşayır. Uzun müddətidir ki, oğluna ış axtarır. Bir müddət əvvəl Şəki rayonu, Kiş kənd sakini Cavabdeh ilə tanış olmuş və cavabdeh ona bildirmişdir ki, oğlunu işlədiyi X3 işə düzəldə bilər, bunun üçün müəyyən xərc tələb olunur və ona görə də 10000 manat lazımdır. Həmin vaxt cavabdeh bildirmişdir ki, hənin pulun yarısını qabaqcadan digər yarısını işə oğlu işə düzələndən sonra vermək lazımdır. O da cavabdehə inanaraq ona 5000 manat pul vermişdir. Lakin cavabdeh vədinə əməl etməyərək oğlunu işə düzəltməmişdir. O, cavabdehdən pulunu tələb edəndə, cavabdeh hazırda həmin pulu qaytara bilmədiyin bildirmiş və əmək haqqı kartını ona verərək bildirmişdir ki, “həmin pulun əvəzində əmək haqqımı sən alarsan”. O, həmin kartdan xx xxxxxxxx 2020-ci il tarixdə 300 manat pul götürmüşdür. Lakin bundan sonra yəni xx xxxxxxx 2020-ci il tarixdə artıq kartda pul olmamışdır. O, dəfələrlə cavabdehdən pulunu tələb etsə də cavabdeh, pulunun olmadığını bildirmişdir. O da məcbur qalaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşi məhkəmədə olarkən o daha 500 manat ödəmiş və hazırda cavabdehin ona 4200 manat borcu vardır. 4200 manat puklun və ödənilmiş 30.40 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili X2 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı Cavabdeh izahat verərək göstərdi ki, o, həqiqətən 2020-ci ildə iddiaçıdan 5000 manat məbləğində borc almışdır. Borcundan 300 manat ödəmiş, lakin borcunun qalan hissəsini vaxtında tam şəkildə ödəyə bilməmişdir. Lakin iş məhkəmənin icraatında olarkən iddiaçıya daha 500 manat ödəniş etmişdir. Hazırda iddiaçıya 4200 manat borcu olmasını qəbul edir. İddianın təmin edilməsinə etiraz etmir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İşdə olan Cavabdeh xx.xx.2020-ci il tarixli ərizəsinin surətindən görünür ki, hal-hazırda onun İddiaçı 5000 manat verəcəyi vardır.Özünə məxsus maaş kartını 5103-0714-7732-7338 nömrəli kartını həmin 5000 manat bitənə qədər istifadə etməsinə icazə vermişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativhüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 4200 manat məbləğində pul, 30 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqı Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. 4200 manat məbləğində pul, 30 manat dövlət rüsumu və 0,40 manat dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqı Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar